Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-359/2023 20.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə ümumi dəyəri 585.60 (beş yüz səksən beş, altmış) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9 T” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş 55 (əlli beş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1255 (min iki yüz əlli beş) AZN məbləği olan 1 (bir) ədəd “İPAD 10.2” markalı tablet satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən Cavabdeh 1 (bir) ədəd “XİAOMİ REDMİ 9 T” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 48.80 (qırx səkkiz, səksən) AZN məbləğində pulu və 1 (bir) ədəd “İPAD 10.2” markalı tabletin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 25 aprel 2023-cü il tarixə 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 262.60 (iki yüz altmış iki, altmış) AZN məbləğində əsas borcu, 26.40 (iyirmi altı, qırx) AZN məbləğində cərimə borcu və 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1097.50 (min doxsan yeddi, əlli) AZN məbləğində əsas borcu, 109.50 (yüz doqquz, əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1496 (min dörd yüz doxsan altı) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 262.60 (iki yüz altmış iki, altmış) AZN məbləğində əsas borcun, 26.40 (iyirmi altı, qırx) AZN məbləğində cərimə borcunun, 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1097.50 (min doxsan yeddi, əlli) AZN məbləğində əsas borcun, 109.50 (yüz doqquz, əlli) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1496 (min dörd yüz doxsan altı) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 34.96 (otuz dörd, doxsan altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 585.60 (beş yüz səksən beş, altmış) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9 T” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 585.60 (beş yüz səksən beş, altmış) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9 T” markalı mobil telefoni təhvil almışdır. İş materiallarında olan 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 585.60 (beş yüz səksən beş, altmış) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 9 T” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 48.80 (qırx səkkiz, səksən) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 55 (əlli beş) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 1255 (min iki yüz əlli beş) AZN məbləği 1 (bir) ədəd “İPAD 10.2” markalı tablet “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 27 iyun 2021-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1255 (min iki yüz əlli beş) AZN məbləği olan 1 (bir) ədəd “İPAD 10.2” markalı tableti təhvil almışdır. İş materiallarında olan 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1255 (min iki yüz əlli beş) AZN məbləği olan 1 (bir) ədəd “İPAD 10.2” markalı tabletin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22313918 saylı, 23 fevral 2021-ci il tarixli və 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqavilələrinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cədvəlin 2ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində penya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 25 aprel 2023-cü il tarixə 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 262.60 (iki yüz altmış iki, altmış) AZN məbləğində əsas borcu, 26.40 (iyirmi altı, qırx) AZN məbləğində cərimə borcu və 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1097.50 (min doxsan yeddi, əlli) AZN məbləğində əsas borcu, 109.50 (yüz doqquz, əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1496 (min dörd yüz doxsan altı) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 23 mart 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 26 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 34.96 (otuz dörd, doxsan altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 109.50 (yüz doqquz, əlli) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də “23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 109.50 (yüz doqquz, əlli) AZN məbləğində cərimə borcu 10 (on) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 262.60 (iki yüz altmış iki, altmış) AZN məbləğində əsas borc, 26.40 (iyirmi altı, qırx) AZN məbləğində cərimə borcu, 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1097.50 (min doxsan yeddi, əlli) AZN məbləğində əsas borc, 10 (on) AZN məbləğində cərimə borcu, ümumilikdə 1396.50 (min üç yüz doxsan altı, əlli) AZN məbləğində borc və 32.63 (otuz iki, altmış üç) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22313918 saylı, 23 fevral 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 262.60 (iki yüz altmış iki, altmış) AZN məbləğində əsas borc, 26.40 (iyirmi altı, qırx) AZN məbləğində cərimə borcu, 23174925 saylı, 27 iyun 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1097.50 (min doxsan yeddi, əlli) AZN məbləğində əsas borc, 10 (on) AZN məbləğində cərimə borcu, ümumilikdə 1396.50 (min üç yüz doxsan altı, əlli) AZN məbləğində borc və 32.63 (otuz iki, altmış üç) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-359/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-359/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver