Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1250/2024 19.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2005-ci ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, Hal-hazırda Mikayıllı kəndində yaşayır. Ailəlidir, heç bir yerdə işləmir və İİ qrup müddətsiz əlildir. İllərdir ki, himayəsində yaşayan oğlu 24 dekabr 2005-ci il təvəllüdlü X4 ruhi xəstəlikdən əziyyət çəkir, müalicələr olunsada sağalmamışdır. X10 “Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik.” diaqnozu qoyulmuşdur. Bir ata kimi oğlunun taleyindən çox nigaran və narahatdır. Toğrulun vəziyyəti getdikcə ağırlaşmaqdadır. Toğrul Nağızadənin dəyişkənliyi davamlı olaraq psixopata bənzər davranış hərəkətləri ilə müşaiət olunur. Oğlunun fəaliyyət qabiliyyəti olamayan şəxs kimi hesab edilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmiş, lakin orada ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hesab edir ki, oğlu X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Mikayıllı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 713898 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 dekabr 2005-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi X7 Şəxsi Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Sabirabad kənd sakini X2 “Uşaq serebral iflicinin qalıqları, dərin paraparez, dərin psixi qüsurlar, dərin kəmağıllıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizasının elektron informasiya sistemindən 11 mart 2024-cü il tarixli çıxarışdan görünür ki, 24 dekabr 2005-ci il təvəllüdlü X3 “Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davraşın pozuntular. İQ-30” diaqnozu ilə 17 yanvar 2024-cü il tarixdən ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlillik verilmiş və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 1889 saylı rəydən görünür ki, hazırda X2 orta dərəcəli əqli gerilik aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası X6 olmaqla X4 24 dekabr 2005-ci il tarixdə doğulmuşdur. X4 “Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davraşın pozuntular. İQ-30” diaqnozu ilə ikinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 24 dekabr 2005-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1250/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1250/2024
19.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver