Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-152/2023 07.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN- 0079, kod 80600048 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxx 1987-ci il tarixdə doğulmuşdur və hazırda ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ona və ailə üzvlərinə Cəlilabad rayonu Uzuntəpə kəndində 2.54 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında onun adı “Rəşad” əvəzinə yanlışlıqla «Rəşid» kimi yazılmışdır. O, hazırda həmin torpaq sahəsini Dövlət qeydiyyatına aldırmaq istəyir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, Dövlət aktında adı və soyadı səhv yazıldığı üçün həmin Dövlət aktının ona məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə, Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçi izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0079, kod 80600048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Abdinov Xanbaba Vəkil oğlunun, X2, X7, X3, X4 və X8 mülkiyyətinə Cəlilabad rayonu Uzuntəpə kəndində 2.54 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Uzuntəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Abdinov Xanbaba Vəkil oğluna məxsus JN-0079, kod 80600048 nömrəli Dövlət aktında texniki səhv nəticəsində X1 Rəşad Xanbaba oğlu kimi yazılmışdır. İşdə olan Novoqolovka kənd soveti tərəfindən verilmiş 06 iyun 1987-ci il tarixli Xİİ- JQ 393101 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1987-ci ildə doğulmuşdur. X18 Vəkil oğlu, anası X5r. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1987-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Uzuntəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2004-cü il tarixli AZ-İ 067171 saylıölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdinov Xanbaba Vəkil oğlu 24 yanvar 2004-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Uzuntəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Abdinov Xanbaba Vəkil oğlunun təsərrüfat üzvləri X2, Ərizəçi, X3, X4 və X6 ibarətdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 JN-0079 saylı dövlət aktına düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonu Uzuntəpə kəndində 2.54 hektar pay torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında Ərizəçi adı “Rəşad” əvəzinə yanlışlıqla «Rəşid» kimi yazılmışdır. Halbuki, ərizəçinin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçidur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0079, kod 80600048 nömrəli Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-152/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-152/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver