Məhkəmə qərarları › İş №2(073)-1049/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1049/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1049/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək onunla Cavabdeh ASC-nin Cəlilabad filialı aeasında bağlanmış 15 iyul 2022-ci il tarixli, KTA-KTT-22/8473 nömrəli “Lizinq” müqaviləsinə əsasən ona satılmış 1 ədəd, 2021-ci il buraxılışlı, Türkiyə istehsalı, 25050062 şassi nömrəli, narıncı rəngli, “ABOLLO TY-HM1” markalı yemqranın cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı yemqranla əvəz edilərək ona verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək onunla Cavabdeh ASC-nin Cəlilabad filialı aeasında bağlanmış 15 iyul 2022-ci il tarixli, KTA-KTT-22/8473 nömrəli “Lizinq” müqaviləsinə əsasən ona satılmış 1 ədəd, 2021-ci il buraxılışlı, Türkiyə istehsalı, 25050062 şassi nömrəli, narıncı rəngli, “ABOLLO TY-HM1” markalı yemqranın cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı yemqranla əvəz edilərək ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi həxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh ASC-nın Cəlilabad rayon filialı hüquqi şəxs olmadığından iddia Cavabdeh ASC-yə qarşı sonuncunun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İşdə olan AQ 023400 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 1espublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh ASC-yə qarşı sonuncunun rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək onunla Cavabdeh ASC-nin Cəlilabad filialı aeasında bağlanmış 15 iyul 2022-ci il tarixli, KTA-KTT-22/8473 nömrəli “Lizinq” müqaviləsinə əsasən ona satılmış 1 ədəd, 2021-ci il buraxılışlı, Türkiyə istehsalı, 25050062 şassi nömrəli, narıncı rəngli, “ABOLLO TY-HM1” markalı yemqranın cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı yemqranla əvəz edilərək ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə "xxxx" QBKT MMC-nin rəsmi qeyd alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar