Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-169/2023 20.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona və qeyrilərinə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona, mərhum əri X12 və mərhum gəlini X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətlərinə 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə onun adı «Əzizgül» əvəzinə yanlışlıqla «Güllü» kimi, mərhum həyat yoldaşı X9 ata adı “Sərxoş” əvəzinə “Sərxan” kimi, mərhum gəlini X1 ata adı “Məmmədəli” əvəzinə “Nadir” kimi yazılmışdır. Göstərilən faktların elə yazılmasına səbəb şəhadətnaməni tərtib edən orqanın səhvi olmşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X10, X5 və X7 mülkiyyətlərinə 0,23 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sadıqova X4 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan V-JQ № 276876 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 dekabr 1998-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ № 041225 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 oktyabr 2004-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB-nın Təzəkənd kənd İƏDÜN-yi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli, 116 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində X8 adlı şəxs olmamışdır. JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olmuşdur. Əslində həmin şəxs xx.xx.1946-cı il təvəllüdlü Ərizəçidır. İşdə olan Cəlilabad rayon İHB-nın Təzəkənd kənd İƏDÜN-yi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli, 117 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində X13 adlı şəxs olmamışdır. JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olmuşdur. Əslində həmin şəxs Cəlilabad rayonu Təzəkənd kəndində doğulmuş, həmin ünvanda yaşamış və xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3r. İşdə olan Cəlilabad rayon İHB-nın Təzəkənd kənd İƏDÜN-yi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli, 118 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində doğulmuş və vəfat edənə qədər yaşamış X9 ata adlı JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Sərxan kimi qeyd olunmuşdur. Əslində həmin şəxs mərhum X14r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ərizəçinin və onun digər ailə üzvlərinin mülkiyyətlərinə 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-033A, Kod 80620028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin adı «Əzizgül» əvəzinə yanlışlıqla «Güllü» kimi, mərhum həyat yoldaşı X9 ata adı “Sərxoş” əvəzinə “Sərxan” kimi, mərhum gəlini X1 ata adı “Məmmədəli” əvəzinə “Nadir” kimi yazılmışdır. Halbuki, ərizəçinin və ərizədə göstərilən şəxslərin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçi, X16 və X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-033A, KOD 80620028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-033A, Kod 80620028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X12 və X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-033A, Kod 80620028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, mərhum əri X12 və mərhum gəlini X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-169/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-169/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver