Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-117/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 iyul 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.1973-cü ildə Cəlilabad şəhərində doğulub. xx.xx.1993-cü il tarixdə X6 ilə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikahlarından dörd uşaqları doğulmuşdur. xx.xx.2004cü il təvəllüdlü Rəhim adlı oğlu anadan gəlmə “F71.1-orta əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda oğlu təkbaşına heç bir hərəkət edə bilmir. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilib. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında xx.xx.1993-cü il tarixdə 164 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 iyul 2004-cü ildə Cəlilabad şəhərində doğulmuşdur, atası X6, anası Ərizəçidır. İşdə olan əllillik haqqında arayışdan görünür ki, X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyi səbəbindən 2-ci dərəcəli əlilldir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 150 saylı rəydən görünür ki, X5 imbesillik dərəcəsində əqli gerilik, davranış pozuntuları ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx.xx.2004-cü il təvəllüdlü X5 anadan gəlmə əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Hal-hazırda oğlu təkbaşına heç bir hərəkət edə bilmir. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. O, hal-hazırda özünü idarə edə bilmir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, nəticəsində X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 2004-cü ildə Cəlilabad şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-117/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-117/2025
13.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver