Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-374/2023 31.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı: İddiaçı oğlunun, Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi: X6, Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəbrayıl X22 Mərkəzinin nümayəndəsi: X11, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi: X8 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh onun qoşsudur. Belə ki, cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 200 ünvanda yaşayır. Onların həyətyanı torpaq sahələri yanbayandır və arada məftildən toxunmuş hasar (setka) hasar vardır. Bununla yanaşı, cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətdə sahibkarlıq fəaliyyəti, yəni heyvandarlıqla məşğul olur. Belə ki, o, həmin ünvanda qeyri-qanuni olaraq 504 m2 və 120 m2-dən ibarət 2 (iki) tövlə inşa etmiş və bir neçə baş iribuynuzlu heyvan saxlayır. Bundan başqa, Cavabdeh iribuynuzlu heyvanların yaş peyinini yığmaq üçün həmin ünvanda xəstəlik mənbəyi olan böyük çala qazmışdır. Belə ki, həm bir neçə baş iribuynuzlu heyvanın, həm də paş peyinin qoxusu ətrafa yayılır və anti-sanitar vəziyyətin yaranmasına səbəb olur. Bundan başqa, Cavabdeh hasarın onun yaşadığı evə yaxın hissəsində böyük ot tayası yığmışdır. Ot tayası quru və alışıb yanmağa meyilli olduğu üçün hər zaman narahatlıq hissi keçirir. Belə ki, ot tayası hər an adi qığılcımdan, qızmar havada günəş şüasından alışıb yana bilər və yanğın onun yaşadığı evə keçə bilər. Hesab edir ki, cavabdeh X14 ot tayasını özünün yaşadığı evdən kənarda, lakin onun yaşadığı evə yaxın yığmaqla qanunsuz hərəkət etmişdir. Bundan başqa, Cavabdeh hər ay 2-3 dəfə traktor vasitəsilə heyvanlar üçün ot doğrayır və yem (buğda, arpa, qarğıdalı və s.) üyüdür. Belə ki, traktor vasitəsilə heyvanlar üçün ot doğranan və yem üyüdülən zaman ətrafı toz-torpaq bürüyür. Bundan başqa, Cavabdeh həmin ünvanda evin arxa hissəsində əhalinin həyatyanı sahəsini suvarması üçün nəzərdə tutulan su arxının istiqamətini təxminən 80-90 sm. yola tərəf istiqmətdə və səviyyəsini təxminən 20-25 sm. yuxarı qaldırmaqla, dəyişdirmişdir. Belə ki, su arxının istiqamətinin dəyişməsi nəticəsində tez-tez özünün yaşadığı evin mətbəx hissəsinə çirkli su dolur. Bundan başqa, Cavabdeh 2 (iki) həyəti bir-birindən ayıran məftildən toxunmuş hasarı (setka) təxminən yerdən 25-30 sm. yuxarı qaldırmışdır ki, bu onun toyuq-cücəsinin həmin yerdən çıxaraq, itməsinə səbəb olur. O, Cavabdeh oğlundan qeyd edilən pozuntuların aradan qaldırılmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Məhz bu səbəbdən də, o, cavabdeh X10 qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 1. Cavabdeh tərəfindən Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlənin sökülməsi; 2. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yerinin dəyişdiriməsi; 3. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi; 4. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılması; 5. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün otun doğranmasının və yemin üyüdülməsinin qadağan edilməsi;
6. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində, yəni həyətyanı sahələri ayıran məftildən toxunmuş hasarın (setka) əvvəlki vəziyyətinə qaytarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 avqust 2023-cü il tarixə məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yaşayır. İddiaçı X9 onun qonşusudur. Ata-babadan mal-qara saxlamaqla məşğul olmuşlar. Yaşadığı evin həyətyanı torpaq sahəsi 0.12 ha.dır. Heyvandarlıqla məşğul olduğuna görə dövlət tərəfindən ona verilmiş çöl 0.60 ha. sahədə yonca əkmişdir. Heyvandarlıq sahəsində gəlir yaxşı olduğu üçün yaşadığı Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvandarlıqla məşğul olur və eləcə də inşa etdiyi tövləni böyüdərək, 60 % güzəştlə lizinq yolu ilə bir neçə baş cins iribuynuzlu heyvan almışdır. Heyvanlar tövlə şəraitində saxlanılır, vaxtı-vaxtında baytar xidmət aparılır və onun heç bir qonşuya maneçiliyi yoxdur. Eyni zamanda bildirir ki, o, Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda 504 m2 və 120 m2-dən ibarət 2 (iki) tövlə inşa etmiş və bir neçə baş iribuynuzlu heyvan saxlayır. Bundan başqa, o, iribuynuzlu heyvanların yaş peyinini yığmaq üçün həmin ünvanda böyük çala qazmışdır. Bundan başqa, o, hasarın iddiaçı X4 yaşadığı evə yaxın hissəsində böyük ot tayası yığmışdır. Bundan başqa, o, hər ay bir neçə dəfə traktor vasitəsilə heyvanlar üçün ot doğrayır və yem üyüdür. Təbii ki, traktor vasitəsilə heyvanlar üçün ot doğranan və yem üyüdülən zaman ətraf toz-torpaq olur. Bundan başqa, o, həmin ünvanda evin arxa hissəsində əhalinin həyatyanı sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxının istiqamətini təxminən 80-90 sm. yola tərəf istiqmətdə və səviyyəsini təxminən 20-25 sm. yuxarı qaldırmaqla, dəyişdirmişdir. Bundan başqa, o, 2 (iki) həyəti bir-birindən ayıran məftildən toxunmuş hasarı (setka) təxminən yerdən 25-30 sm. yuxarı qaldırmışdır ki, gələcəkdə hasarın altına beton tökəcəkdir. Onu da qeyd edir ki, o, kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkün kimi torpaq sahəsinin ayrılması haqqında məskunlaşdığı yerli icra hakimiyyəti orqanına müraciət etməmişdir. Belə ki, o, yaşadığı ünvanda yerləşən həyətyanı torpaq sahəsində kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Lakin hesab edir ki, iddiaçı X4 ona qarşı irəli sürdüyü iddia tələbi əsassız və şəxsi qərəz xarakterlidir. Bütün bunları nəzərə alaraq, iddiaçı X4 ona qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində qeyri-qanuni olaraq heyvandarlıq ferması qurmuşdur. Bir neçə dəfə həmin əraziyə baxış keçirilmiş və müəyyən ciddi nöqsanlar aşkarlanmışdır. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq edilmiş, həmin pozuntuların aradan qaldırılması və eləcə də qonşuluq hüququna əməl edilməsi tələb edilmişdir. Lakin Cavabdeh edilmiş xəbərdarlığın heç bir müsbət nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq, iddiaçı X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində qanunsuz olaraq heyvandarlıq ferması qurmuşdur. Bir neçə dəfə həmin əraziyə baxış keçirilmiş və müəyyən ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki, Cavabdeh tərəfindən həmin ünvanda 504 m2-dən ibarət yanları açıq, çardaqlı tövlə, 120 m2-dən ibarət yanları mişar daşından olan tövlə, 52 m2-dən ibarət yardımçı bina inşa edilmişdir. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq edilmiş, həmin pozuntuların aradan qaldırılması və eləcə də qonşuluq hüququna əməl edilməsi tələb edilmişdir. Lakin Cavabdeh edilmiş xəbərdarlığın heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda heyvandarlıqla məşğul olur. Eləcə də, Cavabdeh həmin tikililərin tikilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət etməmiş və ona Komitə tərəfindən tikinti ilə bağlı razılıq verilməmişdir. Eyni zamanda bildirir ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş və bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılmasını tənzimləyən sənəddir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bütün bunları nəzərə alaraq, iddiaçı X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəbrayıl X22 Mərkəzinin nümayəndəsi X17 izahatında bildirmişdir ki, cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində heyvandarlıq ferması qurmuşdur. Bir neçə dəfə həmin əraziyə baxış keçirilmiş və bu barədə müvafiq rəylər tərtib edilmişdir. Belə ki, Cavabdeh tərəfindən həmin ünvanda 504 m2-dən ibarət yanları açıq, çardaqlı tövlə, 120 m2-dən ibarət yanları mişar daşından olan tövlə, 52 m2-dən ibarət yardımçı bina inşa edilmişdir. Bir neçə dəfə Cavabdeh iddiaçı X4 qeyd etdiyi pozuntuların aradan qaldırılması və eləcə də qonşuluq hüququna əməl edilməsi tələb edilmişdir. Lakin Cavabdeh edilmiş xəbərdarlığın heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda heyvandarlıqla məşğul olur. Bütün bunları nəzərə alaraq, iddiaçı X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin və üçüncü şəxslərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 501 saylı, 12 may 2023-cü il tarixli arayışından görünür ki, X2 rayonu, 4 saylı qəsəbə, ev 196 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Mehdili Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 93 saylı, 21 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yaşayır və ünvanda həyətyanı torpaq sahəsində südlük istiqamətli iribuynuzlu cins malqaranın yetişdirilməsi ilə məşğul olur. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1061 saylı, 03 iyul 2023-ci il tarixli arayışdan görünür ki, Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır, yəni o, fərdi sahibkar statusu olan fiziki şəxsdir (VÖEN: **********). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********98500 saylı, 06 iyul 2023-cü il tarixli Uçota dair arayışın surətindən görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, onun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 24 iyun 2023-cü il tarixdən etibarən dayandırılmış və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 413 saylı, 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına satın alınan damazlıq heyvanların 60 faiz güzəştlə lizing yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehlakçılarına satılması” Qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişafı Agentliyi 60 % güzəştlə lizing yolu ilə damazlıq heyvandarların alınması üçün istehsalçının təsərrüfatının zoogigiyenik şəraiti və baytarlıq-sanitariya vəziyyəti barədə Cəbrayıl Rayon Komissiyasının 03 fevral 2022-ci il tarixli, 20 aprel 2022ci il tarixli və 22 may 2023-cü il rəylərinin surətindən görünür ki, Cəbrayıl rayonu, Çaxırlı kənd sakini Cavabdeh müraciətinə əsasən damazlıq hevyanların saxlanması nəzərdə tutulan və onun mülkiyyətində olan tövlə şəraitinə, eləcə də heyvanların yemlə təmin edilməsi üçün yem bazasına komissiya tərəfindən baxış keçirilmiş, zoogigiyenik şərait damazlıq heyvan saxlanılması üçün tələb olunan normalara uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 17 saylı, 09 iyul 2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçı X4 müraciəti əsasında Sahənin əməkdaşlarının iştirakı ilə Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvana baxış keçirilmiş, Cavabdeh həmin ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermanın sanitar-gigiyenik baxımdan sakinlərə narahatlıq yaratması və bu kimi halların qanunvericiliyin tələblərinə zidd olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 1040 saylı, 11 aprel 2022-ci il tarixli arayışının surətindən görünür ki, Cəbrayıl rayonu, Çaxırlı kənd sakini Cavadov X16 rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yaşayır və həmin evin həyatyanı sahəsində 36x14=504 m2 tövlə, 12x10=120 m2 tövlə və 13x4=52 m2 yem anbarı mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 90 saylı, 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Sahənin əməkdaşlarının iştirakı ilə Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvana baxış keçirilmiş, Cavabdeh tərəfindən həmin ünvanda 504 m2-dən ibarət yanları açıq, çardaqlı tövlə, 120 m2-dən ibarət yanları mişar daşından olan tövlə, 52 m2-dən ibarət yardımçı bina inşa edilmiş və həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş ümumi su arxının istiqaməti dəyişdirilmişdir. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda heyvandarlıqla məşğul olur. Eləcə də, Cavabdeh həmin tikililərin tikilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət etməmiş və ona Komitə tərəfindən tikinti ilə bağlı razılıq verilməmişdir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli və 31 avqust 2023-cü il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəbrayıl X22 Mərkəzinin nümayəndələri tərəfindən Cavabdeh yaşadığı və fermer kimi fəaliyyət göstərdiyi Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvana baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən həmin ünvanda 1. fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlənin inşa edilmiş; 2. həyətyanı torpaq sahəsində və iddiaçı X4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında ot tayasının yığılması nəticəsində yanğın təhlükəsizliyi tələbləri baxımından hər an yanğının baş vermə riskini əhəmiyyətli dərəcədə artırır; 3. həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün böyük çala qazılması nəticəsində ağır qoxu gəlir;
4. həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş ümumi su arxının istiqaməti dəyişdirilmiş; 5. həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün ot doğranan və yem üyüdülən zaman ətrafa toz-torpaq bürüməsi və bu kimi hərəkətlərin (hərəkətsizlik) yol verməsi nəticəsində baytarlıq-sanitariya, eləcə də əhalinin sanitariya-epidemioloji salamatlığı tələbləri pozulur. Bundan başqa, Cavabdeh yemlərin doğranması və üyüdülməsi zamanı ətrafa toz dağılmasının qarşısının alınması məqsədilə yığıcı anbarda germetikliyi daha da yaxşılaşdırılması (toz çıxam yerlərin bağlanmasının təmin edilməsi), heyvan tullantılarının vaxtında ərazidən kənarlaşdırılmasının təmin edilməsi, ərazidə antisanitar vəziyyətin yaranmaması üçün vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi, ümumiyyətlə, mal-qara saxladığı ərazidə zootexniki qaydalara əməl etməsi, sanitar vəziyyətin gözlənilməsi, ətraf ərazilərin heyvan tullantıları, yemlərin üyüdülməsi zamanı toz hissəcikləri ilə zibillənməsinin qarşısının alınması tövsiyyə edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı X9 ilə cavabdeh Cavadov X16 rayonu, 4 saylı qəsəbədə yaşayır, qonşudurlar, onların həyətyanı torpaq sahələri yanbayandır və arada məftildən toxunmuş hasar (setka) vardır. Bundan başqa, 1. Cavabdeh tərəfindən istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlə inşa edilmiş; 2. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və iddiaçı X4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında ot tayası yığılmış; 3. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün böyük çala qazılmış; 4. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş ümumi su arxının istiqaməti dəyişdirilmiş; 5. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün ot doğranılır və yem üyüdülür; 6. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində, yəni həyətyanı sahələri ayıran məftildən toxunmuş hasar (setka) 25-30 sm.yuxarı qaldırılmışdır. Müəyyən edilmiş bu faktlar məhkəmə iclasında tərəflərin izahatlar ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması;
2. Cavabdeh tərəfindən istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində heyvandarlıqla məşğul olması üçün qanunsuz 2 (iki) tövlənin inşa edib-etməməsi, iribuynuzlu heyvanların saxladığı ərazidə zoogigiyenik, sanitariya-gigiyena tələblərinə əməl edib-etməməsi; 3. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ot tayasının yaşayış evinə yaxın ərazidə yığılması nəticəsində yanğın təhlükəsizliyi tələbləri baxımından hər an yanğının baş vermə riskinin əhəmiyyətli dərəcədə artıb-artmaması və (və ya) baş verə biləcək yanğının qarşısını ala bilmək imkanının olub-olmaması; 4. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün böyük çalanın qazılması nəticəsində ağır qoxunun gəlib-gəlməməsi; 5. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının istiqamətinin dəyişdirilməsi nəticəsində ziyan dəyib-dəyməməsi; 6. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün otun doğranması və yemin üyüdülməsi zamanı ətrafı toztorpaq bürüməsi və bu kimi hərəkətlərə (hərəkətsizlik) yol verməsi nəticəsində baytarlıqsanitariya, eləcə də əhalinin sanitariya-epidemioloji salamatlığı tələbləri baxımından hədsiz və qanunsuz təsirinin əhəmiyyətli dərəcədə artıb-artmaması kimi hallar mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “sahiblik hüququ və sahibliyin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı X4 daşınmaz əmlakın (ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi) “qanuni sahibi” olduğu, eləcə də cavabdeh Alim Rafiq oğlu tərəfindən istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində heyvandarlıqla məşğul olması üçün 2 (iki) tövlənin inşa edilməsi, iribuynuzlu heyvanların saxladığı ərazidə baytarlıq-sanitariya və əhalinin sanitariyaepidemioloji salamatlığı tələblərinə əməl etməməsi iddiaçı X1 və qonşuluq hüquqlarını əhəmiyyətli dərəcədə pozduğu üçün sahiblik hüququnun müdafiəsi məqsədilə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər... Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, mübahisə predmeti olan “Cavabdeh tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda 504 m2-dən ibarət yanları açıq, çardaqlı tövlə və 120 m2-dən ibarət yanları mişar daşından olan tövlə” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən daşınmaz əmlak olaraq daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçmədiyi üçün “özbaşına tikinti” kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 67 saylı, 28 fevral 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydalar”ının 1-ci bəndinə əsasən bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılmasını tənzimləyən sənəddir. Həmin Qaydaların 1-1-ci bəndinə əsasən məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramına uyğun olaraq kənd rayonlarında məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadə və icarə məqsədi ilə dövlət torpaqları hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada sahələr ayrılır. Həmin Qaydaların 3-cü bəndinə əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. Həmin Qaydaların 4-cü bəndinə əsasən yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) yerli bölməsinə göndərirlər. Həmin Qaydaların 5-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsi 10 gün müddətində ərizədə göstərilmiş torpaq sahəsinə baxış keçirir və dövlət torpaq kadastrının məlumatları əsasında tələb edilən sahənin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilmədiyi halda həmin torpağın 1:10000 və ya 1:25000 miqyasında xəritəsini hazırlayır (tələb edilən sahə şəhər və qəsəbələrin hüdudlarında yerləşdiyi halda memarlıq xidmətinin rəyini almaqla) və öz rəyi ilə birlikdə müvafiq icra hakimiyyətinə qaytarır. Həmin Qaydaların 6-cı bəndinə əsasən yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin Vİİİ hissəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 56-cı maddəsinin İX hissəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin İ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin İİ hissəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin İ hissəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin 67-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin İV hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. Həmin Qanunun 10-1.2-ci maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. Bundan başqa, işin faktiki hallarına, eləcə də, tərəflərə ünlanmış suallara əldə edilmiş cavablara əsasən məhkəmə hesab edir ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması, torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, onun planı və ölçüsünün tərtib edilməsi məsələləri, eləcə də torpaq sahəsinə dair icarə və (və ya) istifadə hüququnun və daşınmaz əmlaka digər hüquqlara dair müqavilələrin notariat qaydada təsdiq edilməli və dövlət qeydiyyatına alınmalı olması “imperativ norma” ilə tənzimləndiyi halda, məhz həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq yerli icra hakimiyyəti orqanı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmadığı və (və ya) istifadəyə torpaq sahəsinin ayrılması barədə müvafiq qərar (inzibati akt) olmadığı, eləcə də onun məhz kənd təsərrüfatı ilə məşğul olduğu torpaq sahəsinə dair heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olmaq bağlı hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin və təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilməsi əsasları tənzimlənməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mülkiyyət hüququnun və daşınmaz əmlaka digər hüquqların, bu hüquqların məhdudlaşdırılmasının, əmələ gəlməsinin, başqasına keçməsinin və xitamının dövlət qeydiyyatına alınması kimi hüquqi əsaslar imperativ norma ilə tənzimlənmişdir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tənzimlənmiş “qonşuluq hüququ” Cavabdeh tərəfindən pozulmuş, eləcə də onun tərəfindən ot tayasının iddiaçı X4 yaşayış evinə yaxın ərazidə yığılması faktı yanğın təhlükəsizliyi tələbləri baxımından hər an yanğının baş vermə riskini əhəmiyyətli dərəcədə artırır və baş verə biləcək yanğının qarşısını ala bilmək imkanını isə əhəmiyyətli dərəcədə azaldır. (Bu hallar tərəflərin, üçüncü şəxslərin nümayəndəsinin izahatları ilə və həmin əraziyə yerli baxış keçirilən zamanı da öz təsdiq tapır...) Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tənzimlənmiş “qonşuluq hüququ” Cavabdeh tərəfindən pozulmuş, eləcə də onun tərəfindən 1. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün böyük çalanın qazılması nəticəsində ağır qoxunun gəlməsi; 2. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının istiqamətinin dəyişdirilməsi nəticəsində iddiaçı X7 maddi ziyanın dəyməsi; 3. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün otun doğranması və yemin üyüdülməsi zamanı ətrafa toztorpağın bürüməsi və bu kimi hərəkətlərə (hərəkətsizlik) yol verməsi baytarlıq-sanitariya, eləcə də əhalinin sanitariya-epidemioloji salamatlığı tələbləri baxımından hədsiz və qanunsuz təsirini əhəmiyyətli dərəcədə artırır. (Bu hallar tərəflərin, üçüncü şəxslərin nümayəndəsinin izahatları ilə və həmin əraziyə yerli baxış keçirilən zamanı da təsdiqini tapır...) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi-təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır. Həmin Qanununun 7-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; 2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; 3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək; 4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək; 6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən baytarlıq fəaliyyəti - qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, xidməti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən baytarlıq (baytarlıq-sanitariya) qaydaları - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlərdir. Həmin Qanunun 19.0-ci maddəsinə əsasən heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: 19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; 19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; 19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; 19.0.5. istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; 19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək; 19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; 19.0.8. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; 19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; 19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; 19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən baytarlıq tədbirləri iki hissədən ibarətdir: 20.1.1. baytarlıq (baytarlıq-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin qarşısını almaq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin saxlanma şəraitinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə aparılan profilaktik və baytarlıq (baytarlıq-sanitariya) tədbirləri; 20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin ləğvi və qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan tədbirlər. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinini İ hissəsinə əsasən əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. Həmin Qanunun 1-ci maddəsinin İİ-hissəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur: əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; - dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; - əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi; - əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi; - dövlət və idarə sanitariya nəzarəti, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi. Həmin Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: - təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; - sanitariyaepidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; - dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; - dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və sanitariya-epidemioloji xidmət müəssisələrinə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət orqanları-ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr: - əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli; - Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaşların tələbi ilə onlara tam və dəqiq məlumat verməli; - Həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalı; - sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsi-idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsi ilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi-texniki baza yaratmalı; - sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyena biliklərini təbliğ etməli, gigiyena təlim-tərbiyəsi işlərini yerinə yetirməlidirlər. Həmin Qanunun 39-cu maddəsinə əsasən aşağıda göstərilənlərdə təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar: - dövlət sanitariya nəzarətini həyata keçirən orqanlarla razılaşdırılmadan torpaq sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması və ya genişləndirilməsi üçün istifadə edilməsi; - yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına, sənaye, o cümlədən radioaktiv və zəhərli maddələrin, kənd təsərrüfatı və təsərrüfat-məişət tullantılarının yığılmasına, saxlanılma-sına, daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması; - atmosfer havasının qorunması sahəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması; --- Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibraətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsinin “mülkiyyət” hüququ ilə bağlı hüquqi mövqeyi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli və “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 29 yanvar 2015-ci il tarixli qərarlarında öz əksini tapmışdır.) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X4 iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı qismən öz təsdiqini tapdığı üçün iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı X9 iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki halını, xüsusilə, “Cavabdeh tərəfindən istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində, yəni həyətyanı sahələri ayıran məftildən toxunmuş hasar (setka) 25-30 sm. yuxarı qaldırılmaq nəticəsində maddi ziyanın dəyməsini (toyuq-cücənin itməsi...)” tam əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, iddiaçı X9 1. Cavabdeh tərəfindən istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində heyvandarlıqla məşğul olması üçün qanunsuz 2 (iki) tövlənin inşa etməsini, iribuynuzlu heyvanların saxladığı ərazidə baytarlıq-sanitariya, eləcə də əhalinin sanitariya-epidemioloji salamatlığı tələblərinə əməl etməməsini 2. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ot tayasının iddiaçı X4 yaşayış evinə yaxın ərazidə yığılması nəticəsində yanğın təhlükəsizliyi tələbləri baxımından hər an yanğının baş vermə riskinin əhəmiyyətli dərəcədə artmasını və baş verə biləcək yanğının qarşısını ala bilmək imkanının olmamasını 3. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün böyük çalanın qazılması nəticəsində ağır qoxunun gəlməsini; 2. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının istiqamətinin dəyişdirilməsi nəticəsində ona maddi ziyanın dəyməsini; 3. Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün otun doğranması və yemin üyüdülməsi zamanı ətrafa toz-torpağın bürüməsi və kimi hərəkətlərə (hərəkətsizlik) yol verməsi nəticəsində baytarlıq-sanitariya, eləcə də əhalinin sanitariya-epidemioloji salamatlığı tələbləri baxımından hədsiz və qanunsuz təsirini əhəmiyyətli dərəcədə artırmasını tam əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Belə ki, iddiaçı X4 iddia tələbinin əsası kimi istinad etdiyi işin məhz bu mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilir. Ümumiyyətlə, məhkəmə Cavabdeh öz əmlak və əşya hüquqlarını həyata keçirməklə, iddiaçı (qonşusu) X4 əmlakının yanğın təhlükəsi təsirinə və maddi ziyanın yaranmasına, eləcə də sahiblik hüququnun pozulmasına yönələn hərəkətlərini hüququndan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı X3 hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh tərəfindən iddiaçı X7 münasibətdə “qonşuluq hüququ” pozulduğu; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, A) Cavabdeh tərəfindən Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlə cavabdehin öz vəsaiti hesabına sökülməli və ərazi əvvəlki vəziyyətə qaytarılmalı, B) Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və iddiaçı X4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yeri cavabdehin hesabına yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq, dəyişdirilməli, C) Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çala ləğv edilməli və ərazi əvvəlki vəziyyətə qaytarılmalı, Ç) Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqaməti əvvəlki vəziyyətə qaytarılmalı, D) Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ev təsərrüfatı ilə məşğul olduğu müddət ərzində heyvanlar üçün otun doğranması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıq-sanitariya və əhalinin sanitariya-epidemioloji salamatlığı tələblərinə əməl etməli və iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlə cavabdehin öz vəsaiti hesabına sökülsün və ərazi əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və iddiaçı X4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yeri cavabdehin hesabına yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq, dəyişdirilsin. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çala ləğv edilsin və ərazi əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqaməti əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu, 4 saylı qəsəbə, ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ev təsərrüfatı ilə məşğul olduğu müddət ərzində heyvanlar üçün otun doğranması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıq-sanitariya və əhalinin sanitariya-epidemioloji salamatlığı tələblərinə əməl etsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov