Məhkəmə qərarları › İş №2(073)-1398/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1398/2023

24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1398/2023 24.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi, eyni zamanda ərizəçilər Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının, Ərizəçi3 nümayəndəsi Ərizəçi1, Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızı və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-333 (kod ********) nömrəli dövlət aktının digər mülkiyyətçilərlə yanaşı onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs4, X12 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə rəsmi məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə onun (Ərizəçi1) və digər ailə üzvləri Maraqlı şəxs3, X7, Maraqlı şəxs4, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının və Ərizəçi3 mülkiyyətinə Cəlilabad şəhəri ərazisindən 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-333 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında onun (Ərizəçi1) və digər ərizəçilər Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının, Ərizəçi3 soyadları “Həsənov” və “Həsənova” əvəzinə səhvən “Adışov” və “Adışova” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə onun (Maraqlı şəxs3) və digər ailə üzvləri X7, Maraqlı şəxs4, Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının və Ərizəçi3 mülkiyyətinə Cəlilabad şəhəri ərazisindən 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-333 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında ərizəçilər Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının, Ərizəçi3 soyadları “Həsənov” və “Həsənova” əvəzinə səhvən “Adışov” və “Adışova” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun yaxın qohumlarıdırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə ərizəçilərin və digər ailə üzvləri Maraqlı şəxs3, X7 və Maraqlı şəxs4 mülkiyyətinə Cəlilabad şəhəri ərazisindən 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-333 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçilər Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının, Ərizəçi3 soyadları “Həsənov” və “Həsənova” əvəzinə səhvən “Adışov” və “Adışova” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-333 (kod ********) saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisindən 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Maraqlı şəxs3, X7, Maraqlı şəxs4, X6, X1 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənov X2 şəhəri H.Cavid küçəsi 20 saylı ünvanda qeydiyyatdadır və Maraqlı şəxs2, Maraqlı şəxs4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ibarət ailə üzvləri vardır. İşdə olan Cəlilabad rayon Ləkin kənd XDSİK tərəfindən verilmiş 17 avqust 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu ildə doğulmuşdur, atası Maraqlı şəxs3, anası X8r. İşdə olan Cəlilabad rayon Ləkin kənd İƏDÜ nümayndəlik tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1991-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs3, anası X8r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X4 xx.xx.2016-cı nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 273 saylı qeydiyyat aparılaraq, arvada Nəzərova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə Maraqlı şəxs3, X9, Maraqlı şəxs4, Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızına və Ərizəçi3 mülkiyyətinə Cəlilabad şəhəri ərazisindən 1.06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-333 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçilər Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızının və Ərizəçi3 soyadları “Həsənov” və “Həsənova” əvəzinə səhvən “Adışov” və “Adışova” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-333 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının Maraqlı şəxs3, Həsənova (Muradlı) Möminə İnsaf qızı və Maraqlı şəxs4 ilə yanaşı Ərizəçi1, Nəzərova (Həsənova) Pərvanə Əlisehran qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar