Məhkəmə qərarları › İş №2(073)-1180/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1180/2024

20.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1180/2024 20.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X19, Cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinin nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X11, X25, X28 və X21 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı Cavabdeh2 ilə aralarında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə aralarında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 1S- 1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum həyat yoldaşı X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mərhum həyat yoldaşından miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət edilmişlər və Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən onunla birlikdə övladları da mərhum həyat yoldaşı Nadir Əhmədovun qanun üzrə vərəsələri hesab edilmişlər. Belə ki, cavabdeh olan oğlu Cavabdeh2 13 fevral 2023-cü il tarixdə mərhum həyat yoldaşından qanun üzrə vərəsəlik hüququ əsasında miras kimi ona qalmış əmlakları, onu aldatma yolu ilə özünküləşdirmişdir. Oğlu Cavabdeh2 ona bildirmişdir ki, atasının olan traktoru satmaq istəyir, ona görə də Notariat ofisində olan sənədələrə imza atmalıdır. Bundan sonra oğlu Cavabdeh2, onu traktora aid sənədlərə imza atmaq adı ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə aparmışdır. Onun Notariat ofisində əmlakları cavabdehə bağışlamağı barədə məlumatı olmamışdır. Notariat ofisində də ona bu barədə heç bir söz deyilməmişdir. O, təxminən bir neçə ay bundan qabaq bilmişdir ki, adına olan torpaq sahələri bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanılmışdır. O, ümumiyyətlə nə yaza, nə də ki, oxuya bilmir. Bir sözlə cavabdeh ona yanlış məlumat verməklə bağışlama müqaviləsinə ona imza atdırmışdır. Cavabdehin onu aldadaraq Cəlilabad rayon 1 saylı Notariat ofisində bağışlama müqaviləsi ilə adına keçirdiyi əmlaklar - ünvan 2ində yerləşən ümumi sahəsi 1,77 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 2,1572 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi, Cəlilabad rayonu Gunəşli kəndində yerləşən ümumi sahəsi 1,9154 ha olan torpaq sahəsi. Cəlilabad rayonu Cəlilabad ravonu Günəşli kəndində yerləşən ümumi sahəsi 0,815 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən umumi sahəsi 1,6735 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 0,8427 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 0,9483 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 0,8367 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 1,1477 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 1,0533 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 1,0088 ha olan torpaq sahəsi, ünvan 2ində yerləşən ümumi sahəsi 3,3026 ha olan torpaq sahəsi və ünvan 2ində yerləşən ümumi sahəsi 0,9038 ha olan torpaq sahəsindən ibarətdir. Hesab edir ki, adı qeyd edilən müqavilələr mübahisələndirilməlidir. Ona görə ki, aldatma yolu ilə bağlanılmış əqdlərdir, məqsəd ona zərər vurmaqdan ibarətdir və bu fakt məqsədli şəkildə edilmişdir. Həmin əqd pis niyyətlə bağlanmış bir əqddir. Göründüyü kimi cavabdeh onun etibarından və heç bir savadı olmadığından istifadə etmişdir. O, həmin əqdi etibarsız hesab edir və qanunun tələbinə görə də etibarsız əqd bağlandığı andan etibarsız hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, yuxarıda qeyd etdiyi əmlaklar üzrə 14 ədəd xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsinə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X32 iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı həyat yoldaşı, eyni zamanda Cavabdeh2 atası X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X4 vəfat etdikdən sonra mərhumun həyat yoldaşı İddiaçı və onların övladları mərhumdan miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət etmişlər. X1 övladları mirası qəbul etməkdən imtina etmişlər və Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən İddiaçı mərhum Nadir Əhmədovun qanun üzrə vərəsəsi hesab edilmişdir. 13 fevral 2023cü il tarixdə mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlakların dəyərini qəbul etməklə Cavabdeh2 bağışlamışdır. İddiaçı cavabdehin onun etibarından və savadının olmadığından istifadə etməsini qeyd edir, lakin bu inandırıcı deyil. Belə ki, iddiaçı bağışlanma müqavilələrini öz iradəsi ilə razılığ əsasında imzalamış və bu fakt müqavilələrdə göstərilən razıyam qeydi ilə və onun şəxsi imzası ilə təsdiq olunur. İddiaçı iddia ərizəsində və məhkəmə prosesində verdiyi izahatında onu mövcud olmuş traktorun satılması ilə bağlı sənədlərə imza edilməsindən ötrü, Notariat ofisinə çağırıldığını və orada aldadılaraq başqa sənədlərə imza atdırılmasını qeyd edir, lakin iddiaçının övladları, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə onları və anaları olan iddiaçını mərhum atalarından miras qalmış əmlakları analarının adına keçirilməsi üçün Notariat ofisinə çağırıldıqlarını qeyd edirlər. Eyni tərəflərin ziddiyyətli izahatları ona əsas verir ki, Notariat ofisində aparılan hərəkətlər qanunauyğun qaydada aparılmışdır. Notariat ofisində həmin müqavilələr bağlanılarkən iddiaçı və övladları iştirak etmişlər və hamısının da ümumi razılıqları olmuşdur bu işdə. Lakin iddiaçı sonradan övladlarının təzyiqi ilə bağışladığı əmlakların geri qaytarılmasını tələb edir. Bu da qanunun tələbi baxımından qanunaziddir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinin nümayəndəsi X14 iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı mərhum həyat yoldaşı X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X4 vəfat etdikdən sonra İddiaçı mərhumdan miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət etmişdir. X1 övladları mirası qəbul etməkdən imtina etmişlər və Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən İddiaçı mərhum Nadir Əhmədovun qanun üzrə vərəsəsi hesab edilmişdir. 13 fevral 2023-cü il tarixdə mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı Notariat ofisində şəxsən iştirak etmiş və müqavilələrin hüquqi nəticələri və qanunun tələbləri ona izah edilmişdir. İddiaçı mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlakları Cavabdeh2 bağışlamışdır. İddiaçının övladlarından bir neçəsi də həmin vaxtı onunla birlikdə Notariat ofisində olmuşlar. Lakin iddiaçı hazırda fikrini dəyişmiş və bağışladığı əmlakların geri qaytarılmasını tələb edir. Bu da qanunun tələbi baxımından qanuna uyğun deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 verdiyi izahatında bildirdi ki, o, X2 adına etibarnamə vermiş ki, mərhum atasından qalmış torpaq sahələri anasının adına keçirilsin. Lakin Notariat öfisində ona izah etməmişlər ki, həmin torpaq sahələri qardaşı Cavabdeh2 adına keçirilir. O, özü əlildir və oxuma-yazma bilmir. Dövlət tərəfindən verilən subsudiyaların alınması üçün torpaq sahələrini analarının adına keçirilməsi məqsədilə Cəlilabad rayonu 1 saylı Notariat öfisinə getmiş və atalarından qalan torpaq sahələrindən imtina edilməsi üçün anasının xeyrinə imtina ərizəsi verilməsindən ötrü X2 adına etibarnamə vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 verdiyi izahatında bildirdi ki, o, torpaq sahəsini başqalarının adına keçirilməsinə razılığı olmamış, lakin onu aldadaraq ondan etibarnamə almışlar. Lakin həmin torpaq sahələrinin anasının adına keçirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 verdiyi izahatında bildirdi ki, ailəlikcə evdə öz aralarında məsləhətləşib, razılığa gəlmişlər ki, Dövlət tərəfindən verilən subsudiyaların alınması üçün torpaq sahələrini analarının adına keçirsinlər. Bu məqsədlə Cəlilabad rayonu 1 saylı Notariat öfisinə getmişlər və atalarından qalan torpaq sahələrindən imtina edilməsi üçün anasının xeyrinə imtina ərizəsi vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X41 verdiyi izahatında bildirdi ki, o, Bakı şəhərində yaşayır. Anasının sözü ilə mərhum atasından qalan əmlakları anasının adına keçirilməsi üçün Cəlilabad rayonu 1 saylı Notariat öfisinə gəlmişdir. X2 adına verilən etibarnamədən məlumatı yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 verdiyi izahatında bildirdi ki, onun notarial hərəkətlərindən məlumatı olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X42 və X35 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29 və X24 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan, Cavabdeh2 Cəlilabad rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. Lakin həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X15 Cəlilabad rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X30 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. Lakin həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X16 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X31 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X7 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddəti ötürmüş, yəni buraxmışdır. Atasının ölümündən sonra mirasın nədən ifadə olunmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu müəyyənləşdirmək niyyətində deyildir. İşdə olan X20 nümayəndəsi X3 rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. X9 həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X25 nümayəndəsi X3 rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. X13 həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X29 nümayəndəsi X3 rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X29 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. X17 həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X28 nümayəndəsi X3 rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. X18 həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan X11 nümayəndəsi X3 rayon 1 saylı Notariat ofisinə verdiyi ərizəsidən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X12 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbəri olmuşdur. X5 həmin mirasdan ona çatası paydan imtina etmiş və bu barədə heç bir tələbinin olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəyini qeyd etmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 vərəsələri ünvan 2ində qeydiyyatda olan İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakları ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X12 verilmiş **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X12 verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.6735 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X12 verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9483 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X12 verilmiş **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.6731 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X12 verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.19 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X12 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.8367 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9038 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X12 verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.19 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X12 verilmiş **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 3.3026 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X12 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.1477 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X12 verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 3.3026 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.815 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X12 verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.0088 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.8427 ha olan torpaq sahəsindən, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.9154 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,77 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 2,1572 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,9154 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,815 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,6735 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,8427 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,8367 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,1477 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1303 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,0533 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,0088 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 3,3026 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,9038 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X10 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,9483 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iclasında İddiaçı Cavabdeh2 ilə aralarında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsızlığını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi Notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 668.1.2-ci maddəsinə əsasən bağışlama rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. İş materiallarında da göründüyü kimi iddiaçının etibarsızlığını tələb etdiyi Cəlilabad rayonu 1 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələri bağlanılarkən, hədiyyə olunan Cavabdeh2 tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmiş öhdəliyi olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı mübahisələndirilən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı Cavabdeh2 ilə aralarında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 241-244, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı Cavabdeh2 ilə aralarında Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S- 1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar