Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1799/2025 14.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə, İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin ləğv edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndə verilmiş mirası qəbul etməkdən imtina edilməsi barədə ərizələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar miras paylarından imtina edilməsi ilə bağlı notarial qaydada ərizələr vermişlər, hazırda həmin ərizələrin ləğv edilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, ərizənin ləğv edilməsi barədə ərizə yazılması da notarial qaydada icra edilməlidir. İş materiallarında isə notariat ofisinin ləğv ərizələrinin qəbul edilməsindən imtina etməsi barədə hər hansı məlumat və ya sübut yer almır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçılara Cavabdehnə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsi rəhbər tutulmaqla tərəflərindən ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 169-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə imtina edilsin. İddia ərizəsini vermiş şəxslərə izah edilsin ki, ərizələrinin ləğvi ilə bağlı Cavabdehnə müraciət edə bilərlər. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1799/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1799/2025
14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver