Məhkəmə qərarları › İş №2(073)-1773/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1773/2023

01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1773/2023 01.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Torpağın mülkiyyətə verilməsinə dair KOD **********97 saylı çıxarışın və B № 004284 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin ərizəçilərə məxsus olması və sənədlərdə düzəliş edilərək səhvən qeyd olunmuş X1 çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair KOD **********97 saylı çıxarışın və B № 004284 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin ərizəçilərə məxsus olması və sənədlərdə düzəliş edilərək səhvən qeyd olunmuş X1 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 məhkəməyə özü və digər ərizəçilərin adından ərizə təqdim edərək, ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb və ərizəçilərin vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli və ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Torpağın mülkiyyətə verilməsinə dair KOD **********97 saylı çıxarışın və B № 004284 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin ərizəçilərə məxsus olması və sənədlərdə düzəliş edilərək səhvən qeyd olunmuş X1 çıxarılması tələbinə dair iş üzrə ərizəçilərin vəsatəti təmin edilsin, ərizə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar