Məhkəmə qərarları › İş №2(073)-118/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-118/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-118/2023 19.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi Torpağa mülkiyyət hüququna dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-035A, Kod 80624028 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN- 227, Kod 80624028 nömrəli Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN- 035A, Kod 80624028 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ailə üzvlərinə 1.65 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi və 0.25 ha həyatyanı torpaq sahəsi verilmişdir. Bu barədə ona JN-227 KOD 80624028 olan torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı və JN-035A KOD 80624028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin həmin Dövlət aktında və şəhadətnamədə onun soyadı və cinsi yanlışlıqla “Ərizəçi” əvəzinə “X1” kimi yazılmışdır. Bu da onun sənədləşmə işlərində problemlər yaradır. O, bu səhvlərlə bağlı Daşınmaz Əmlakın DRX-nin 8 saylı ərazi idarəsinə müraciət etdikdə orada ona bildirdilər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə, Torpağa mülkiyyət hüququna dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-035A, Kod 80624028 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-227, Kod 80624028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə Cəlilabad rayonu Adnalı kəndində 1.65 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan JN-035A, Kod 80624028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə Cəlilabad rayonu Adnalı kəndində 0,25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə Cəlilabad rayonu Adnalı kəndində 1.65 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Bundan başqa Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə Cəlilabad rayonu Adnalı kəndində 0,25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-035A, Kod 80624028 şəhadətnamə tərtib edilmişdir. Lakin həmin Dövlət aktında və şəhadətnamədə ərizəçinin soyadı və cinsi yanlışlıqla «X2» kimi yazılmışdır. Halbuki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçidur. Ərizəçi hazırda həmin torpaq sahəsini Dövlət qeydiyyatına aldırmaq istəyir. Ərizəçinin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçidur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi Torpağa mülkiyyət hüququna dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktının və JN-035A, Kod 80624028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktının və JN-035A, Kod 80624028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-227, Kod 80624028 nömrəli Dövlət aktının və JN-035A, Kod 80624028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar