Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1058/2025 21.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi1, Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 nümayəndələri Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1 və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla “sənədin ərizəçilərə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, X9, Ərizəçi3 və Ərizəçi4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0014, KOD 80612018 nömrəli dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi2, maraqlı şəxslər X15 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə rəsmi məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə ona və ailə üzvlərinə 4.16 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu bərədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən JN №0014, KOD 80612018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında onun ata adı səhvən “X16” əvəzinə “X10” kimi, anası “Ərizəçi2” əvəzinə “Məmmədova Gülüzar” kimi, bacısı “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Sarvan qızı” kimi və “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Sarvan qızı” kimi qeyd olunmuşdur. Bu da onların sənədləşmə işində problemlər yaradır. O (ərizəçi), bu səhvlərlə bağlı Daşınmaz Əmlakın DRX-nin 8 saylı ərazi idarəsinə müraciət etdikdə orada ona bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Dövlət aktında adları qeyd olunmuş mülkiyyətçilər hamısı ailə üzvləridir. Gülüzar anasıdır, xəstədir, məhkəmədə iştirak edə bilmir. Ailə həyatı qurduqdan sonra soyadı Əhmədova olmuşdur, həmçinin atasının adı Arif olduğu halda yanlışlıqla Sarvan kimi qeyd edilib. Ərizəçi2 onun və digər ərizəçilərin analarıdır, xəstə olduğuna görə anaları məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi Nümayəndə Ərizəçi1 izahatına uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təmsil etdiyi şəxslər və Ərizəçi1 onun bacılardır, Ərizəçi2 isə analarıdır. Torpaq sahəsi uzun müddətdir ki, onların mülkiyyətindədir, bu yaxınlarda həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istəyərkən xəbərdar olublar ki, Dövlət Aktında müvafiq yanlışlıqlar var. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçilər bacıqardaşdırlar, onların Qarakazımlıda torpaq payları var. Heç bir problem olmayıb. Hamı bilir ki, torpaq onlarındır. Bu gün də hamısı birlikdə o torpağa sahiblik edirlər, mehriban münasibətləri var. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 Xalid Qüdrət oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN №0014, KOD 80612018 saylı, xx.xx.1999-cu il tarixli, 09644 qeydiyyat nömrəli dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X7, Məmmədova Gülüzar, Ərizəçi3 Sarvan qızının, Ərizəçi4 Sarvan qızının və X3 mülkiyyətinə 4.16 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1988-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1988-ci ildə doğulmuşdur, atası X24, anası Ərizəçi2dır. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1953-cü ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X12 arasında bağlanmış nikah ləğv edilmişdir, boşanmadan sonra arvada Nərimanova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1986-cı ildə doğulmuşdur, atası X24, anası Ərizəçi2dır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1989-cu ildə doğulmuşdur, atası X24, anası X4r. İşdə olan Qarakazımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, JN №0014, KOD 80612018 saylı dövlət aktında texniki səhv olaraq yazılmışdır: Məmmədova Gülüzar, Ərizəçi3 Sarvan qızı, Ərizəçi4 Sarvan qızı, X13, yazılmalıdır: X9, Ərizəçi3, Ərizəçi4, X14. Akt Qarakazımlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə, Gülməmmədli kənd bələdiyyəsinin sədri, bələdiyyə üzvü tərəfindən imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 JN-14 nömrəli dövlət aktının düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, ərizəçilər və ailə üzvlərinə 4.16 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu bərədə onlara JN №0014, KOD 80612018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında ərizəçilər X8 ata adı səhvən “X10” kimi, “Ərizəçi2” əvəzinə “Məmmədova Gülüzar” kimi, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Sarvan qızı” kimi və “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Sarvan qızı” kimi qeyd olunmuşdur. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə aldırmaq və müvafiq çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Ərizəçilər bacı-qardaş və valideyn olmaqla ailə üzvləridir, torpaq sahəsi uzun müddətdir ki, onların faktiki sahiblik və istifadəsindədir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində hüquqlarının rəsmi qeydə alınması üçün zəruridir, eləcə də həmin faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi və ya sənədlərdə müvafiq düzəlişlərin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 360, 362-ci maddələrini və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixli, 09644 qeydiyyat nömrəli, JN №0014, KOD 80612018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın digər mülkiyyətçi ilə yanaşı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1058/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1058/2025
21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver