Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-177/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı5, İddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 Həmdulla qızının və İddiaçı4 nümayəndəsi İddiaçı2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4 və İddiaçı5 Cavabdeh1nə qarşı Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızı, İddiaçı4 və İddiaçı5 Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 Həmdulla qızının və İddiaçı4 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o və digər iddiaçılar Cəlilabad rayonu Qarazəncir kəndində yaşayırlar. Cəlilabad rayonunda aparılan, Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə atası Həsənov Həmdulla Əsəd oğluna və onunla birlikdə digər ailə üzvlərinə 0,12 hektar, İddiaçı5 isə 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahələri qonşuluqda yerləşir və həmin torpaq sahələrinin şəhadətnamələri də vardır. Həmin torpaq sahələrinin arasında heç bir sərhəd mərzləri yoxdur. Sonralar onlara məlum olmuşdur ki, onların qanuni ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə və evə Cavabdeh2 qanunsuz yollarla Cavabdeh1ndən vərəsəlik şəhadətnaməsi almışdır ki, guya ailə başçısı olmuş və vəfat etmiş Həsənov Həmdulla Əsəd oğlunun yeganə vərəsəsi odur. Həmin vərəsəlik şəhadətnaməsi əsasında sonradan Cavabdeh2 öz adına, daha sonra isə arvadı Nahidə Həsənovanın adına həyətə və evə dair çıxarışılar almışlar. Halbu ki yaşadıqları və qeydiyyatda olduqları Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyinin arayışından da görünür ki, mərhum Həmdulla Həsənovun bir vərəsəsi deyil, əksinə iddiaçılar hamısı onun vərəsələridir. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4, X3 və İddiaçı5 məhkəməyə ünvanladığı xx.xx.2011-ci il tarixli ərizələrə əsasən vərəsəlikdən və mülkiyyətlərində olan torpaqlardan imtina etmələri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nahidə Həsənovanın dəlilləri əsassızdır. Belə ki, həmin ərizələrin məzmunu buna əsas vermir. Qanunsuz olaraq Cavabdeh2 adına tərtib olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bütün ailənin, bacı-qardaşların və bibilərin adına rəsmi dövlət aktı, XDS icraiyə komitəsi və s. sənədlərlə olan həyətyanı torpaq sahələrini Cavabdeh2 saxta yollarla əvvəl mərhum atası Həmdulla Həsənovun adına keçirmiş, sonra öz adına və qısa bir müddət sonra arvadı Nahidə Həsənovanın adına sənədləşdirmişdir. 06 mart 2013-cü il tarixdə Həsənov Həmdulla Əsəd oğlunun adına çıxarış verilmişdir. Sonradan həmin çıxarışın əsasında Cavabdeh2, daha sonra isə xx.xx.2013-cü il tarixdə Nahidə Həsənovanın adına ******* saylı çıxarış almışlar. Cəlilabad 'rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanunsuz vərəsəlik şəhadətnaməsinə əsasən hazırda onların qalmağa yerləri yoxdur. Hazırkı tələblə bağlı ilkin olaraq Cəlilabad rayon məhkəməsinə müraciət etmişlər və Cəlilabad rayon məhkəməsinin qətnaməsi ilə tələbləri təmin edilmişdir. Lakin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə aidiyyət məsələsinə görə qətnamə ləğv edilmiş və həmin qərarda göstərilmişdir ki, kənd icra nümayəndəliyinin arayışı inzibati akt olduğundan, hazırkı iş üzrə ilkin olaraq icra nümayəndəliyinin arayışının ləğvi ilə əlaqədar İnzibati Məhkəməyə müraciət edilməlidir. Bundan sonra onlar aidiyyatı üzrə İnzibati məhkəməyə müraciət etmişlər və Şirvan İnzibati Məhkəməsi isə iddianı rədd edərək, icra nümayəndəliyinin arayışının inzibati akt olmadığını qeyd etmişdir. Nəhayət onlar həmin qərardan kassasiya şikayəti vermişlər və Ali Məhkəməninin 22 avqust 2024cü il tarixli qərarında isə birbaşa göstərilmişdir ki, icra nümayəndəliyinin arayışı inzibati akt olmamaqla "arayış inzibati akt kimi əmlak üzərində hüquqi status yaratmaq (əmlak hüququ əldə etməık) xüsusiyyətinə malik deyildir". Odur ki, Ali Məhkəmənin 22 avqust 2024-cü il tarixli qərarının şərhinə əsasən, onların əmlak hüququ əldə etmələri məhz Cavabdeh1 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında pozulduğundan və həmin şəhadətnamə qanunsuz verildiyindən və hüquqi əsası olmadığından həmin şəhadətnamənin etibarsız sayılması ilə bağlı yeni əsaslarla iddia qaldırmışlar. Belə ki, ataları Həmdullanın ölümündən sonra bütün ailə mirası qəbul etmiş, təsərrüfatı birlikdə idarə etmişlər və vərəsəlikdən qanunla imtina etməmişlər. Qeyd olunan şəhadətnamə ilə bir neçə ailə mülkiyyətlərindən məhrum olmuşlar. Belə ki, bu qanunsuz vərəsəlik şəhadətnaməsinə əsasən onların 393A saylı və 394A saylı şəhadətnamələri, bələdiyyə və Aqrar islahat qərarları əsasında mülkiyyətlərində olan həyətyanı torpaq sahələrindən də məhrum olmuşlar. Halbu ki, həmin şəhadətnamələrə əsasən onların mülkiyyətində olan torpaq sahələrinin miras əmlaka aidiyyatı olmamışıdr. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı5 iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 Həmdulla qızının və İddiaçı4 nümayəndəsi İddiaçı2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 verdiyi izahatında bildirdi ki, o, Cavabdeh2 ilə ailə qurduqdan sonra Cəlilabad rayonu Qarazəncir kəndində yaşayırlar. İddiaçılar onun yaxın qohumlarıdır. Mərhum qaynatası Həsənov Həmdulla Əsəd oğlu 01 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Qaynatasının vəfatından sonra ondan qalan miras əmlakına əri Cavabdeh2 sahiblik edərək mirası faktiki qəbul etmiş və mirasa dair bütün kommunal və digər xərcləri özü ödəmişdir. Eyni zamanda o, özü də gəlin kimi qaynanası İddiaçı1 bütün qayğılarını çəkmişdir. Bütün bunlardan sonra qaynanasının da razılığı ilə ilk öncə həmin miras əmlakını Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2013-cü il tarixdə RX ******* seriyalı çıxarışla qaynatası Həmdulla Həsənovun adına rəsmiləşdirilmişdir. Daha sonra 11 aprel 2013-cü il tarixdə Cavabdeh1 tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən əri Cavabdeh2, mərhum Həmdulla Həsənovun vərəsəsi kimi Cəlilabad rayonu Qarazəncir kəndində 0,69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.metr, yaşayış sahəsi 56.6 kv.metr, yardımçı sahəsi 37.5 kv.metr olan yaşayış evindən tam hissədə irs almışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışla həmin miras əmlakını əri Cavabdeh2 adına rəsmiləşdirilmiş və daha sonra isə 02 may 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında əri Cavabdeh2 mülkiyyətində olan əmlakı ona bağışlamış və daha sonra həmin əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışla onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh1 nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli, AZ-İİ 041109 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Həmdulla Əsəd oğlu 01 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli, AZ-İİ 041110 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22 fevral 2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-394A, Kod 80605018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Qarazəncir kənd sakini X4, İddiaçı1, İddiaçı2, X5 və İddiaçı3 Həmdulla qızının mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-393A, Kod 80605018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Qarazəncir kənd sakini X11 mülkiyyətinə 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızı, İddiaçı4, X12 və İddiaçı5 tərəfindən 06 iyun 2011-ci il tarixdə Cəlilabad rayon məhkəməsinə ünvanlanmış ərizələrdə qeyd olunmuşdur ki, Həsənov Həmdulla Əsəd oğlunun vəfatından sonra ona məxsus olmuş Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,12 ha torpaq sahəsinin miras qalmasından xəbərdardır. Həmin mirasdan ona çatası payı qəbul etməmişdir. Bu barədə heç bir tələbi yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəkdir. İşdə olan və 11 aprel 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışdan görünür ki, Həsənov Həmdulla Əsəd oğlu anadan olduğu vaxtdan vəfat etdiyi günədək Cəlilabad rayonu Qarazəncir kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Həsənov Həmdulla Əsəd oğlunun ölümündən sonra onun Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən yaşayış evinə və digər əmlakına oğlu Cavabdeh2 faktiki sahiblik edir. Mərhuma məxsus olmuş evdə faktiki yaşayır. Mirasın açıldığı gündən halhazıradək vergiləri və digər xərcləri ödəyir. İşdə olan Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 21 fevral 2013-cü il tarixli, 37 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan Cavabdeh2 kontora müraciət edərək mərhum atası Həsənov Həmdulla Əsəd oğlundan miras qalmış Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmşidir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmşidir ki, mərhum Həsənov Həmdulla Əsəd oğlunun qanun üzrə vərəsəsi Cavabdeh2dur. İşdə olan İddiaçı1 tərəfindən 11 aprel 2013-cü il tarixdə ünvan ünvanlanmış ərizədən görünür ki, 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş əri Həsənov Həmdulla Əsəd oğluna məxsus olmuş Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən yaşayış evinin miras qalmasından xəbərdardır. Həmin mirasdan ona çatası payı qəbul etməmişdir. bu barədə heç bir tələbi yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəkdir. Miras əmlakı mərhum əri Həsənov Həmdulla Əsəd oğlunun şəxsi əmlakıdır. Həmin miras mərhum atasından vərəsəlik qaydasında ona keçmişdir. Həmin mirasa onun ½ mülkiyyət hüququ yoxdur. Mərhum vəfat etdiyi gündən mirası Cavabdeh2 qəbul etmiş və hal-hazıradək sahiblik edir. Mirasın bütünlüklə ona verilməsinə etirazı yoxdur. İşdə olan Cavabdeh2 tərəfindən 11 aprel 2013-cü il tarixdə ünvan ünvanlanmış ərizədən görünür ki, 01 yanvar 2005-ci il onun Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan atası Həsənov Həmdulla Əsəd oğlu vəfat etmişdir. Miras əmlakı yaşayış evindən ibarətdir. Ondan başqa vərəsələri yoxdur. Göstərilənlərə əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayon notariat kontoru tərəfindən 2-v-80 reyestr nömrə ilə qeydiyyata alınmış 11 aprel 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnaməyə əsasən Cavabdeh2 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş mərhum Həmdulla Həsənovun vərəsəsi kimi Cəlilabad rayonu Qarazəncir kəndində 0,69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.metr, yaşayış sahəsi 56.6 kv.metr, yardımçı sahəsi 37.5 kv.metr olan yaşayış evindən tam hissədə irs almışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(073)- 124/2020 saylı qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddiaçılar X8, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər X6, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat kontoruna və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı Cəlilabad rayon İHB-nın Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsinin, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilənin, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X7 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, X2 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə tələbləri təmin edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(106)- 115/2021 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(073)-124/2020 saylı qətnaməsi ləğv edilmiş, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayış və Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli Vərəsəlik Hüququna dair Şəhadətnamə 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində, Cavabdeh2 ilə X9 tərəfindən Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilə 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində, X7 adına DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində, DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində, DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 adına verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* seriyalı çıxarış 0,69 ha torpaq sahəsinin 0,12 ha hissəsində etibarsız hesab edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(102)-5157/2021 saylı qərarındən görünür ki, iddiaçılar X13, İddiaçı2, İddiaçı3 Həmdulla qızı, İddiaçı4 və İddiaçı5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)- 115/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd olunan qərarı qəbul edərkən hesab etmişdir ki, iddia tələbi mərhum Həmdulla Həsənovun adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cəlilabad rayon İHB-nın Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın və Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi hissələrdə icraata qəbul edilməklə işə baxan birinci instansiya məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozmuş, apellyasiya instansiya məhkəməsi də bu hala əhəmiyyət verməyərək həmin səhvi təkrarlamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr işin göstərilən hissələrinə ümumi məhkəmədə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməklə məhkəmə aidiyyatı qaydalarını pozmuşdur ki, bu da şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, eyni zamanda Cəlilabad rayon İHB-nın Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də iş üzrə mübahisələndirilən 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(106)- 353/2022 saylı qətnaməsindən görünür ki, cavabdehlər X9 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(073)-124/2020 saylı qətnaməsi Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsi, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilə, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, X7 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış və X2 adına verilmiş RX ******* seriyalı çıxarış etibarsız hesab edilməsi, iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilməsi, iş üzrə tərtib edilmiş mütəxəssis rəyinə görə cavabdehlər Cavabdeh2 və X1, Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontorundan, Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən müştərək qaydada 328 manat tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi hissələrində ləğv edilmiş, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsinin, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilənin, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın və X2 adına verilmiş RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissələrində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4 və İddiaçı5 iddia tələbi təmin edilməmiş, birinci instansiya məhkəməsində iş üzrə torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 328,10 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızından, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Kapitalbankın 1 saylı Xətai Filialı, kod:200071 VÖEN (bank) **********, müxbir hesab: AZ37NABZ********************, SWİFT:AİİBAZ 2X, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC VÖEN:**********, hesab N:AZ23AİİB********************) köçürülməsi və apellyasiya instansiyası məhkəməsində iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızından, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(106)- 353/2022 saylı qərardadından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(073)-124/2020 saylı qətnaməsi Cəlilabad rayon İHB-nın Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X7 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4 və İddiaçı5 iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1323/2023 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi” tələbinə dair iddiası mümkin sayılmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt hesab olunmur, habelə həmin arayış inzibati akt hesab olunsa belə həmin inzibati akt üzrə qanunvericiliklə müəyyən olunmuş müddət ötürülmüşdür. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 2-1(106)-100/2024 saylı qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(102)-2233/2024 saylı qərarından görünür ki, İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2-1(106)-100/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərarlardan görünür ki, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 fevral 2013-cü il tarixli, 279 saylı arayışı məlumat xarakterli sənəd olduğundan həmin arayış inzibati akt hesab olunmamalıdır. Ona görə də iddiaçılar yeni əsaslarla iddia qaldıraraq mərhum X7 ölümündən sonra miras qalmış aəmlakı iddiaçılar da daxil olmaqla bütün ailə üzvlərinin faktiki qəbul etdikləri və mirası idarə etdikləri halda Cavabdeh2 adına qanunsuz verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsini mübahisələndirmişlər. Məhkəmə iclasında araşdırılan sübutlarla, iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatları və o cümlədən iş materialları ilə də iddiaçıların mirası faktiki qəbul etdikləri öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən qanun üzrə 11 aprel 2013-cü il tarixli vərəsəlik haqqında şəhadətnamənin verilməsi məsələsini həll edərkən Mülki qanunvericiliyə əsasən vərəsələrin dairəsi müəyyən edilməmiş, eyni zamanda vərəsəlik şəhadətnaməsində ailə üzvü Cavabdeh2 tərəfindən tam irs alması gösərildiyi halda digər vərəsələrin könüllü şəkildə mirasdan imtinaları qanuni əsaslarla müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Həmdulla qızının, İddiaçı4, X3 və İddiaçı5 Cəlilabad rayon məhkəməsinə ünvanladıqları xx.xx.2011ci il tarixli ərizələrə əsasən miras əmlakdan imtina etmələri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nahidə Həsənovanın dəlilləri əsassızdır. Belə ki, qeyd olunan ərizələr tərtib edilərkən məhkəmədə vərəsəliklə bağlı hər hansı tələb olmamışdır. Həmçinin, Mülki qanunvericiliyə əsasən mirasdan imtina edilməsi müddətləri də həmin vaxt ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 1323-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən yeganə varis kimi Cavabdeh2 adına verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsassız olmuşdur və etibarsız hesab edilməlidir. Belə ki, iddiaçılar həmin şəhadətnamə ilə mülkiyyətlərində olan əmlaklardan və gözlənilən mülkiyyət hüquqlarından əsassız olaraq məhrum olmuşdurlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüqunun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Həmçinin, «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunnu 1-ci maddəsinin təsir dairəsinə təşəkkül tapmış presedent hüququna əsasən hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X16 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «X16 Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata kesirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 241-244, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. İş üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-177/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-177/2025
31.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver