Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1458/2024 20.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 172,80 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 03 iyul 2024-cü il tarixə saat 10:20-yə və 20 avqust 2024-cü il tarixə saat 12:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görəiddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 172,80 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1458/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1458/2024
20.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver