Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1469/2024 14.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə onun hesabına əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 09 sentyabr 2023cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə onun hesabına əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda qeydiyyatdadır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 09 sentyabr 2023-cü il tarixdə Cavabdeh Lənkəran X3 İdarəsinin ünvan 3 ünvanında yerləşən evə baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. 09 sentyabr 2023-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda guya sayğaca mudaxilə olunması göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etmədiyini bildirdi. Belə ki, həmin evdə yaşadığı vaxta qədər Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər davamlı olaraq baxış keçirmişdirlər. Belə olan halda əsassız olaraq Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğaca qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya sayğaca müdaxilə olunduğu itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur və onun tərəfindən akta imza edilməmişdir. Ona görə də hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə onun hesabına əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 27 oktyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 09 sentyabr 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış **********7 nömrəli tipi “Zenner”G-4 markalı qaz sayğacının hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacda qaz itkisinin olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı yaşayış evinə quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacda qaz itkisinin olması nəticəsində itirilmiş qazın sərfiyyatının 6480 m3 olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı məxsus evə qaz sayğacı quraşdırılmış və iddiaçı bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxt aşırı ödənişlər etmişdir. 09 sentyabr 2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxarara qaparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 09 sentyabr 2023cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacda qaz itkisinin olması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Zenner” tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 09 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 6480 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edəbilər, bu şərtlə ki, qanunda və ya müqavilə də zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 09 sentyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qətetdi: İddia təmin edilsin. Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 09 sentyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1469/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1469/2024
14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver