Məhkəmə qərarları › İş №2(073)-1410/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1410/2024

27.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1410/2024 27.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X1 verdiyi izahatında bildirdi ki, övladları 19 dekabr 2005-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş X6 onun oğludur və anadan gəlmə orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə ruhi-əsəb xəstəsidir. Oğlu Murad Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası X12 qeydiyyatdadır, mütəmadi olaraq orada müalicə alır. X10 anadan olduğu gündən ömürlük (müddətsiz) 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Oğlu 19 dekabr 2005-ci il təvəllüdlü X6 xəsətliyə görə özünə qulluq etmək imkanına malik deyl, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Uşaqlıq vaxtından bu günə kimi daimi olaraq bir valideyn kimi onlar oğluna qulluq etmişlər, müalicəsi və məişət xarakterli məsələri ilə məşğul olmuşlar. Hazırda oğluna qəyyum təyin etmək zərurəti yaranmışdır. Nə qədər müalicə etdirsələr də, Muradın sağalması mümkün olmamışdır. Bu səbəbdən də oğlu Murad İsmayıllının ailədə və cəmiyyətdə özünə yer tapa bilməməsi bir valideyn kimi onu çox narahat edir. Hazırda da oğlu Murad İsmayıllı hərəkətlərini dərk etmir və mənasını başa düşmür. Xəstə olması səbəbindən öz hüquq və vəzifələrindən layiqincə istifadə edə bilmir. O, bir valideyn kimi oğlunun taleyindən çox nigaran və narahatdır. Ona görə də oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 175986 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 dekabr 2005-ci ildə doğulmuşdur, atası X1, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X13 tərəfindən verilmiş 104892 nömrəli Ambulator Kitabçadan çıxarışdan görünür ki, Cəlilabad rayonu Gülməmmədli kənd sakini X3 “F71 Orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır və orada mütəmadi olaraq müalicə alır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Psixatriya Xəstəxanası tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 309 nömrəli arayışdan görünür ki, 19 dekabr 2005-ci il təvəllüdlü Cəlilabad rayonu Gülməmmədli kənd sakini X6 17 oktyabr 2023-cü il tarixindən Lənkəran şəhər Psixatriya xəstəxanasının baş həkimi Ramil Hüseynzadə tərəfindən müayinə olunmuş və ona “F84.0 Uşaq Autizmi. F71.1 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları. İQ-41” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizasının elektron informasiya sistemindən 16 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, 19 dekabr 2005-ci il təvəllüdlü X5 “F71 Orta dərəcəli əqli gerilik İQ- 41” diaqnozu ilə 20 dekabr 2023-cü il tarixdən ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlillik verilmiş, əmək qabiliyyətsizdir və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 2228 saylı rəydən görünürki, hazırda X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Buna görə də X6psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası X4, anası Ərizəçi olmaqla X6 19 dekabr 2005-ci il tarixdə doğulmuşdur. X6 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları. Qulluq və müalicə tələb edən davranış pozuntuları” diaqnozu ilə ikinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 19 dekabr 2005-ci ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar