Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1618/2025 23.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs, eyni zamanda digər Maraqlı şəxs3 oğunun nümayəndəsi Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi JN-0080,80617028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən Cəlilabad rayon Aqrar islahat Komissiyasının 30 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Cəlilabad rayonu Kazımabad kəndində ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətlərinə 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsal üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair 80617028 saylı Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında onun (ərizəçinin) adı “Ərizəçi" əvəzinə yanlışlıqla təkrar atasının adı olan “Maraqlı şəxs1” kimi yazılmışdır. Halbuki, Cəlilabad rayon İH Başçısının Kazımabad kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabdan çıxarışından da görünür ki, həmin Dövlət Aktında olan ad və soyad ona (ərizəçiyə) məxsusdur. Onlara kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə verilmiş 80617028 saylı Dövlət Aktında onun adı səhv qeyd edilmişdir. Həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, maraqlı şəxslər atası, anası və qardaşı olmaqla ailə üzvləridir. Qardaşı – Maraqlı şəxs3 hərbçidir, etibarnamə ilə onu atası Maraqlı şəxs1 təmsil edir. Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda digər Maraqlı şəxs3 oğunun nümayəndəsi Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Hər ikisi bildirmişdir ki, göstərilən torpaq sahəsi ailəlikcə onlara məxsusdur, ərizəçi onların oğludur, adı səhv yazılıb, bu səhvi çıxarış almaq istədikdə bilmişlər. Ərizənin təmin olunmasına hər hansı etirazları yoxdur. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.1995-ci tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs1, anası X3r. İşdə olan JN-0080,80617028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Maraqlı şəxs1, X1, Maraqlı şəxs3 oğunun, Maraqlı şəxs1 mülkiyyətlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Cəlilabad rayonunun Kazımabad kəndində 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X4 arasında xx.xx.1994-cü il tarixli 28 nömrəli nikah bağlanmışdır, nikahdan sonra arvada Şıxəliyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Kazımabad kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabdan çıxarışından görünür ki, Maraqlı şəxs1 arvadı Maraqlı şəxs2, oğlanları Ərizəçi, Maraqlı şəxs3 ibarət ailə tərkibi vardır. İşdə olan Cəlilabad rayon İHB-nın Kazımabad kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şıxəliyev X2 rayonunun Kazımabad kəndində yaşayır və onun arvadı Maraqlı şəxs2, oğluanları Ərizəçi, Maraqlı şəxs3 ibarət ailə tərkibi vardır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 şəxsi 8 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 JN-0080,80617028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına düzəliş edilməsi üçün ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar islahat Komissiyasının 30 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Cəlilabad rayonu Kazımabad kəndində ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətlərinə 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsal üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair 80617028 saylı Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında ərizəçinin adı “Ərizəçi" əvəzinə yanlışlıqla təkrar atasının adı “Maraqlı şəxs1” kimi yazılmışdır. Bu da sənədləşmə işlərində ona problemlər yaradır. Həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxslər olan ərizəçinin ailə üzvləri ərizənin təmin edilməsinə etiraz etmir, sənəd həqiqətən də digər ailə üzvləri ilə yanaşı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233 və 311-ci maddələrini, habelə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyul 2001-ci il tarixli. JN-0080 Kod 80617028 saylı, 20484 qeydiyyat nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının digər mülkiyyətçilərlə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1618/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1618/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver