Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1393/2023 27.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətçilər X13, X19, Nağıyeva Yavər qızı, X17, mərhum X20, Ərizəçi və X8 adına 0.65 hektar ölçüsündə torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” 02 aprel 2001-ci il tarixli, JN l564 (KOD ********) saylı Dövlət Aktının birgə mülkiyyətçilərdən X9 aid hissədə xx.xx.2008ci il tarixdə ölmüş X3 və Nağıyeva Yavər qızına aid hissədə xx.xx.1981-ci təvəllüdlü X25ma məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizə verərək, izahatında göstərmişdir ki, ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Göytəpə kəndi ərazisindən 0.65 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN l564 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında ərizəçinin mərhum atası X4 atasının adı «Əmkişi» əvəzinə səhvən «Əlkişi» kimi, mərhum anası X2 atasının adı «Xanoğlan» əvəzinə səhvən «Xankişi» kimi və ərizəçinin həyat yoldaşı X1, adı və atasının adı «X26» yazılmalı olduğu halda adı göstərilməmiş, ancaq «Nağıyeva Yavər qızı» kimi qeyd edilmişdir. Ərizəçi mərhum valideynlərinin ölümündən sonra həmin torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirmək istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN l564 (KOD ********) saylı dövlət aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə X5, X10, Nağıyeva Yavər qızının, X6, X11, Ərizəçi və X8 mülkiyyətinə Cəlilabad rayonu Göytəpə kəndi ərazisindən 0.65 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad RİH-nin Göytəpə şəhər İƏDÜ Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2008-ci ildə ölmüşdür. İşdə olan X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 ilə X21 xx.xx.1973-cü ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 100 saylı qeydiyyat aparılaraq, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Cəlilabad RİH-nin Göytəpə şəhər İƏDÜ Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə doğulmuşdur, atası X18, anası X16r İşdə olan AZE 16677995 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.1981-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad PŞB-nin Göytəpə şəhər nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X26 xx.xx.1999-cu ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 saylı qeydiyyat aparılaraq, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan X24 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X20 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi və onun ailə üzvlərinə məxsus olan torpağın mülkiyyətə verilməsinə dair JN-1564 saylı dövlət aktında düzəliş edilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, , ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Göytəpə kəndi ərazisindən 0.65 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN l564 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında ərizəçinin mərhum atası X4 atasının adı «Əmkişi» əvəzinə səhvən «Əlkişi» kimi, mərhum anası X2 atasının adı «Xanoğlan» əvəzinə səhvən «Xankişi» kimi və ərizəçinin həyat yoldaşı X1, adı və atasının adı «X26» yazılmalı olduğu halda adı göstərilməmiş, ancaq «Nağıyeva Yavər qızı» kimi qeyd edilmişdir. Ərizəçi mərhum valideynlərinin ölümündən sonra həmin torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirmək istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhum valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN l564 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçilər X19, X20, Ərizəçi və X23 ilə yanaşı 20 iyul 2008-ci ildə ölmüş X3, 16 yanvar 2017-ci ildə ölmüş X12 və xx.xx.1981-ci ildə doğulmuş Hüseynova (Nağıyeva) Samirə Yavər qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1393/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1393/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver