Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1544/2024 15.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı İmanqulu qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İmanqulu qızının Cavabdehnə qarşı Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İmanqulu qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İmanqulu qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı İmanqulu qızı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. xx.xx.2023-cü ildə Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən ona məxsus olan həmin yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və həmin sayğacdan guya kənar qeyri-qanuni xətt açılması və qazdan istifadə halı aşkar edilmişdir. Buna görə də 3110,40 manat borc yazılmışdır. Həmin akt heç kim tərəfindən imza edilməmişdir. Əlavə olaraq bildirdi ki, yaşlı qadındır, qaz sayğacına müdaxilə etməmiş, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan evə köçəndə məlumatı olmuşdur. Ona görə də iddi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 3110,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Lənkəran X5 İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. İddiaçı Məmmədova X1 şəhəri, Şəhriyar küçəsi ünvanında yaşamaqla Lənkəran X5ı İdarəsinin Cəlilabad Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin İSQNŞ əməkdaşları xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı İmanqulu qızı yaşayış sahəsində təbii qazın uçotu və təbii X4na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qaz talaması faktı aşkar edilmişdir. Təbii X4nın pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadəsində olan qaz cihazlarının sərfiyyatında uyğun olaraq cəmi 25920 m3 olmaqla İddiaçı İmanqulu qızının abonent hesabına 3110,40 manat borc hesablanmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X5 İdarəsi ilə İddiaçı İmanqulu qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1586-06-22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı İmanqulu qızının Cəlilabad şəhərində yerləşən yaşayış evinə xx.xx.2022-ci il tarixdə G-4 markalı, **********074 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən verilmiş «Təbii X4nın pozulası haqqında» 21 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı İmanqulu qızının yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış Zenner markalı, G-4 tipli, **********074 nömrəli sayğacdan kənar qeyri-qanuni olaraq rezin boru ilə qazdan istifadə olunması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı İmanqulu qızının evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni olaraq rezin boru ilə qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 6 m3/saat üçün orta günlük iş rejmi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabat aparılaraq (6x12x360=25920 m3) 25920 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən İddiaçı İmanqulu qızının adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı İmanqulu qızının adına aktlar üzrə 2024-cü ilin fevral ayına 3110,40 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı İmanqulu qızına məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. xx.xx.2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmişdir. 21 fevral 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii X4nın pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, Zenner markalı, G-4 tipli, **********074 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı İmanqulu qızının abonent hesabına hesablanmış 25920 m3 sərfiyyat və ya 3110,40 manat borc qismən əsassız olmuşdur. Belə ki, işdə olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən verilmiş 21 fevral 2023cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinəəsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 6 m3/saat üçün orta günlük iş rejmi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilməklə, qaz sayğacından kənar qeyri-qanuni rezin boru ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının (6x12x360=25920 m3) 25920 m3 olması qeyd edilmişdir. Əslində isə Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejmi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda,qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı (6x12x180=12960 m3) 12960 m3 və ya 1555,20 manat olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən 12960 m3 sərfiyyat və ya 1555,20 manat İddiaçı İmanqulu qızının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X4» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X4»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Lənkəran X5 İdarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 25920 m3 sərfiyyatın 12960 m3 hissəsi və ya 3110,40 manat borcun 1555,20 manat hissəsi İddiaçı İmanqulu qızının abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216, 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Lənkəran X5 İdarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 25920 m3 (iyirmi beş min doqquz yüz iyirmi kub metr) sərfiyyatın 12960 m3 (on iki min doqquz yüz altmış kub metr) hissəsi və ya 3110,40 (üç min bir yüz on manat qırx qəpik) manat borcun 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat hissəsi İddiaçı İmanqulu qızının abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1544/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1544/2024
15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver