Məhkəmə qərarları › İş №2(073)-172/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-172/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-172/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsənin tanınması, miras əmlak payının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsənin tanınması, miras əmlak payının naturada müəyyən edilməsi və həmin paya mülkiyyətinin tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə vəya gəlməməyin səbəbini vəya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı vəyeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum əri X5 ilə xx.xx.1988-ci il tarixdə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nigah dövründə uşaqları Cavabdeh və X7 doğulmuşdur. Onlar 1996-cı ildə ər-arvad birgə vəsaitləri hesabina fərdi yaşayış evi inşa etdirmişlər. Hazırda həmin fərdi yaşayış evinə müvafiq çıxarış da verilmişdir. Mərhum əri X5 xx.xx.2013-cü il tarixdə “Ürək qandamar çatışmamazlığı” səbəbindən vəfat etmişdir. Qeyd olunan **********68-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 73,4 kv.metr fərdi yaşayış evi mərhum əri X2 tam mülkiyyətindədir, 0,0599 ha həyətyanı torpaq sahəsi isə X2, onun özünün və övladları Cavabdeh və X4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Resbublikası MM-nin tələblərinə əsasən ər-arvadın birgə nigah dövründə əldə etdikləri əmlak onların birgə mülkiyyəti hesab edilir. Bu qayda ilə övladlarına miras əmlakın bölünməsini təklif etsə də, cavabdeh olan Cavabdeh onunla razılaşmamışdır. Cavabdeh əsassız olaraq mübahisə yaratdığından, o, miras payının müəyyən edilməsi üçün Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariat ofisində aparılmasından imtina edilmişdir. Hətta bu barədə iddiaçı Cəlilabad rayon Dövlət notariat ofisinə müraciət etmiş, lakin notarius notariat hərəkətini aparmaqdan imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 avqust 2020-ci il tarixdə ********** nömrə ilə Dövlət qediyyatına alınmış, **********68-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2ünvanında yerləşən 73,4 kv.metr fərdi yaşayış evi X2 tam mülkiyyətindədir, 0,0599 ha həyətyanı torpaq sahəsi isə X2, İddiaçı Cavabdeh və X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan İV-JQ 494040 nömrəli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X8 nikahlarını 22 noyabr 1988-ci il tarixdə Cəlilabad rayon VVAQ şöbəsi tərfindən qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan AZ-İİ 323057 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 may 2013-cü il tarixdə “Ürək qandamar çatışmamazlığı” səbəbindən ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat hərəkətini aparmaqdan imtinat edilməsi barədə 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı vəfat etmiş əri X1 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğu üçün onun müraciəti əsasında notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum X5 ilə 22 noyabr 1988-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Onların birgə nigah dövründə uşaqları Cavabdeh və X7 doğulmuşdur. Onlar 1996-cı ildə ər-arvad birgə vəsaitləri hesabina fərdi yaşayış evi inşa etdirmişlər. Mərhum əri X5 xx.xx.2013-cü il tarixdə “Ürək qandamar çatışmamazlığı” səbəbindən vəfat etmişdir. Qeyd olunan **********68-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad şəhəri, Qurtuluş küçəsi ev 150 ünvanında yerləşən 73,4 kv.metr fərdi yaşayış evi mərhum X2 tam mülkiyyətində, 0,0599 ha həyətyanı torpaq sahəsi isə X2, İddiaçı, Cavabdeh və X4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Resbublikası MM-nin tələblərinə əsasən ər-arvadın birgə nigah dövründə əldə etdikləri əmlak onların birgə mülkiyyəti hesab edilir. Bu qayda ilə övladlarına miras əmlakın bölünməsini təklif etsə də, cavabdeh olan Cavabdeh onunla razılaşmamışdır. Cavabdeh əsassız olaraq mübahisə yaratdığından, o, miras payının müəyyən edilməsi üçün Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariat ofisində aparılmasından imtina edilmişdir. Hazırda isə iddiaçı, mərhum həyat yoldaşı X2 vərəsəsi kimi mərhum həyat yoldaşından miras qalmış fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ona düşən miras payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan mülki və ailə qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X2 04 may 2013-cü ildə ölümü ilə əmlaklara miras açılmışdır. İddiaçı mərhum X5 ilə nikahda olduğundan yaşayış evi və yerləşdiyi torpaq sahəsindən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan ailə üzvü olmaqla birinci növbədə vərəsədir. Həmin şəxs mirasın açıldığı yer üzrə faktiki olaraq yaşamaqla əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığından, həmçinin əmlaka ümumi-birgə mülkiyyət hüquqları olduğundan miras əmlak tərəfindən qəbul edilmiş sayılmalıdır. Lakin iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər. Daha sonra müraciət edildikdə isə notariat orqanı tərəflər arasında mübahisə olması ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə, mülki və ailə qanunvericilik normaları və Ali Məhkəmənin 08 may 2019-cu il tarixli 2 saylı bülletenində göstərilən Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının aktları əsasında nikahda olduqları müddətdə ər-arvadın birinə əvəzsiz verilmiş daşınmaz əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir müddəalarına əsasən miras əmlakın vərəsələr nəzərə alınmaqla bölünməsi ilə bağlı qeyd edir ki, işin faktiki hallarından da görünüdyü kimi mərhum X1 miras qalmış əmlakı arvadı İddiaçı, oğlu Cavabdeh və qızı X7 qəbul etmiş və miras əmlakı həmin vərəsələr arasında bölünməli, 04 may 2013-cü il tarixdə vəfat etmiş X3 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 73,4 kv.metr olan yaşayış evi birgə nikah dövründə əldə olunmuş əmlak olduğu üçün mərhumun vərəsələri: həyat yoldaşı İddiaçı 4/6 hissədə, oğlu Cavabdeh 1/6 hissədə, qızı X6 1/6 hissədə mülkiyyətə pay hüququ vardır. Fərdi yaşayış evinin yerləşdiyi 0,0599 ha həyətyanı torpaq sahəsi ər və arvadın birgə nikah dövründə əldə olan mülkiyyəti olduğu üçün onun 10/24 hissəsinə mərhumun arvadı İddiaçı, 7/24 hissədə oğlu Cavabdeh və 7/24 hissədə qızı X4 mülkiyyətə pay hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz əmlakın mülkiyyət hüququna dair 07 avqust 2023-cü il tarixli, **********68-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 73,4 kv.metr olan yaşayış evinə mərhum X2 vərəsəsi: arvadı İddiaçı 1/6 hissədə, fərdi yaşayış evinin yerləşdiyi 0,0599 ha həyətyanı torpaq sahəsinə 10/24 hissədə mülkiyyətə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən verilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Daşınmaz əmlakın mülkiyyət hüququna dair 07 avqust 2023-cü il tarixli, **********68- 10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 73,4 kv.metr olan yaşayış evinə mərhum X2 vərəsəsi: arvadı İddiaçı 1/6 hissədə, fərdi yaşayış evinin yerləşdiyi 0,0599 ha həyətyanı torpaq sahəsinə 10/24 hissədə mülkiyyətə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar