Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-565/2025 03.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Üçüncü şəxs Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 13 sentyabr 2007-ci ildə “Ləman” və 25 aprel 2010-cu ildə “Murad” adlı 2 (iki) uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Bütün bunlara baxmayaraq, o, ailə münasibətlərinin davam etdirilməsinə ümid etmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-255/2025 saylı, 02 may 2025-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 cavabdeh (ana) Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, cavabdeh (ana) Cavabdeh xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Lakin hesab edir ki, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Belə ki, mediasiya prosesi zamanı onların iştirakı ilə mediator tərəfindən uşaqların hansı valideynin yanında qalması ilə bağlı rəsmi nikahlarından anadan olmuş 13 sentyabr 2007ci il təvəllüdlü X4, 25 aprel 2010-cu il təvəllüdlü X6 dindirilməmiş, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyi əldə edilməmişdir. Eyni zamanda bildirir ki, əgər rəsmi nikahlarından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 aprel 2010-cu il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaq istəsələr o, buna etiraz etməyəcəkdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh ilə “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi”nin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, o, İddiaçı ilə 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 2 (iki) uşağı-13 sentyabr 2007-ci ildə “Ləman” və 25 aprel 2010-cu ildə “Murad” anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 255/2025 saylı, 02 may 2025-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 özünün yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçı (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” onların hər ikisinin razılığı ilə bağlandığı üçün qanunidir. Bundan başqa, mediasiya prosesi zamanı mediator tərəfindən uşaqların hansı valideynin yanında qalması ilə bağlı qəyyumluq və himayəçilik orqanının rəyi əldə edilməsə də, lakin rəsmi nikahlarından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 aprel 2010-cu il təvəllüdlü X6 qeyrirəsmi formada dindirilmişlər. Onu da qeyd edir ki, o, İddiaçı rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları “Ləman” və “Murad” ilə görüşməsinə və ünsiyyət saxlamasına heç bir mane yaratmamışdır. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi qərəzlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı irəli sürdüyü “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının nümayəndəsi X7 izahatında bildirmişdir ki, o, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru vəzifəsində işləyir. Cavabdeh İddiaçı qarşı “nikaha xitam verilməsi, aliment və əmlak bölgüsü tələbi” barədə 11 dekabr 2024-cü-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, 11 dekabr 2024-cü-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə təklif İddiaçı göndərilmiş və 28 dekabr 2024-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinə əsasən tərəflərə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi barədə mediasiyada iştirakla bağlı dəvət göndərilmişdir. 13 yanvar 2025-ci il tarixdə tərəflər Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına gəlmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Beləliklə, hər iki valideynin, yəni İddiaçı ilə Cavabdeh qarşılıqlı razılığı əsasında onların rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1 və 25 aprel 2010-cu il təvəllüdlü X2 (ana) Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Cavabdeh xeyrinə ödənilməsi ödənilməsi və uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə mediasiya prosesi nəticəsində MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Onu da qeyd edir ki, mediasiya təşkilatına daxil olmuş müraciət 1 (bir) aydan artıq olmayan müddətə həll edilməlidir. Kifayət qədər müddət tələb etdiyi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1 və 25 aprel 2010-cu il təvəllüdlü X2 hansı valideynin yanında qalması ilə bağlı qəyyumluq və himayəçilik orqanının rəyi əldə edilməmişdir. Eyni zamanda bildirir ki, mediasiya prosesi zamanı tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1 və 25 aprel 2010-cu il təvəllüdlü X2 hansı valideynin yanında qalması ilə bağlı qəyyumluq və himayəçilik orqanının rəyi əldə edilməsə də, lakin onlar atanın iştirakı olmadan qeyri-rəsmi formada dindirilmişlər. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdırıb və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “mediasiya işi”ndən görünür ki, Cavabdeh İddiaçı qarşı “nikaha xitam verilməsi, aliment və əmlak bölgüsü tələbi” barədə 11 dekabr 2024-cü-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, mediator tərəfindən 11 dekabr 2024-cü-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə təklif İddiaçı göndərilmiş və 28 dekabr 2024-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinə əsasən tərəflərə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi barədə mediasiyada iştirakla bağlı dəvət göndərilmişdir. Bundan başqa, 13 yanvar 2025-ci il tarixdə tərəflər Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına gəlmiş, mediator tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmiş, onların rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 (ana) Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Cavabdeh xeyrinə ödənilməsi və uşaqla ünsiyyət hüququ təmin edilməsi barədə tərəflər arasında “Mediasiya prosesi nəticəsində MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” bağlanmışdır. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən mediator tərəfindən tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X4 və 25 aprel 2010-cu il təvəllüdlü X6 hansı valideynin yanında qalması ilə bağlı tərəflərin iştirakı ilə dindirilməmiş, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyi əldə edilməmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-255/2025 saylı, 02 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 № ilə qeyd edilmiş, 07 iyul 2007-ci il tarixli nikahın pozulması, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 (ana) Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, cavabdeh (ana) Cavabdeh xeyrinə ödənilməsinin nəzərə alınması...qət edilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin, eləcə də valideynlərin (keçmiş ər-arvad) uşaqlara münasibətdə hüquq və vəzifələrinin əsasını “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı X5 “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədilə Cavabdeh qarşı mülki hüquqi nəticələrə səbəb olmayan “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir. Barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıbsayılmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsız sayılmasına əsas olan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Başqa sözlə, məhkəmə qərardadı ilə təsdiqlənmiş əqdlərin etibarsızlığı ilə bağlı ümumi qaydada iddia qaldırmaq hüququ hansısa qanun norması ilə məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı “mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək”, “mülki hüquq subyektlərinin bərabərliyi”, “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədilə Cavabdeh qarşı mülki hüquqi nəticələrə səbəb olmayan “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Tərəflər arasında “mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” Azərbaycan Respublikasının mülki qanunvericiliyinin prinsipləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Mediasiya haqqında” haqqında Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı, yəni ilk növbədə uşaqların hüquq və mənafeləri üstün tutulmadığı, eləcə də onların normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onların maraqlarına zərər vura bilən halların yaranma ehtimalı nəzərə alınmaqla bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün iddia tələbi təmin edilməli, “tərəflərin rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 (ana) Cavabdeh yanında qalmasına, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Cavabdeh xeyrinə ödənilməsinə və uşaqla ünsiyyət hüququnun təmin edilməsi”nə dair İddiaçı ilə Cavabdeh arasında “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. “İddiaçı ilə Cavabdeh rəsmi nikahından anadan olmuş 13 sentyabr 2007-ci il təvəllüdlü X1, 25 aprel 2010-cu il təvəllüdlü X2 (ana) Cavabdeh yanında qalmasına, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 13 yanvar 2025-ci il tarixdən etibarən hər bir uşağa görə 300 (üç yüz) AZN sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Cavabdeh xeyrinə ödənilməsinə və uşaqla ünsiyyət hüququnun təmin edilməsi”nə dair İddiaçı ilə Cavabdeh arasında “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2024-01463 saylı, 13 yanvar 2025-ci il tarixli barışıq sazişi” etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov