Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-424/2023 27.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 55 (əlli beş) AZN məbləği olmaqla, ümumi dəyəri 989.98 (doqquz yüz səksən doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan və kompüter oyunu satılmışdır. Bundan başqa, ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 34 (otuz dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 599.99 (beş yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon satılmışdır. Bundan başqa, ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 25 (iyirmi beş) AZN məbləği olmaqla, ümumi dəyəri 297 (iki yüz doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “FİVER” markalı qaz piltəsi satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 11 may 2023-cü il tarixə ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 329 (üç yüz iyirmi doqquz) AZN məbləğində əsas borcu, 493 (dörd yüz doxsan üç) AZN məbləğində cərimə borcu, ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 293.90 (iki yüz doxsan üç, doxsan) AZN məbləğində əsas borcu, 440 (dörd yüz qırx) AZN məbləğində cərimə borcu və ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 105.50 (yüz beş, əlli) AZN məbləğində əsas borcu, 158 (yüz əlli səkkiz) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 329 (üç yüz iyirmi doqquz) AZN məbləğində əsas borcun, 49.30 (qırx doqquz, otuz) AZN məbləğində cərimə borcunun, ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 293.90 (iki yüz doxsan üç, doxsan) AZN məbləğində əsas borcun, 44 (qırx dörd) AZN məbləğində cərimə borcunun, 10991891 saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 105.50 (yüz beş, əlli) AZN məbləğində əsas borcun, 15.80 (on beş, səksən) AZN məbləğində cərimə borcunun, ümumilikdə 837.50 (səkkiz yüz otuz yeddi, əlli) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 55 (əlli beş) AZN məbləği olmaqla, ümumi dəyəri 989.98 (doqquz yüz səksən doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyan və kompüter oyunu “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 989.98 (doqquz yüz səksən doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyanı və kompüter oyununu təhvil almışdır. İş materiallarında olan ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 989.98 (doqquz yüz səksən doqquz, doxsan səkkiz) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı paltaryuyanın və kompüter oyununun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 55 (əlli beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMCnin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə aylıq ödəniş 34 (otuz dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 599.99 (beş yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 29 yanvar 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 599.99 (beş yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 599.99 (beş yüz doxsan doqquz, doxsan doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonun dəyərinə görə 18 (on səkkiz) ay müddətinə hər ay 34 (otuz dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMCnin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 25 (iyirmi beş) AZN məbləği olmaqla, ümumi dəyəri 297 (iki yüz doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “FİVER” markalı qaz piltəsi “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 10 mart 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 297 (iki yüz doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “FİVER” markalı qaz piltəsini təhvil almışdır. İş materiallarında olan ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 297 (iki yüz doxsan yeddi) AZN məbləği olan 1 (bir) ədəd “FİVER” markalı qaz piltəsinin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 25 (iyirmi beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 yanvar 2022-ci il tarixli, ********* saylı 29 yanvar 2022-ci il tarixli və ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 329 (üç yüz iyirmi doqquz) AZN məbləğində əsas borcu, 493 (dörd yüz doxsan üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 822 (səkkiz yüz iyirmi iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 293.90 (iki yüz doxsan üç, doxsan) AZN məbləğində əsas borcu, 440 (dörd yüz qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 733.90 (yeddi yüz otuz üç, doxsan) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə ********* saylı 10 mart 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 105.50 (yüz beş, əlli) AZN məbləğində əsas borcu, 158 (yüz əlli səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 263.50 (iki yüz altmış üç, əlli) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 25 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 329 (üç yüz iyirmi doqquz) AZN məbləğində əsas borc, 49.30 (qırx doqquz, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 293.90 (iki yüz doxsan üç, doxsan) AZN məbləğində əsas borc, 44 (qırx dörd) AZN məbləğində cərimə borcu, 10991891 saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 105.50 (yüz beş, əlli) AZN məbləğində əsas borc, 15.80 (on beş, səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 837.50 (səkkiz yüz otuz yeddi, əlli) AZN məbləğində borc və 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı 09 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 329 (üç yüz iyirmi doqquz) AZN məbləğində əsas borc, 49.30 (qırx doqquz, otuz) AZN məbləğində cərimə borcu, ********* saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 293.90 (iki yüz doxsan üç, doxsan) AZN məbləğində əsas borc, 44 (qırx dörd) AZN məbləğində cərimə borcu, 10991891 saylı 29 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 105.50 (yüz beş, əlli) AZN məbləğində əsas borc, 15.80 (on beş, səksən) AZN məbləğində cərimə borcu, ümumilikdə 837.50 (səkkiz yüz otuz yeddi, əlli) AZN məbləğində borc və 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-424/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-424/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver