Məhkəmə qərarları › İş №2(073)-1437/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1437/2025

21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1437/2025 21.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras payı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mərhum atası X5 miras qalmış ev və torpaq sahəsində onun qanun üzrə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum valideynlərindən miras qalmış ünvan 1 ünvanda yerləşən 1353.1 kv.m torpaq sahəsində yerləşən ev vardır. İddiaçının əmlakları hazırda həmin evdədir. Ondan əlavə Əlipaşa, Əlizadə, Ələkbər, Ramiz, Azər və Püstəxanım adlı digər vərəsələr də vardır. Cavabdeh onlara çatası payı verməkdən əsassız olaraq imtina edir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi Vəkil iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh və üçüncü şəxslər uzun müddətdir ki, Rusiya Federasiyası ərazisində yaşayırlar. Miras qoyan X13 öldükdən sonra evdə iddiaçının anası və iddiaçı yaşamışdır, anası X19 1993-cü ildə öldükdən sonra isə mirası faktiki olaraq iddiaçı qəbul etmiş, orada yaşamışdır, hətta hazırda iddiaçının şəxsi əşyalarının bir hissəsi həmin evdədir. Digər bütün vərəsələr ev və torpaqdan iddiaçının xeyrinə imtina etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxslər X14, X15, X16, Cavabdeh, X21 və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 ilə xx.xx.1984-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 ilə xx.xx.1993-cü ildə ölmüşdür. İşdə olan xx.xx.1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarzasiya və qiymətləndirilməsinə aid Pasport”dan görünür ki, ünvan 2 ünvanda yerləşən ev X9 mülkiyyətində, evin yerləşdiyi 1355.2 kv. m torpaq sahəsi X1 olmuşdur. Ev 1962-ci ildə tikilmişdir. İşdə olan X14 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, həmin ərizə ilə X3 Məmməd Ələkbər oğlunun və X11 vəfatındam sonra mirasın açılmasının ona məlum olmasını və harada yerləşməsindən asılı olmayaraq mirası qəbul etmədiyini, bununla bağlı heç bir iddia etmədiyini, İddiaçı tərəfindən mirasın qəbuluna etiraz etmədiyini bildirmişdir. İşdə olan X21 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, həmin ərizə ilə X4 Məmməd Ələkbər oğlunun və X11 vəfatından sonra mirasın açılmasının ona məlum olmasını və harada yerləşməsindən asılı olmayaraq mirası qəbul etmədiyini, bununla bağlı heç bir iddia etmədiyini, İddiaçı tərəfindən mirasın qəbuluna etiraz etmədiyini bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X2 şəhəri N. Nərimanov küçəsi, ev 17 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə olan payını başqa şəxsə özgəninkiləşdirmək hüququ olmadan həmin əmlakla bağlı mülkiyyətçi kimi davranmaq, vergiləri ödəmək, lazımi təmir işlərini, lazımi sənədləşmə işlərini aparmaq və digər aiddiyəti səlahiyyətləri iddiaçıya etibar etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs (vərəsə) X6 valideynlərindən miras qalmış ev və torpaq sahəsində payından iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X17 1962-ci ildə ünvan 4 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və vəfat etdiyi tarixə qədər orada yaşamışdır. Həmin şəxs xx.xx.1984-cü ildə ölmüşdür. O öldükdən sonra arvadı, yəni iddiaçının anası X19 və iddiaçı, eləcə də digər bacı-qardaşları həmin evdə yaşamışlar, mirası faktiki olaraq qəbul etmişlər. X19 xx.xx.1993-cü ildə ölmüşdür. Bundan sonra vərəsələrdən bəziləri qismən orada yaşamağa davam etsələr də miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmişdir. Mirasın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi iş üzrə cəlb edilmiş digər vərəsələrin ərizə və izahatları ilə də təsdiqini tapmışdır, habelə vərəsələr həmin ev və torpağa olan paylarından iddiaçının xeyrinə imtina etmişdirlər. Cavabdehin isə mirası faktiki və ya formal üsulla qəbul etməsi isə müəyyən edilməmişdir, habelə cavabdeh tərəfindən iddiaya hər hansı etiraz daxil olmamışdır. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, İddiaçı mərhum valideynlərinin vəfatından sonra onlardan qalmış miras əmlakı qəbul etmiş və faktiki olaraq sahiblənmişdir, qəbul qeyri-formal üsulla baş tutmuşdur. Məhkəmə iclasında, habelə müəyyən edilmişdir ki, Cavabdeh 1984-cü ildə ölmüş atası və 1993-cü ildə ölmüş anasından qalmış miras əmlakı qəbul etməmiş və bununla bağlı bu günədək heç bir iddiası olmamışdır. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, ər (arvad) və ölənin valideynləri birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 557-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür. Vərəsə, digər vərəsənin, dövlətin və ya dövlət, kooperativ təşkilatının və ya ictimai təşkilatın xeyrinə olaraq mirasdan imtina etdikdə və ya aradan çıxmış vərəsə təyin edildiyi hallara həmin maddənin qaydaları tətbiq olunmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X8 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsində miras payı tam hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar