Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-114/2024 09.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrin və xx.xx.1996-cı il tarixli təhkim aktının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmri ilə ona Cəlilabad rayonu, Üçtəpə kəndi ərazisində 0,21 ha həyatyanı torpaq sahəsi təhkim edilmişdir. Buna müvafiq olaraq həmin torpaq sahəsinə onun adına xx.xx.1996-cı il tarixli təhkim aktı da verilmişdir. Qeyd edilən fakt arxiv arayışı ilə də təsdiq edilir. Belə ki, adı qeyd edilən xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrdə və xx.xx.1996-cə il tarixli təhkim aktında onun adı “Əli” əvəzinə səhvən “Əlişad” kimi yazılmışdır. Qeyd edilən halın mövcud olması mülkiyyətçi kimi onun üçün müəyyən hüquqi hərəkətlərin həyata keçirilməsinə maneə yaradır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, iddiaçı Ərizəçi onun əmisi oğlu olmaqla, eyni kənddə yaşayırlar. Ərizəçinin adı Əli olmasına baxmayaraq, kənd əhalisi və el arasında Əlişad kimi tanınır və müraciət olunur. O, özü hazırki mübahisədə bilmişdir ki, ərizəçinin adı Əlidir. Ümümiyyətlə Əlini qohum-əqrəbə hamısı Əlişad kimi tanıyır. O, təsdiq edir ki, Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmri və xx.xx.1996-cı il tarixli təhkim aktı Ərizəçi aiddir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, iddiaçı Ərizəçi onun dayısı oğludur və onlar eyni kənddə yaşayırlar. Ərizəçinin adı Əli olmasına baxmayaraq, kənd əhalisi və el arasında Əlişad kimi tanınır. O, Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrinin və xx.xx.1996-cı il tarixli təhkim aktının Ərizəçi məxsus olmasını təsdiq edir. İşdə olan Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrdən görünür ki, Ərizəçişad Adıgözəl oğlu ayrı təsərrüfat olduğundan, onun hesabında həyətyanı torpaq sahəsinin olmamasını nəzərə alaraq Üçtəpə kəndinin şərq istiqamətində yerləşən Üçtəpə-Muğan yolunun cənubunda kanalın qərb zolağı ilə həmsərhəd olan orta sturukturlu torpaq sahəsindən 0,21 ha ölçülüb Ərizəçi verilməsi əmr edilmişdir. İşdə olan xx.xx.1996-cı il tarixli təhkim aktından görünür ki, Ərizəçişad Adıgözəl oğluna Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğu tərəfindən verilmiş xx.xx.1995ci il tarixli, 42 nömrəli əmri ilə Cəlilabad rayonu Üçtəpə kəndində 0,21 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli, 169 saylı arayışdan görünür ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Üçtəpə ÜİEM-nin xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrindən arxiv çıxarışına əsasən Ərizəçişad oğlu ayrı təsərrüfat olduğundan, hesabında həyətyanı torpaq sahəsinin olmamasını nəzərə alaraq Üçtəpə kəndinin şərq istiqamətində yerləşən Üçtəpə-Muğan yolunun cənubunda kanalın qərb zolağı ilə həmsərhəd olan orta sturuktur torpaq sahəsindən 0,21 ha ölçülüb Ərizəçişad Adıgözəl oğluna verilməsi qeyd edilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Üçtəpə kənd İƏDÜN tərəfindən 1189 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, Ərizəçi və onun ailə üzvü X2 qeydiyyata alınmışlar. İşdə olan AZE № 15077936 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçiyə Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmri ilə ona Cəlilabad rayonu, Üçtəpə kəndi ərazisində 0,21 ha həyatyanı torpaq sahəsi təhkim edilmişdir. Buna müvafiq olaraq həmin torpaq sahəsinə onun adına xx.xx.1996-cı il tarixli təhkim aktı da verilmişdir. Lakin Üçtəpə Yİ və EM-nin direktorluğunun xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrində və xx.xx.1996-cı il tarixli təhkim aktında Ərizəçi adı “Əli” yazılmalı olduğu halda, səhvən “Əlişad” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrin və xx.xx.1996-cı il tarixli təhkim aktının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrin və xx.xx.1996-cı il tarixli təhkim aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Cəlilabad rayonu Üçtəpə Yİ və EM-nin direktorluğu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 42 nömrəli əmrin və xx.xx.1996-cı il tarixli təhkim aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-114/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-114/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver