Məhkəmə qərarları › İş №2(073)-1488/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1488/2023

07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1488/2023 07.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Üçüncü şəxslər X9, X10, X12 və X22 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qohumluq faktının müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcmin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum əri X42 ilə mərhum X4 qohum olmaları faktının müəyyən edilməsinə, Cavabdeh adına verilmiş ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə, mərhum əri X15 xalası X4 və mərhum nənəsi X23 qanun üzrə vərəsəsi tanınmasına, həmin şəxslərdən miras qalmış ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsindən və fərdi yaşayış evindən mərhum ərinə çatmalı olan payın 1/7 hissədə müəyyən edilməsinə və mərhum ərindən qalmış mirası qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi, Ağayeva (İsrafilova) İradə Çapar qızı, X30, X47, X31 və X24 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X42 ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.1982-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından Aynurə, Sevinc, Aysel və Ayaz adlı uşaqları doğulmuşdur. Mərhum ərinin İradə, Arzuman, Xəzər, Əhliman, Bəxtiyar və Mehriban adlı bacı-qardaşları olmuşdur. X85 xx.xx.2010-cu ildə ölmüşdür. Ailə qurduqdan sonra mərhum ərinin xalası X5 və ərinin nənəsi X32 məxsus olan ünvan 2 ünvanda 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər və həmin ünvana qeydiyyata düşmüşdür. X8 mərhum ərinin xalası olmuş və ailə qurmamışdır. Mərhum ərinin anası X33 ilə X8 anabir olsalar da, ataları eyni şəxs olmamışdır. Şabanı İsrafilova xx.xx.2005-ci ildə, Səadət Yəhyayeva 26 oktyabr 2010-cu ildə və mərhum ərinin ana nənəsi X48 08 iyun 1988-ci ildə ölmüşdür. Həmin şəxslər öldükdən sonra hazırkı iş üzrə Cavabdeh məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik yolu ilə mülkiyyət hüququnun tananmasına nail olmuşdur. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ilə ərizə təmin edilərək, ünvan 3 ünvanda 900.85 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149,5 kv.m, yaşayış sahəsi 83.5 kv.m, köməkçi sahəsi 66.0 kv.m-dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə əsasında isə cavabdehin adına DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin qətnamədən məlumatları olmamışdır. Qətnamədən məlumatı olandan sonra apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(106)-2314/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. X45 doğumu barədə akt qeydi apalımamış və buna görə də ona doğum haqqında şəhadətnamə verilməmişdir. X45 və Hamayıl Rzayevanın Cavabdeh başqa altı vərəsəsi olmuş və mərhum X85 da həmin şəxslərin qanun üzrə vərəsəsidir. X45 və Hamayıl Rzayevanın ümumilikdə yeddi vərəsəsi olmuş, X85 da vərəsə olmaqla 1/7 hissədə həmin əmlaklarda payı vardır. Buna görə də hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İsrafil qızının nümayəndəsi Sakit Musa oğlu iddanı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, X8 Cavabdehının xalası olmuş, ailə qurmamış və övladı olmamışdır. Cavabdehin anası X33 ilə X8 anabir olsalar da, ataları eyni şəxs olmamışdır. Şabanı İsrafilova xx.xx.2005-ci ildə, Səadət Yəhyayeva 26 oktyabr 2010-cu ildə və cavabdehin nənəsi X48 08 iyun 1988-ci ildə ölmüşdür. Həmin şəxslərin sağlığında, eləcə də həmin şəzslər öldükdən sonra həmin ünvanda Cavabdeh ailə üzvləri ilə birlikdə yaşamış və mirası faktiki qəbul etmişdir. Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik yolu ilə mülkiyyət hüququnun tananması üçün ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ilə ərizə təmin edilərək, ünvan 3 ünvanda 900.85 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149,5 kv.m, yaşayış sahəsi 83.5 kv.m, köməkçi sahəsi 66.0 kv.m-dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə əsasında isə cavabdehin adına DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Sonradan hazırkı iş üzrə İddiaçı və ailə üzvləri sonra apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(106)- 2314/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. X45 doğumu barədə akt qeydi aparılmamış və buna görə də ona doğum haqqında şəhadətnamə verilməmişdir. X45 və Hamayıl Rzayevanın digər qanun üzrə vərəsələri öz paylarından cavabdehin xeyirən imtna etmişlər. Hazırda iddianı etiraf edir. QEyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X49 verdiyi izahatında göstərmişdir ki, İddiaçı anasıdır. Mərhum atası X42 ilə anası faktiki evlənmişlər, nikahlarını isə xx.xx.1982-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından o, Aynurə, Sevinc və Aysel adlı uşaqları doğulmuşdur. Mərhum atasının İradə, Arzuman, Xəzər, Əhliman, Bəxtiyar və Mehriban adlı bacı-qardaşları olmuşdur. X74 xx.xx.2010-cu ildə ölmüşdür. Ailə qurduqdan sonra iddiaçı və atası mərhum atasının xalası X5 və atasının nənəsi X32 məxsus olan ünvan 2 ünvanda 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər və həmin ünvana qeydiyyata düşmüşdür. X8 mərhum atasının xalası olmuş və ailə qurmamışdır. Mərhum atasının anası X33 ilə X8 anabir olsalar da, ataları eyni şəxs olmamışdır. Şabanı İsrafilova xx.xx.2005-ci ildə, Səadət Yəhyayeva 26 oktyabr 2010-cu ildə və X48 isə 08 iyun 1988-ci ildə ölmüşdür. Həmin şəxslər öldükdən sonra hazırkı iş üzrə Cavabdeh məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik yolu ilə mülkiyyət hüququnun tanınmasına nail olmuşdur. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ilə ərizə təmin edilərək, ünvan 3 ünvanda 900.85 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149,5 kv.m, yaşayış sahəsi 83.5 kv.m, köməkçi sahəsi 66.0 kv.m-dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə əsasında isə cavabdehin adına DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin qətnamədən məlumatları olmamışdır. Qətnamədən məlumatı olandan sonra apellyasiya şikayəti vermişlər və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2314/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(073)-93-1111/2011 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. X45 doğumu barədə akt qeydi apalımamış və buna görə də ona doğum haqqında şəhadətnamə verilməmişdir. X45 və Hamayıl Rzayevanın Cavabdeh başqa altı vərəsəsi olmuş və mərhum atsı Mehman İsrafilov da həmin şəxslərin qanun üzrə vərəsəsidir. X45 və Hamayıl Rzayevanın ümumilikdə yeddi vərəsəsi olmuş, X74 da vərəsə olmaqla 1/7 hissədə həmin əmlaklarda payı vardır. Miras məlakdan mərhum atasına çatacaq paydan itna etmişdir Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X25, X26 və X1 Ayaz Mehman oğlunun izahatına uyğun izahat verərək, iddanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli 2-(073)- 93-1111/2011 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ünvan 3 ünvanda 900,85 kv/m həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149,5 m2, yaşayış sahəsi 83,5 m2, köməkçi sahəsi 66,0 m2-dan ibarət olan fərdi yaşayış evinə Cavabdeh vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınması qət olunmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)2314/2021 saylı qərardadından görünür ki, həmin qərardad ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı, X50, X34 və X49 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qısmən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli 2-(073)-93-1111/2011 saylı qətnaməsi tamamilə ləğv edilmiş, ərizəçi Cavabdeh ünvan 3 ünvanında yerləşən evə mülkiyyət hüququnun tanınması barədə ərizəsi tamamilə baxılmamış saxlanılmışdır. İşdə olan Əli Bayramlı şəhər Nikahın qeydə alınması evi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X43 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 saylı qeydiyyat aparılaraq, arvada İsrafilova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 389593 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon VVAQD şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1986-cı ildə doğulmuşdur, atası X42, anası X27r. İşdə olan Cəlilabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1960-cı ildə doğulmuşdur, atası X54, anası X36r. İşdə olan Əli Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1983-cü ildə doğulmuşdur, atası X42, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1993-cü ildə doğulmuşdur, atası X42, anası X27r. İşdə olan Əli Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx.xx.1984-cü ildə doğulmuşdur, atası X42, anası İddiaçıdır. İşdə olan A.Bazar VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1960-cı ildə doğulmuşdur, atası X55, anası X51r. İşdə olan Cəlilabad rayon Bayxanlı kənd XDS İK tərəfindən verilmiş 20 noyabr 1984-cü il tarixli, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə ilə X16 20 noyabr 1984-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 saylı qeydiyyat aparılaraq, arvada Nəcəfova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli **********81-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon İHB-ın Cəlilabad şəhər İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nəcəfova X21 şəhəri, Nəriman Nərimanov küçəsi 40 saylı ünvanda yaşayır, həyat yoldaşı Nümayəndə, qızları X56 və X61 və oğlu X17 ibarət ailə üzvləri var. İşdə olan Cəlilabad rayon Boyxanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ 143931 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, (Mirzəyeva) X33 xx.xx.2005-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 438280 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, X48 xx.xx.1988-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, X44 xx.xx.1970-ci ildə doğulmuşdur, atası X54, anası X18r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, X30 xx.xx.1968-ci ildə doğulmuşdur, atası X54, anası X36r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, X47 xx.xx.19786-cı ildə doğulmuşdur, atası X54, anası X18r. İşdə olan Cəlilabad rayon Bayxanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1973-cü ildə doğulmuşdur, atası X54, anası X18r. İşdə olan Astarxan rayon Zaqs Bürosu tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, doğum haqqında şəhadətnamədən görünür ki, X52 xx.xx.1940-cı ildə doğulmuşdur, anası X37r. İşdə olan Qarakazımlı kənd daimi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X84 ilə X44 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 saylı qeydiyyat aparılaraq, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi X19 məxsus olmuşdur. İş materillarına əlavə olunmuş A 238598 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli, 03 saylı qərarı ilə X5 Cəlilabad şəhərinin ərazisindən 900.85 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materialların əlavə olunmuş Cəlilabad rayon İHB-ın Cəlilabad şəhər İƏDÜN tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Nəcəfova X21 rayon Bayxanlı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ünvan 4 ünvanda yaşayır. Onun qoca nənəsi X48 xx.xx.1988-ci ildə, anası X33 xx.xx.2005-ci ildə, xalası X8 26 oktyabr 2010-cı ildə vəfat etdikdən sonra onların vərəsələri olaraq Cavabdeh, X31, X38, X62, X28 və X47 qalmışdır, Hamayıl Rzayevanın əri Elxas və Abdulhüseyn haqqında heç bir rəsmi məlumat yoxdur. X23 və X4 ölümlərindən sonra təsərrüfatı Cavabdeh idarə edir. Üçüncü şəxslər X30, X24, X71 və X31 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, X20, X6 və X11 qalmış mirasdan Cavabdeh xeyrinə imtina etmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 17 yanvar 2010-cu ildə ölmüş X42 ilə 26 oktyabr 2010-cu ildə ölmüş X4 qohum olmaları, yəni X4 X15 xalası olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2011-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarış etibarsız hesab edilsin. Mərhum X2 Səadət Abdulhüseyn qızının və X23 qanun üzrə vərəsəsi tanınsın. X3 və X20 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsində və fərdi yaşayış evində X7nun payı 1/7 hissədə müəyyən edilsin və İddiaçı mərhum əri X13 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar