Məhkəmə qərarları › İş №2(073)-1304/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1304/2024

24.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1304/2024 24.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 aprel 1950-ci il tarixdə Cəlilabad rayonu Privolnoye kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, xx xxxxxxxx 1986-cı il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuş və həmin ünvanda da yaşayır. Valideynlərindən atası X7 vəfat etmiş, anası X8 isə onun himayəsində yaşayır, lakin fəaliyyət qabiliyyəti yoxdur. Belə ki, anası X9 xəstəliyi zamanı demensiya diaqnozu qoyulmaqla, 1-ci qrup əlildir. Nə qədər müalicə etdirsələr də, onun sağalması mümkün olmamışdır. Hazırda da oğlu Gülarə Abıyeva hərəkətlərini dərk etmir və mənasını başa düşmür. Xəstə olması səbəbindən öz hüquq və vəzifələrindən layiqincə istifadə edə bilmir. Ona görə də anası X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 27 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, 10 aprel 1950-ci il təvəllüdlü X8 “Alhsheymer xəstəliyi zamanı demensiya (G30.-) Alhsheymer xəstəliyi demensiya MMSE-8 bal” diaqnozu ilə əmək qabiliyyəti olmayan, müddətsiz birinci dərəcəli əlildir. İşdə olan "xxxx" MMC Avrasiya Klinikası tərəfindən verilmiş müayinə aktından görünür ki, X5 hər iki beyin yarımkürəsinə ən böyüyü 5mm olan bir neçə ədəd işemik qliotik ocaq izlənilir. (Minimal beyin atrofiyası) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayon X2 rayon Xəstəxanası tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli müayinə aktından görünür ki, X6 “Alsheymer” xəstəliyi demensiya. F00.1---İQ-15% diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, 2553 saylı rəydən görünür ki, hazırda X5 alsheymer xəstəliyi nəticəsində yaranan demensiya müəyyən edilmiş və X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmə və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunduki, ərizəçinin anası X8 10 aprel 1950-ci il tarixdə doğulmuşdur. X1 xəstəliyi zamanı demensiya (G30.-) Alhsheymer xəstəliyi demensiya MMSE-8 bal” diaqnozu ilə birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. HəminM əcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 10 aprel 1950-ci ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar