Məhkəmə qərarları › İş №2(073)-136/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-136/2023

31.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-136/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz» İB ərizə ilə məhkəməyə müraciət edərək, X9 İstismar İdarəsinə dəymiş 257.87 (iki yüz əlli yeddi manat səksən yeddi qəpik) manat maddi ziyanın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 288.27 (iki yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq «Azəriqaz» İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Muğan kəndi ərazisində Cavabdeh idarə etdiyi “Kamaz” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X3 evinin yanında törətdiyi avtoqəza nəticəsində X9 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin balansında və istismarında olan d=57 mm-lik orta təzyiqlı küçə qaz xəttinin üzərinə quraşdırılmış Müşviq Piriyevin adına qeydiyyatda olan məişət tipli qaz sayğacı və FQT mexaniki zərbəyə məruz qalaraq qırılmış, istismara yararsız vəziyyətə düşmüşdür. Eləcə də qəza nəticəsində d=57 mm-lik orta təzyiqlı küçə qaz xəttinin L=20 p/m hissəsi əyilərək dayaqdan düşmüş və 2 (iki) ədəd d=57 mm-lik polad əymə əzilmişdir. Qəza nəticəsində dəymiş zərər aidiyyatı komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində «Azəriqaz» İB-nin Lənkəran RQİİ-nə 257.87 (iki yüz əlli yeddi manat səksən yeddi qəpik) manat zərər dəymişdir. Tələb edilməsinə baxmayaraq, cavabdeh vurulmuş ziyanı ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qaz sayğacına dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, Cəlilabad rayonu Muğan kəndində “Kamaz” markalı (**-BZ-***) yük avtomobilnin törətdiyi qəza zamanı d=57 mm-lik qaz xəttinə və qaz sayğacına dəymiş ziyan 257 (iki yüz əlli yeddi) manat təşkil edir. İşdə olan «Azəriqaz» X4 X10 İdarəsi tərəfindən Cavabdeh göndərilmiş vurulmuş zərərin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən 257.87 manat dəymiş maddi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad rayonu Muğan kəndində “Kamaz” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin X3 evinin yanında d=57 mm-lik orta təzyiqlı küçə qaz kəmərinə toxunması nəticəsində X5 məxsus qaz sayğacı və üzərinə quraşdırılmış fərdi qaz tənzimləyicisi yararsız hala düşmüş, d=57 mm-lik qaz xəttinin isə L=20 p/m hissəsi əyilərək dayaqdan düşmüş və 2 (iki) ədəd d=57 mm-lik dirsək yararsız hala düşmüşdür. İşdə olan, Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 Cavabdeh idarə etdiyi “Kamaz” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə dönmə əməliyyatını düzgün yerinə yetrməməsi nəticəsində qaz boru xəttinin və sayğacının yararsız hala düşməsi barədə şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi «Kamaz» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Cəlilabad rayonunun Muğan kəndində küləş bağlamalarını apararkən kənd sakini Tofiq Piriyevin evinə gələn qaz xəttinə toxunaraq borunu əymiş və qaz sayğacını bərkidildiyi yerdən qoparmışdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Muğan kəndi ərazisində Cavabdeh idarə etdiyi “Kamaz” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X3 evinin yanında törətdiyi avtoqəza nəticəsində X9 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin balansında və istismarında olan d=57 mm-lik orta təzyiqlı küçə qaz xəttinin üzərinə quraşdırılmış Müşviq Piriyevin adına qeydiyyatda olan məişət tipli qaz sayğacı və FQT mexaniki zərbəyə məruz qalaraq qırılmış, istismara yararsız vəziyyətə düşmüşdür. Həmçinin, qəza nəticəsində d=57 mm-lik orta təzyiqlı küçə qaz xəttinin L=20 p/m hissəsi əyilərək dayaqdan düşmüş və 2 (iki) ədəd d=57 mm-lik polad əymə əzilmişdir. Qəza nəticəsində dəymiş zərər aidiyyatı komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmış və «Azəriqaz» İB-nin Lənkəran RQİİ-nə 257.87 (iki yüz əlli yeddi manat səksən yeddi qəpik) manat zərər dəydiyi müəyyən edilmişdir. Tələb edilməsinə baxmayaraq, cavabdeh vurulmuş ziyanı ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 257.87 (iki yüz əlli yeddi manat səksən yeddi qəpik) manat maddi ziyan, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar