Məhkəmə qərarları › İş №2(073)-149/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-149/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-149/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 JN-0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o və digər ərizəçilər bir aizə üzvləri olmaqla Cəlilabad rayonu Qarazəncir kəndində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə onların ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4.67 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında ərizəçi Günayın ata adı yanlışlıqla “Mirzağa”, ərizəçilər Aynur və İbrahimində ata adı “Mirzağa” kimi yazılmışdır. Göstərilən faktların elə yazılmasına səbəb Dövəlt aktının tərtib edən orqanın səhvi olmuşdur. Halbuki, onların adları, ata adları, soyadları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Əliqulu qızıdır. Onlar hazırda həmin torpaq sahəsini Dövlət qeydiyyatına aldırmaq istəyirlər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamdə olan yanlışlıqla bağlı məhkəməyə müraciət olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilərək JN-0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 qızı və Ərizəçi3 Ərizəçi1 ərizəsində göstərdiklərini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0064, 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 oğluna mülkiyyətlərinə Cəlilabad rayon Qarazəncir kəndində 4.67 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Qarazəncir bələdiyəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, JN0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət akıtnda texniki səhv olaraq Ərizəçi1 Mirzağa qızı kimi yazılmışdır. Novruzova X5 Günay Ədalət qızı kimi oxunmalıdır. İşdə olan Cəlilabad rayon Qarazəncir bələdiyəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, JN0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət akıtnda texniki səhv olaraq X2 yazılmışdır. Ərizəçi2 kimi oxunmalıdır. İşdə olan Cəlilabad rayon Qarazəncir bələdiyəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, JN0064, kod 80605018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət akıtnda texniki səhv olaraq X3 yazılmışdır. X1 Aynur Əliqulu qızı kimi oxunmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçilərin və onların digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayon Qarazəncir kəndində 4.67 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-0064, KOD 80605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçi Günayın ata adı yanlışlıqla “Mirzağa”, ərizəçilər Aynur və İbrahimində ata adı “Mirzağa” kimi yazılmışdır. Halbuki, onların adları, ata adları, soyadları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-0064, KOD 80605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-0064, kod 80605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-0064, kod 80605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar