Məhkəmə qərarları › İş №2(072)-101/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-101/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-101/2024 02.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 71 (yetmiş bir) AZN məbləği olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1943 (min doqquz yüz qırx üç) AZN məbləği olan 1 (bir) ədəd “RİFFEL” markalı kondisioner və 1 ədəd “BEKO” markalı qabyuyan satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 644 (altı yüz qırx dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A50” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 28 (iyirmi səkkiz) AZN məbləği olmaqla 12 (on iki) ay müddətinə ümumi dəyəri 904 (doqquz yüz dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A70” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 19 (on doqquz) AZN məbləği olmaqla 12 (on iki) ay müddətinə ümumi dəyəri 319 (üç yüz on doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A10” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 25 (iyirmi beş) AZN məbləği olmaqla 12 (on iki) ay müddətinə ümumi dəyəri 529 (beş yüz iyirmi doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefon satılmışdır. Cavabdeh ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “RİFFEL” markalı kondisionerin və 1 ədəd “BEKO” markalı qabyuyanın dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 78 (yetmiş səkkiz) AZN məbləğində pulu, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A50” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 106 (yüz altı) AZN məbləğində pulu, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A70” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 73 (yetmiş üç) AZN məbləğində pulu, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “SAMSUNG GALAXY A10” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 25 (iyirmi beş) AZN məbləğində pulu, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 66 (altmış altı) AZN məbləğində pulu, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 42 (qırx iki) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən iddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh İddiaçı olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı 04 noyabr 2023-cü il tarixə ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 978 (doqquz yüz yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 293 (iki yüz doxsan üç) AZN məbləğində cərimə borcu, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 118 (yüz on səkkiz) AZN məbləğində əsas borcu, 35 (otuz beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 368 (üç yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, 110 (yüz on) AZN məbləğində cərimə borcu, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 150 (yüz əlli) AZN məbləğində əsas borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 720 (yeddi yüz iyirmi) AZN məbləğində əsas borcu, 216 (iki yüz on altı) AZN məbləğində cərimə borcu, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) AZN məbləğində əsas borcu, 99 (doxsan doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3465 (üç min dörd yüz altmış beş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 978 (doqquz yüz yetmiş səkkiz) AZN məbləğində əsas borcun, 293 (iki yüz doxsan üç) AZN məbləğində cərimə borcunun, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 118 (yüz on səkkiz) AZN məbləğində əsas borcun, 35 (otuz beş) AZN məbləğində cərimə borcunun, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 368 (üç yüz altmış səkkiz) AZN məbləğində əsas borcun, 110 (yüz on) AZN məbləğində cərimə borcunun, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 150 (yüz əlli) AZN məbləğində əsas borcun, 45 (qırx beş) AZN məbləğində cərimə borcunun, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 720 (yeddi yüz iyirmi) AZN məbləğində əsas borcun, 216 (iki yüz on altı) AZN məbləğində cərimə borcunun, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) AZN məbləğində əsas borcun, 99 (doxsan doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3465 (üç min dörd yüz altmış beş) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 71 (yetmiş bir) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1943 (min doqquz yüz qırx üç) AZN məbləği olan 1 (bir) ədəd “RİFFEL” markalı kondisioner və 1 ədəd “BEKO” markalı qabyuyan “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan ******* saylı, 18 may 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5740027 saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 1943 (min doqquz yüz qırx üç) AZN məbləği olan 1 (bir) ədəd “RİFFEL” markalı kondisioneri və 1 ədəd “BEKO” markalı qabyuyanı təhvil almışdır. İş materiallarında olan ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1943 (min doqquz yüz qırx üç) AZN məbləği olan 1 (bir) ədəd “RİFFEL” markalı kondisionerin və 1 ədəd “Beko” markalı qabyuyanın dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 78 (yetmiş səkkiz) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 644 (altı yüz qırx dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A50” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan ******* saylı, 25 noyabr 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5817064 saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 644 (altı yüz qırx dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A50” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 644 (altı yüz qırx dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A50” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 106 (yüz altı) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 28 (iyirmi səkkiz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 904 (doqquz yüz dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A70” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan ******* saylı, 09 yanvar 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5817724 saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 904 (doqquz yüz dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A70” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 904 (doqquz yüz dörd) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A70” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 73 (yetmiş üç) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 19 (on doqquz) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 319 (üç yüz on doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A10” markalı mobil telefon satılmışdır. İş materiallarında olan ******* saylı, 13 yanvar 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5817762 saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A10” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 319 (üç yüz on doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A10” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 25 (iyirmi beş) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefon satılmışdır. İş materiallarında olan ******* saylı, 08 fevral 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5817961 saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 66 (altmış altı) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 25 (iyirmi beş) AZN olmaqla 12 (on iki) ay müddətinə ümumi dəyəri 529 (beş yüz iyirmi doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefon satılmışdır. İş materiallarında olan ******* saylı, 15 fevral 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh Y20K5851019 saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 529 (beş yüz iyirmi doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 42 (qırx iki) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı 04 noyabr 2023-cü il tarixə ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 978 (doqquz yüz yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 293 (iki yüz doxsan üç) AZN məbləğində cərimə borcu, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 118 (yüz on səkkiz) AZN məbləğində əsas borcu, 35 (otuz beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 368 (üç yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, 110 (yüz on) AZN məbləğində cərimə borcu, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 150 (yüz əlli) AZN məbləğində əsas borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 720 (yeddi yüz iyirmi) AZN məbləğində əsas borcu, 216 (iki yüz on altı) AZN məbləğində cərimə borcu, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) AZN məbləğində əsas borcu, 99 (doxsan doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3465 (üç min dörd yüz altmış beş) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 03 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 55 (əlli beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “5740027 saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 293 (iki yüz doxsan üç) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “5817961 saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 216 (iki yüz on altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən İddiaçı olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də “5740027 saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 293 (iki yüz doxsan üç) AZN məbləğində cərimə borcu 30 (otuz) AZN məbləğinə” və “5817961 saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 216 (iki yüz on altı) AZN məbləğində cərimə borcu 30 (otuz) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “5740027 saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə və “5817961 saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 978 (doqquz yüz yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 118 (yüz on səkkiz) AZN məbləğində əsas borcu, 35 (otuz beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 368 (üç yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, 110 (yüz on) AZN məbləğində cərimə borcu, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 150 (yüz əlli) AZN məbləğində əsas borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 720 (yeddi yüz iyirmi) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) AZN məbləğində əsas borcu, 99 (doxsan doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 3016 (üç min on altı) AZN məbləğində borc və 47.87 (qırx yeddi, səksən yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ******* saylı, 18 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 978 (doqquz yüz yetmiş səkkiz) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ******* saylı, 25 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 118 (yüz on səkkiz) AZN məbləğində əsas borcu, 35 (otuz beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 09 yanvar 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 368 (üç yüz altmış səkkiz) AZN məbləğində əsas borcu, 110 (yüz on) AZN məbləğində cərimə borcu, ******* saylı, 13 yanvar 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 150 (yüz əlli) AZN məbləğində əsas borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ******* saylı, 08 fevral 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 720 (yeddi yüz iyirmi) AZN məbləğində əsas borcu, 30 (otuz) AZN məbləğində cərimə borcu, ******* saylı, 15 fevral 2020-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) AZN məbləğində əsas borcu, 99 (doxsan doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 3016 (üç min on altı) AZN məbləğində borc və 47.87 (qırx yeddi, səksən yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar