Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-998/2024 04.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337731 və xx.xx.2024-cü il tarixli, 337873 aktların etibarsız hesab edilməsi və abonent hesabına hesablanmış 1437 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri, A.Abdullayev küçəsi, ev 111-də qeydiyyatda olmaqla orada yaşayır. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və aylıq nə qədər borcu varsa onu vaxtı-vaxtında ödəyir. Bu günə qədər onun heç bir borcu olmamışdır. Bu vaxta qədər elektrik enerjisindən qanuna uyğun formada istifadə edib borcunu vaxtı-vaxtında ödəmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli 337731 və xx.xx.2024-cü il tarixli 337873 aktları qanunsuz hesab edir. Həmin aktlar onun və ya ailə üzvlərinin iştirakı olmadan tərtib edilmişdir. Odur ki, həmin aktlar əsasında abonent hesabına yazılmış cərimə məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, abonent barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 337731 və xx.xx.2024-cü il tarixli 337873 aktlar əsasında onun hesabına cəmi 931 manat cərimə borcu yazılmışdır. Həmin aktlar tərtib edilərkən video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları K.Hüseynov, A.Talıbova və İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337731 nömrəli aktda göstərilmişdir ki, həmin tarixdə abonent İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı abonentə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar xətt çəkildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları A.Nəbiyev, A.Talıbova və İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337873 nömrəli aktda göstərilmişdir ki, həmin tarixdə abonent İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı abonentə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar xətt çəkildiyi müəyyən edilmişdir. İş materiallarında olan abonent İddiaçı soldosundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 337731 və xx.xx.2024-cü il tarixli, 337873 nömrəli aktlar əsasında abonent hesabına (abonent kodu **********7) 931 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixədək qüvvədə olmuş 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 337731 və xx.xx.2024-cü il tarixli, 337873 nömrəli aktlara əsasən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilməsi zamanı onun kənar xətdən istifadə edilməsi qeyd edilsə də, sayğaca baxış zamanı iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmiş və həmin dövrdə qüvvədə olmuş EEİQ-nın 8.33-cü bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında da cavabdeh tərəf pozuntu faktını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla belə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli, 337731 və xx.xx.2024-cü il tarixli, 337873 nömrəli aktlar əsasında abonentin hesabına 1437 manat borc yazıldığını qeyd etsə də, iş materialarında olan abonentin saldosundan görünür ki, qeyd edilən akt əsasında abonentin hesabına 931 manat borc hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X1 Qaydalarının tələblərinə uyğun keçirilmədiyindən, məhkəmə sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. Bu səbəbdən həmin akt etibarsız hesab edilməlidir. İddiaçının yaşadığı ünvan üzrə abonentin hesabına isə məhz həmin aktlar əsasında borc hesablandığından, akt əsasında hesablanmış 931 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul şəhəri, A.Abdullayev küçəsi, ev 111-də yaşayan abonent İddiaçı (abonent kodu **********7) "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 337731 və xx.xx.2024-cü il tarixli 337873 nömrəli aktlar əsasında hesablanmış 931 (doqquz yüz otuz bir) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-998/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-998/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver