Məhkəmə qərarları › İş №2(073)-1607/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1607/2025

04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1607/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDKR PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0087, Kod 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətlərinə 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN- 0087, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Lakin ərizəçinin adı “Ərizəçi” əvəzinə yanlışlıqla “X5” kimi yazılmışdır. Onlar hal-hazırda həmin torpaq sahəsinə çıxarış almaq istəyirlər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda maraqlı şəxs X4 ərizənin müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Ərizəçi onun bacısıdır, digər mülkiyyətçilər də ailə üzvləridir. Ərizəçinin adı “Elnurə” əvəzinə yanlışlıqla “Elnur” kimi, “Rahil qızı” əvəzinə isə “Rahil oğlu” kimi qeyd olunmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0087, Kod 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Cəlilabad şəhər ərazisindən 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və X3 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə doğulmuşdur. İşdə olan AZ-T106197 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs4, anası Maraqlı şəxs1dır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 -0087, Kod 80601004 nömrəli Dövlət Aktına düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətlərinə 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0087, Kod 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib olunmuşdur. Lakin ərizəçinin adı “Ərizəçi” əvəzinə yanlışlıqla “X5” kimi yazılmışdır. Hazırda mülkiyyətçilər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyirlər, lakin qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Ərizəçi və maraqlı şəxslər ailə üzvləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0087, Kod 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın digər mülkiyyətçilərlə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar