Məhkəmə qərarları › İş №2(073)-1190/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1190/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1190/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X*, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi Maraqlı şəxs Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli, 037**8* nömrəli aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhəri Həməşəra küçəsi göngə 6 ev ** ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmış və istehlak etdiyi təbii qaza görə ödənişlərini vaxtında edir. 202*-cü ilin sentyabr ayında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. 27 mart 2023-cü il tarixdə isə 037**8* saylı akt tərtib edilmiş və aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombunun üzərində olmadığı aşkar edilmiş və bu səbəbdən cərimə olunmuşdur. Həmin aktı əsassız hesab edir. Belə ki, qaz saycağı çıxarılan zaman sayğacda heç bir qüsur olmamış və həmin vaxt sayğacı çıxaran əməkdaşlar da hər hansı bir qüsurun olduğunu aşkar etməmişlər. Sayğaca isə onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında sonradan aşkar edilmiş qüsurdan onun (iddiaçının) məlumatı yoxdur. Aktda qeyd olunmuş sayğaca edilən müdaxilənin qəsdən onun tərəfindən edilməsi mümkünsüzdür, çünki bu onun (iddiaçının) bilərəkdən özünə zərər vurması deməkdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Azəriqaz» İstehsalat Birliyi Maraqlı şəxs Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş *0.09.202*-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli G-4 markalı sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və «Zenner Smart G4» markalı sayğacla əvəz edilmişdir. İşdə olan «Azəriqaz» İstehsalat Birliyi Maraqlı şəxs Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli, 037**8* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad şəhəri Səttərxan-2 küçəsi ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı *8**0564786 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombunun üzərində olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş RX *088378 saylı, *3.06.20*7-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad şəhəri Həməşara küçəsi **, *8-ci döngədə yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad şəhəri Səttərxan-2 küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına «Azəriqaz» İB X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən baxış keçirmiş, həmin sayğac növbəti dövlət yoxlamasından keçirilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. 27 mart 2023-cü il tarixdə isə 037**8* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombunun üzərində olmadığı aşkar edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına cərimə yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış cəriməni əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. «Azəriqaz» İstehsalat Birliyi Maraqlı şəxs Cəlilabad Xidmət Sahəsi tərəfindən *0.09.202*-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilən zaman da həmin aktda sayğacda hər hansı qüsurun olduğunun aşkar edildiyi qeyd edilməmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacında aşkar edilmiş qüsurun başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.*-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun *998-ci il Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 may 20**-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 20*6-cı il tarixli,*80 nömrəli qərarının 2.*2-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istisarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.*-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Azəriqaz» İB Maraqlı şəxs tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli, 037**8* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış * 555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar