Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1765/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-1733A, Kod: 80602004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 2-ci qrafasındakı mülkiyyətçinin mərhum anası X7 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cı il tarixli qərarı ilə X13, X5, X8 və X9 mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN Kod 80602004 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Lakin mərhum anasının adı Səfəri, ata adı Məhərrəm olsa da, «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə anasının adı səhvən “Sifahi”, ata adı isə “Məmmədağa” kimi yazılmışdır. Halbuki, mərhum anasının ad və ata adı şəxsiyyət vəsiqəsi və digər sənədlərdə düzgün yazılmışdır. Onlar hazırda həmin torpaq sahəsi üzərində tikinti və abadlıq işləri, eyni zamanda sənədləşmə işləri aparmaq istəyirlər. O, bununla bağlı müvafiq sənədi almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, ad uyğunsuzluğu olduğu üçün müvafiq çıxarışın verilməsi mümkün deyil. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı, mərhum X7 isə onun anası olmuşdur. Mərhum anasının ad və ata adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlış olaraq “X5” kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi oğludur. Mərhum bibisinin soyad, ad və ata adı “X7” olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN–1733A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Cəlilabad rayon AİK-in 13 mart 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X13, X5, X8 və X9 birgə mülkiyyətinə Cəlilabad rayonu Göytəpə şəhərində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 04 oktyabr 2024-cü il tarixli, 1029/12 saylı arayışdan görünür ki, X7 26 noyabr 2002-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli məktubundan görünür ki, JN–1733A KOD 80602004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və ata adında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ərizəsi əsasında mərhum anası X2 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış, Ərizəçi, X16, X1 Rəfiqə Cavad qızı, X14 mərhum X3 vərəsələri sırasına daxildir. İşdə olan mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cəlilabad rayon AİKnin 13 mart 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X13, X5, X8 və X9 birgə mülkiyyətinə verilmiş JN–1733A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin 2-ci qrafasında X3 adı səhvən «Sifahi», ata adı isə «Məmmədağa» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və ata adının dəyişdirilərək qeydiyyata alınması üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə 0,30 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-1733A, Kod: 80602004 nömrəli şəhadətnamənin (2-ci qrafasındakı mülkiyyətçinin) X4 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,233 və 311ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə 0,30 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-1733A, Kod: 80602004 nömrəli şəhadətnamənin (2-ci qrafasındakı mülkiyyətçinin) X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1765/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1765/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver