Məhkəmə qərarları › İş №2(073)-1617/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1617/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1617/2023 17.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 749,56 manat, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 manat, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, 14 mart 2022-ci il tarixli MAS- 4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobili 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4918 saylı “Öhdəliklərin götürülməsi” müqaviləsi bağlanmış və 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 25 yanvar 2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “KHAZAR SD” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur altına əsasən avtomobilə 749,56 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarxə ümumilikdə 718,60 manat məbləğində gecikmə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 manat olmaqla, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə X4 arasında bağlanmış 14 mart 2022-ci il tarixli, MAS- 4918 saylı Daxili lizinq müqaviləsindən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay 407.60 manat ödəməklə, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.. İşdə olan 03 oktyabr 2022-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh 17000 manat məbləği iddiaçı Cəmiyyətə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 03 oktyabr 2022-ci il tarixli “Təhvil-təslim” aktından görünür ki, Cavabdeh X2 istifadəsinə verilmişsaz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomibili X1 təhvil almışdır. İşdə olan İddiaçı MMC servis tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli qüsur aktından görünür ki, “KHAZAR SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkiləcək xərcin ümumi məbləği 749,56 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə araışından görünür ki, Cavabdeh oglunun 05 mart 2023-cü il tarixə iddiaçı təşkilata 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 235,13 manat əsas borcu, 168,66 manat mükafat borcu, 314,81 manat cərimə borcu olmaqla, cəmi 718,60 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı Cavabdeh ünvanlanmış 10 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı təşkilat Cavabdeh yaranmış borcun ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan 03 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsinə görə 34,69 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobili 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4918 saylı “Öhdəliklərin götürülməsi” müqaviləsi bağlanmış və 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonun ödəniş 25 yanvar 2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “KHAZAR SD” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur altına əsasən avtomobilə 749,56 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarxə ümumilikdə 718,60 manat məbləğində gecikmə borcu yaranmışdır. Beləliklə Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpasına görə 749,56 manat olmaqla, ümumilikdə 1468,16 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan məsuliyyət daşıyır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Təkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu borcunun əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı təşkilatın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cavabdehdən tələb olunan 314,81 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Məhkəmə iddianın gecikdirilmiş mükafat tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, gecikdirilmiş mükafatla bağlı iddiaçı təşkilat ilə Cavabdeh arasında hər hansı razılaşma mövcud deyildir, digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı təşkilat tərəfindən 168,66 manat gecikdirilmiş mükafat borcunu təsdiq edən sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı iddia tələbinin 168,66 manat gecikdirilmiş mükafat borcu hissəsində haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, və həmin günə hesablanmış 100 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 manat, ümumilikdə 1102,69 manat borc alınaraq İddiaçı MMC-yə verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,69 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 (iki yüz otuz beş manat on üç qəpik) manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 100 manat (bir yüz) dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 (yeddi yüz qırx doqquz manat əlli altı qəpik) manat, ümumilikdə 1102,69 (bir min bir yüz iki manat altmış doqquz qəpik) manat borc alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,69 (otuz dörd manat altımış doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar