Məhkəmə qərarları › İş №2(072)-492/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-492/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-492/2023 31.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 13 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş 3694 (üç min altı yüz doxsan dörd) AZN məbləği olmaqla, 24 (iyirmi dörd) ay müddətinə aylıq ödəniş 152 (yüz əlli iki) AZN məbləği olmaqla, ümumi dəyəri 7322 (yeddi min üç yüz iyirmi iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefon, 1 (bir) ədəd “İPHONE” markalı mobil telefon, 1 (bir) ədəd “HP” markalı noutbuk, 1 (bir) ədəd “İNDESİT” markalı soyuducu, 2 (iki) ədəd “HONOR” markalı qulaqcıq və aksesuarlar satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 12 iyun 2023-cü il tarixə 2108 (iki min yüz səkkiz) AZN məbləğində əsas borcu, 6324 (altı min üç yüz iyirmi dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 8432 (səkkiz min dörd yüz otuz iki) AZN məbləğində borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh 2108 (iki min yüz səkkiz) AZN məbləğində əsas borcun, 632.40 (altı yüz otuz iki, qırx) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2740.40 (iki min yeddi yüz qırx, qırx) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 47.40 (qırx yeddi, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 13 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 3694 (üç min altı yüz doxsan dörd) AZN məbləği olmaqla, 24 (iyirmi dörd) ay müddətinə aylıq ödəniş 152 (yüz əlli iki) AZN məbləği olmaqla, ümumi dəyəri 7322 (yeddi min üç yüz iyirmi iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefon, 1 (bir) ədəd “İPHONE” markalı mobil telefon, 1 (bir) ədəd “HP” markalı noutbuk, 1 (bir) ədəd “İNDESİT” markalı soyuducu, 2 (iki) ədəd “HONOR” markalı qulaqcıq və aksesuarlar “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli “təhvil-təslim aktı”ndan görünür ki, “alıcı Cavabdeh ********* saylı, 13 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 7322 (yeddi min üç yüz iyirmi iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefonu, 1 (bir) ədəd “İPHONE” markalı mobil telefonu, 1 (bir) ədəd “HP” markalı noutbuku, 1 (bir) ədəd “İNDESİT” markalı soyuducunu, 2 (iki) ədəd “HONOR” markalı qulaqcığı və aksesuarları təhvil almışdır. İş materiallarında olan ********* saylı, 13 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 7322 (yeddi min üç yüz iyirmi iki) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefonun, 1 (bir) ədəd “İPHONE” markalı mobil telefonun, 1 (bir) ədəd “HP” markalı noutbukun, 1 (bir) ədəd “İNDESİT” markalı soyuducunun, 2 (iki) ədəd “HONOR” markalı qulaqcığın və aksesuarların dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 20 (iyirmi) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 13 aprel 2022-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 12 iyun 2023-cü il tarixə 2108 (iki min yüz səkkiz) AZN məbləğində əsas borcu, 6324 (altı min üç yüz iyirmi dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 8432 (səkkiz min dörd yüz otuz iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 10 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 47.40 (qırx yeddi, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “632.40 (altı yüz otuz iki, qırx) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də “632.40 (altı yüz otuz iki, qırx) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 2108 (iki min yüz səkkiz) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 2208 (iki min iki yüz səkkiz) AZN məbləğində borc və 38.19 (otuz səkkiz, on doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2108 (iki min yüz səkkiz) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 2208 (iki min iki yüz səkkiz) AZN məbləğində borc və 38.19 (otuz səkkiz, on doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar