Məhkəmə qərarları › İş №2(073)-170/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-170/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-170/2023 19.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 JN-701, Kod 80601004 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, JN-701, Kod 80601004 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o və digər ərizəçilər bir aizə üzvləridirlər. Cəlilabad şəhərində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhərində onların mülkiyyətlərinə 0,72 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-701, Kod 80601004 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin JN-701, Kod 80601004 nömrəli Dövlət aktında onun və digər ərizəçilərin soyadları yanlışlıqla «Həsənov və Həsənova» kimi, digər ərizəçi Leylinin adı isə «Leyli» əvəzinə yanlışlıqla «Gülşən» kimi yazılmışdır. Göstərilən faktların elə yazılmasına səbəb Dövlət aktının tərtib edən orqanın səhvi olmşdur. Halbuki, onların adları, soyadları və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5r. Onlar hazırda həmin torpaq sahəsini satmaq istəyirlər. Bununla bağlı notariat kontoruna müraciət etdikdə oradan bildirmişlər ki, Dövlət aktında onların soyadları və ata adları səhv yazıldığı üçün həmin Dövlət aktının onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilərək JN-0065, Kod 80601004 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Ərizəçi1 göstərdiklərini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-701, 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə X6, X2, X4, X7 və X8 mülkiyyətlərinə Cəlilabad şəhərində 0,72 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova X11 şəhəri, Vaqif küçəsi, ev 16 A ünvanında qeydiyyatdadır. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X3 şəhəri, Vaqif küçəsi, ev 16 A ünvanında qeydiyyatdadır. İşdə olan AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova X11 şəhəri, Vaqif küçəsi, ev 16 A ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İİ № 392561 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Cavid İbrahim oğlu ilə nikaha daxil olmaqla, Qurbanova soyadına keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə ərizəçilərin və onların digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad şəhərində 0,72 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-701, KOD 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçilərin soyadları yanlışlıqla «Həsənov və Həsənova» kimi, digər ərizəçi Leylinin adı isə «Leyli» əvəzinə yanlışlıqla «Gülşən» kimi yazılmışdır. Halbuki, ərizəçilərin şəxsiyyət vəsiqələrində və digər sənədlərdə soyadları, adları, ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qurbanova (Hüseynova) Leyla Niyaməddin qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-701, KOD 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-701, Kod 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-701, Kod 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar