Məhkəmə qərarları › İş №2(072)-373/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-373/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-373/2023 04.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 15 (on beş) ay müddətinə aylıq ödəniş 29 (iyirmi doqquz) AZN məbləği olmaqla, ümumi dəyəri 429.90 (dörd yüz iyirmi doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefon satılmışdır. Bundan başqa, ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 15 (on beş) ay müddətinə aylıq ödəniş 74 (yetmiş dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 1099.90 (min doxsan doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “APPLE” markalı saat satılmışdır. Bundan başqa, ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 33 (otuz üç) AZN məbləği olmaqla, ümumi dəyəri 584.09 (beş yüz səksən dörd, sıfır doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 18 aprel 2023-cü il tarixə ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 139.90 (yüz otuz doqquz, doxsan) AZN məbləğində əsas borcu, 209 (iki yüz doqquz) AZN məbləğində cərimə borcu, ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 872 (səkkiz yüz yetmiş iki) AZN məbləğində cərimə borcu və ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 386 (üç yüz səksən altı) AZN məbləğində əsas borcu, 579 (beş yüz yetmiş doqquz) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 139.90 (yüz otuz doqquz, doxsan) AZN məbləğində əsas borcun, 20.90 (iyirmi, doxsan) AZN məbləğində cərimə borcunun, ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcun, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcunun, ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 386 (üç yüz səksən altı) AZN məbləğində əsas borcun, 57.90 (əlli yeddi, doxsan) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1273.80 (min iki yüz yetmiş üç, səksən) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 32.74 (otuz iki, yetmiş dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 15 (on beş) ay müddətinə aylıq ödəniş 29 (iyirmi doqquz) AZN məbləği olmaqla, ümumi dəyəri 429.90 (dörd yüz iyirmi doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 09 oktyabr 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 429.90 (dörd yüz iyirmi doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 429.90 (dörd yüz iyirmi doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefonun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 29 (iyirmi doqquz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 15 (on beş) ay müddətinə aylıq ödəniş 74 (yetmiş dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 1099.90 (min doxsan doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “APPLE” markalı saat “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1099.90 (min doxsan doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “APPLE” markalı saatı təhvil almışdır. İş materiallarında olan ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1099.90 (min doxsan doqquz, doxsan) AZN məbləği olan 1 (bir) ədəd “APPLE” markalı saatın dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 74 (yetmiş dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 33 (otuz üç) AZN məbləği olmaqla, ümumi dəyəri 584.09 (beş yüz səksən dörd, sıfır doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 15 mart 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 584.09 (beş yüz səksən dörd, sıfır doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 584.09 (beş yüz səksən dörd, sıfır doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG A127” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 33 (otuz üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 20 noyabr 2021-ci il tarixli, ********* saylı 10 fevral 2022-ci il tarixli və ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 139.90 (yüz otuz doqquz, doxsan) AZN məbləğində əsas borcu, 209 (iki yüz doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 348.90 (üç yüz qırx səkkiz, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borcu, 872 (səkkiz yüz yetmiş iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 1453.90 (min dörd yüz əlli üç, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 386 (üç yüz səksən altı) AZN məbləğində əsas borcu, 579 (beş yüz yetmiş doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 965 (doqquz yüz altmış beş) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 09 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 32.74 (otuz iki, yetmiş dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 139.90 (yüz otuz doqquz, doxsan) AZN məbləğində əsas borc, 20.90 (iyirmi, doxsan) AZN məbləğində cərimə borcu, ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcu, ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 386 (üç yüz səksən altı) AZN məbləğində əsas borc, 57.90 (əlli yeddi, doxsan) AZN məbləğində cərimə borcu, ümumilikdə 1273.80 (min iki yüz yetmiş üç, səksən) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 32.74 (otuz iki, yetmiş dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı 20 noyabr 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 139.90 (yüz otuz doqquz, doxsan) AZN məbləğində əsas borc, 20.90 (iyirmi, doxsan) AZN məbləğində cərimə borcu, ********* saylı 10 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 581.90 (beş yüz səksən bir, doxsan) AZN məbləğində əsas borc, 87.20 (səksən yeddi, iyirmi) AZN məbləğində cərimə borcu, ********* saylı 15 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 386 (üç yüz səksən altı) AZN məbləğində əsas borc, 57.90 (əlli yeddi, doxsan) AZN məbləğində cərimə borcu, ümumilikdə 1273.80 (min iki yüz yetmiş üç, səksən) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 32.74 (otuz iki, yetmiş dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar