Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-102/2024 02.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 30 (otuz) AZN olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 546 (beş yüz qırx altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 34 (otuz dörd) AZN olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 598 (beş yüz doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən iddiaçı tərəfindən ilkin ödəniş 100 (yüz) AZN olmaqla, 20 (iyirmi) ay müddətinə ümumi dəyəri 1580 (min beş yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “BEKO” markalı qabyuyan və 1(bir) ədəd ”RİFFEL” markalı ətçəkən maşın satılmışdır. Cavabdeh RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 43 (qırx üç) AZN məbləğində pulu, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 47 (qırx yeddi) AZN məbləğində pulu və RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “BEKO” markalı qabyuyan və 1 (bir) ədəd “RİFFEL” markalı ətçəkən maşının dəyərinə görə 20 (iyirmi) ay müddətinə hər ay 74 (yetmiş dörd) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən iddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh İddiaçı olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı 04 noyabr 2023-cü il tarixə RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 11 (on bir) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 275 (iki yüz yetmiş beş) AZN məbləğində əsas borcu, 82 (səksən iki) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1244 (min iki yüz qırx dörd) AZN məbləğində əsas borcu, 373 (üç yüz yetmiş üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 2023 (iki min iyirmi üç) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcun, 11 (on bir) AZN məbləğində cərimə borcunun, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 275 (iki yüz yetmiş beş) AZN məbləğində əsas borcun, 82 (səksən iki) AZN məbləğində cərimə borcunun, RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1244 (min iki yüz qırx dörd) AZN məbləğində əsas borcun, 373 (üç yüz yetmiş üç) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2023 (iki min iyirmi üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 41 (qırx bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 30 (otuz) AZN olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 546 (beş yüz qırx altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan RSK ******* saylı, 15 may 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 546 (beş yüz qırx altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 546 (beş yüz qırx altı) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 43 (qırx üç) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 34 (otuz dörd) AZN olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 598 (beş yüz doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 598 (beş yüz doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 598 (beş yüz doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 47 (qırx yeddi) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən ilkin ödəniş 100 (yüz) AZN olmaqla, 20 (iyirmi) ay müddətinə ümumi dəyəri 1580 (min beş yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “BEKO” markalı qabyuyan və 1(bir) ədəd “RİFFEL” markalı ətçəkən maşın “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1580 (min beş yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “BEKO” markalı qabyuyan və 1(bir) ədəd “RİFFEL” markalı ətçəkən maşını təhvil almışdır. İş materiallarında olan RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1580 (min beş yüz səksən) AZN məbləği olan 1 (bir) ədəd “BEKO” markalı qabyuyan və 1(bir) ədəd “RİFFEL” markalı ətçəkən maşının dəyərinə görə 20 (iyirmi) ay müddətinə hər ay 74 (yetmiş dörd) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı 04 noyabr 2023-cü il tarixə RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 11 (on bir) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 275 (iki yüz yetmiş beş) AZN məbləğində əsas borcu, 82 (səksən iki) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 11 dekabr 2019cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1244 (min iki yüz qırx dörd) AZN məbləğində əsas borcu, 373 (üç yüz yetmiş üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 2023 (iki min iyirmi üç) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 03 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 41 (qırx bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 373 (üç yüz yetmiş üç) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 373 (üç yüz yetmiş üç) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 11 (on bir) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 275 (iki yüz yetmiş beş) AZN məbləğində əsas borc, 82 (səksən iki) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1244 (min iki yüz qırx dörd) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1700 (min yeddi yüz) AZN məbləğində borc və 34.45 (otuz dörd, qırx beş) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh RSK ******* saylı, 15 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 38 (otuz səkkiz) AZN məbləğində əsas borcu, 11 (on bir) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 02 oktyabr 2019-cu il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 275 (iki yüz yetmiş beş) AZN məbləğində əsas borc, 82 (səksən iki) AZN məbləğində cərimə borcu, RSK ******* saylı, 11 dekabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1244 (min iki yüz qırx dörd) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1700 (min yeddi yüz) AZN məbləğində borc və 34.45 (otuz dörd, qırx beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-102/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-102/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver