Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-148/2023 24.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ailə üzvlərinə 1.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir.Bu barədə onlara JN-411 KOD 80624028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir.Lakin həmin sənəddə onun adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi, oğlu Ərizəçi2 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi, qızı Ərizəçi3 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi və qızı Ərizəçi4 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi yazlmışdır.Buda onların sənədləşmə işlərində problem yaradır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, bununla bağlıməhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə, Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Ərizəçi1 ərizəsində göstərdiklərini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçi1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli, 1377 nömrəli arayışdan görünür ki, Ərizəçi1 məxsus JN-411, Kod 80600048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında texniki səhv nəticəsində onun ailə üzvlərinin adı, soyadı və ata adı səhvən X1, Ərizəçi2 Kəmaləddin oğlu, Ərizəçi3 Kəmaləddin qızı, Ərizəçi4 Kəmaləddin qızı kimi yazılmışdır. İşdə olan JN-411, Kod 80600048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 mülkiyyətinə Cəlilabad rayonu Uzuntəpə kəndində 1,61 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş təsərrüfat üzvlərinin siyahısındən görünür ki, Ərizəçi1 təsərrüfat üzvləri X2, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4dır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonu Uzuntəpə kəndində 1,61 hektar pay torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-1423, Kod 80600018 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçi adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi, oğlu Ərizəçi2 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi, qızı Ərizəçi3 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi və qızı Ərizəçi4 “ata” qrafasıda ata adı “Kamal” əvəzinə “Kəmaləddin” kimi yazılmışdır. Halbuki, ərizəçilərin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-411, Kod 80600048 nömrəli Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-148/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-148/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver