Məhkəmə qərarları › İş №2(073)-1015/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1015/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1015/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 08 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 08 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 777,60 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. 2022-ci ilin aprel ayında Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları evin sayğacına baxış keçirmiş və həmin sayğacın istismar müddəti bitdiyi üçün çıxararaq aparmışlar. Yeni sayğac quraşdırılmış və bu barədə 01 aprel 2022-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Həmin vaxt köhnə sayğacda kənar müdaxilənin olması barədə hər hansı bir irad və ya akt tərtib olunmamışdır. Lakin 08 dekabr 2022-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda sayğaca müdaxilə olunması göstərilmişdir. Onun bu aktdan və yzılmış borcdan 2024-cü ildə məlumatı olmuşdur. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin olunmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 01 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində olan «Zenner» G-4 markalı, **********2 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi ilə əlaqədar çıxarılmışdır. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 08 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış **********2 nömrəli tipi «Zenner» G-4 markalı qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və qaz itkisinin olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçı fərdi yaşayış evində olan «Zenner» G-4 markalı qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və qaz itkisinin olması nəticəsində itirilmiş qazın dəyərinin 6480 kub metr olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin dekabr ayına 777,60 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Həmin evə quraşdırılmış G-4 tipli, **********2 nömrəli qaz sayğacı dəyişdirilərək, yeni qaz sayğacı quraşdırılmışdır. Dəyişdirilmə səbəbi kimi G-4 tipli, **********2 nömrəli qaz sayğacının istismar müddətinin bitməsi göstərilmişdir. İddiaçı, 08 dekabr 2022-ci ilədək istifadə olunmuş qazın pulunu vaxtında ödəmiş və heç bir borcu qalmamışdır. Cavabdeh 08 dekabr 2022-ci il tarixli bildirişlə iddiaçının evinə quraşdırılmış G-4 tipli, **********2 nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və qaz itkisinin olması səbəbindən 6480 m3 qazın itkiyə getməsi nəticəsində yaranmış 777,60 manat borcun ödənilməsini iddiaçıdan tələb etmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli, ******* saylı aktda G- 4 tipli, **********2 nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və qaz itkisinin olması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-4 tipli, **********2 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxiləedilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 08 dekabr 2022-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 6480 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış 777,60 manat borc abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 08 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış 777,60 manat borc məbləği silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Lənkəran X3 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 08 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında abonentə hesablanmış 777,60 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar