Məhkəmə qərarları › İş №2(073)-184/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-184/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-184/2024 30.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 may 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız hesablanmış 4250,88 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdiki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 2023-cü ilin mart ayında Cavabdeh X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən həmin evə baxış keçirmiş və sayğacın istismar müddətinin bitdiyi üçün çıxararaq aparmışdırlar. Bu barədə 07 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Sonradan cavabdeh təşkilat tərəfindən 25 may 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda sayğaca müdaxilə edilməsi göstərilmişdir. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan xəbəri olmuşdur. Əlavə olaraq bildirdi ki, akt həyat yoldaşı X2 adına tərtib edilmişdir. Halbu ki, həyat yoldaşı Azad Məmmədov uzun müddətdir ki, həbsdədir və akt tərtib olunduğu tarixdə də həbsdə olmuşdur. O, da bununla bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 4250,88 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Lənkəran X8 İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. 2022-ci ilin son aylarında Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən İddiaçı və X2 yaşadıqları evə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və abonentin həmin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Bundan sonra həmin sayğac dövlət yoxlanışından keçmiş və 25 may 2023-cü il tarixdə «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında Azad Məmmədovun adına ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında Azad Məmmədovun adına 35424 m3 sərfiyyat hesablanmaqla, 4250,88 manat borc yazılmışdır. O, hesab edir ki, iddiaçı Azad Məmmədovun adına tərtib edilmiş akt qanuni və əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 07 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünürki, X2 evinə quraşdırılmış G-2 markalı, ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Ellestr” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının qeyri-qanuni qazdan istifadə olunması barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsi ilə X6 arasında bağlanmış 17 avqust 2018-ci il tarixli, 2061-08-18 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, X2 fərdi yaşayış evinə 02 dekabr 2011-ci il tarixdə Ellestr markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 may 2023-cü il tarixli, ******* saylı aktdan görünürki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən X2 yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış G-2 markalı ******* nömrəli qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünürki, X2 fərdi yaşayış evinə quraşdırılmış G-2 markalı, ******* nömrəli qaz sayğacının qeyri-qanuni qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 35424 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, X2 fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz istifadəçilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (0,8x24x360=6912 m3, 1,5x24x360=12960 m3, 0,8x24x360=6912 m3, 1x24x360=8640 m3) hesablanmaqla, cəmi 35424 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən X2 adına tərtib edilmiş abonentin saldosundan görünürki, X2 adına aktlar üzrə 2023-cü ilin noyabr ayına 4250,88 manat borc yazılmışdır. İşdə olan Vİ-JQ № 340687 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 nikahlarını 09 aprel 1993-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 saylı qeydiyyat aparılaraq, arvada Məmmədova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X5 məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 07 mart 2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sonradan yəni, 25 may 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-2 markalı, ******* nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi 25 may 2023-cü il tarixli, ******* saylı aktın X2 adına yazılması və hesablanmış 35424 kub metr sərfiyyat qismən əsassız olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədə» X2 fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz istifadəçilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (0,8x24x360=6912 m3, 1,5x24x360=12960 m3, 0,8x24x360=6912 m3, 1x24x360=8640 m3) hesablanmaqla, cəmi 35424 m3 olması müəyyən olunmuşdur. Əslində isə PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı ümumilikdə cəmi 17712 m3 və ya 2125,44 manat olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli, ******* saylı akt 4250,88 manat məbləğində və ya 35424 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 25 may 2023-cü il tarixli, ******* saylı akt 4250,88 manat məbləğində və ya 35424 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməli, hesablanmış 35424 m3 sərfiyyatın 17712 m3 hissəsi və ya 2125,44 manat borc hissəsi X2 abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216, 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 25 may 2023-cü il tarixli, ******* saylı akt 4250,88 (dörd min iki yüz əlli manat səksən səkkiz qəpik) manat məbləğində və ya 35424 m3 (otuz beş min dörd yüz iyirmi dörd kub metr) sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilsin, hesablanmış 35424 m3 (otuz beş min dörd yüz iyirmi dörd kub metr) sərfiyyatın 17712 m3 (on yeddi min yeddi yüz on iki kub metr) hissəsi və ya 2125,44 (iki min bir yüz iyirmi beş manat qırx dörd qəpik) manat borc hissəsi X2 abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar