Məhkəmə qərarları › İş №2(073)-1559/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1559/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1559/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü iltarixli, ******* saylı akta əsasən hesablanmış 777,60 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü iltarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əsassız olaraq hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü iltarixli, ******* saylı akta əsasən hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdiki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birliktə yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Bu barədə çoxsaylı qəbzləri vardır. 2023-cü il yanvar ayında yaşadığı evə gələn təbii qaz kəsildiyi üçün Cavabdeh İB-nin Cəlilabad Xidmət sahəsinin əməkdaşlarına bu barədə məlumat vermişdir. Bir gün sonra əməkdaşlar gəlib sayğaca baxış keçirdilər və bildirdilər ki, sayğacda problem var ona görə də qazı keçirmir. 10 yanvar 2023-cü il tarixdə isə Cavabdeh İB-nin işçiləri onun evinə gələn qaz xəttinə quraşdırılmış nazas sayğacı dəyişdirib, başqa bir işlənmiş sayğacla (“Elestr” G-4 markalı **********9 nömrəli) əvəz etdilər. Sayğac dəyişdirilərkən tərtin olunmuş aktda onun yaşadığı evdən açılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğacın qaz keçirmədiyi, qaz sızmasının olmadığı qeyd edilmiş, sayğacda hər hansı bir zədənin olması göstərilməmişdir. Lakin sonradan ona məlum oldu ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Cəlilabad XS-nin əməkdaşları tərəfindən 10 avqust 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Hımin aktda qeyd edilmişdir ki, onun evindən 10 yanvar 2023-cü il tarixdə açılmış “Elestr” tipli, G-4 markalı **********9 nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlanılarkən müəyyən edilmişdir ki, güya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində olan zavod plastmas plombunun və plomb yuvasının ətrafında kənar təsir izləri aşkar edilmişdir. Bu səbəbdəndə bu müdaxilə kimi qiymətləndirilib ona 10 avqust 2023-cü il tarixli, ******* nömrəli aktla əlavə olaraq qaz itkisinə görə 777,60 manat borc yazılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 777,60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 10 yanvar 2023-cü il tarixli, ******* saylı aktdan görünürki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Elster” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin çıxarılmış qaz hesablama mexanizminin qoruyucu qapağının sınması və gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması barədə qeydlər aparılmamışdır. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 avqust 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünürki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış **********9 nömrəli tipi “Zenner” G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində olan zavod plastmas plombunun və plomb yuvasının ətrafında kənar təsir izlərinin və qaz itkisinin olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünürki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində olan zavod plastmas plombunun və plomb yuvasının ətrafında kənar təsir izlərinin və qaz itkisinin olması, sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması nəticəsində itirilmiş qazın sərfiyyatının 7494 m2 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünürki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin dekabr ayına 777,60 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı məxsus ünvan 2 ünvanında olan fərdi yaşayış evinə quraşdırılmış sayğacın növbədən kənar dövlət yoxlanışına görə dəyişdirərək başqa sayğac quraşdırmışlar. Sayğac dəyişdirildikdən bir müddət sonra sonra bilmişdir ki, akt tərtib olunarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində olan zavod plastmas plombunun və plomb yuvasının ətrafında kənar təsir izlərinin və qaz itkisinin olması qeyd edilmişdir. Halbu ki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir sınıq və müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər. Tərtib edilmiş aktda nə onun, nə də ki, onun ailə üzvlərinin imzası yoxdur. O, Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinə gedərək aktla bağlı maraqlanmış və ona məlum olmuşdur ki, köhnə sayğacları açıb götürdükdən sonra bir çox abonentlərə qanunsuz olaraq müdaxilə yazmaqla cərimə tətbiq etmişlər. Sayğacın çıxarılma səbəbi kimi növbədən kənar dövlət yoxlanışına göndərilməsi östərilmişdir. Sonradan yəni, 10 avqust 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində olan zavod plastmas plombunun və plomb yuvasının ətrafında kənar təsir izlərinin və qaz itkisinin olması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlirki, **********9 nömrəli tipi «Zenner» G-4 markalı qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 10 avqust 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 7494 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edirki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbirtərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edirki, iddia təmin edilərək, Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü iltarixli, ******* saylı akta əsasən İddiaçı abenet hesabına hesablanmış 777,60 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı abenet hesabına hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar