Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1888/2025 04.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 13 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00406 saylı barışıq sazişinin təsdiq edilməsi, 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, dörd uşağa görə cəmi 400 (dörd yüz) manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Maraqlı şəxs ilə 2008-ci il tarixdə el adəti ilə ailə qurmuşlar, nikahlarını isə 02 fevral 2012-ci il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından uşaqları 01 sentyabr 2009-cu il təvəllüdlü X6, 19 noyabr 2013-cü il təvəllüdlü X7, 22 mart 2021-ci il təvəllüdlü X8 və 06 iyul 2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, 4 azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayırlar. Ayrıldıqadan sonra X10 uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmiş və X10 ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00406 saylı barışıq sazişi imzalamışlar. Maraqlı şəxslə barışıq sazişi bağlayan vaxt razılaşmışlar ki, nikahları məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılaşmış və X10 uşaqlarının saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, 4 uşağa ğörə cəmi 400 manat alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 mislini ona özü ödəyəcəyinə öhdəlik götürmüşdür. X1 barışıq sazişi imzaladığımız vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Sonda ərizəçi qeyd edilənlərin nəzərə alınaraq, Maraqlı şəxs ilə 13 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00406 saylı barışıq sazişinin təsdiq edilməsi, 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, dörd uşağa görə cəmi 400 (dörd yüz) manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 706695 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 02 fevral 2012-ci il tarixdə qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 saylı qeydiyyat aparılmışdır. İşdə olan AZE 18159486 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xalıqova Lamiyə 01 sentyabr 2009-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçi. İşdə olan AZE 18159487 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xalıqova Zeynəb 19 noyabr 2013-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçi. İşdə olan AZ-İ 586034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 mart 2021-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İ 909615 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 iyul 2023-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 13 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00406 saylı barışıq sazişindən görünür ki, tərəflər tam mediasiya sesiyası zamanı qeyd olunan şərtlər daxilində razılığa gəlmişlər. Belə ki, tərəflər Ərizəçi və Maraqlı şəxs 02 fevral 2012-ci il tarixdə Cəlilabad rayon Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razı olduqlarını bildirmişlər. 1. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmasına razılığa gəldilər. 2. Uşaqların saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat sabit məbləğdə alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 3. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması Maraqlı şəxs 2025-ci ilin may ayının 13 tarixindən 23 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 13 tarixindən 23 tarixədək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd) manat məbləğində alimenti Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ailə qurmuşlar, 2008-ci il tarixdə el adəti ilə ailə qurmuşlar, nikahlarını isə 02 fevral 2012-ci il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından uşaqları 01 sentyabr 2009-cu il təvəllüdlü X6, 19 noyabr 2013-cü il təvəllüdlü X7, 22 mart 2021-ci il təvəllüdlü X8 və 06 iyul 2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, 4 azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayırlar. Ayrıldıqadan sonra X10 uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmiş və X10 ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00406 saylı barışıq sazişi imzalamışlar və həmin barışıq sazişinə əsasən tərəflər Ərizəçi və Maraqlı şəxs 02 fevral 2012-ci il tarixdə Cəlilabad rayon Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razı olduqlarını bildirmişlər. 1. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmasına razılığa gəldilər. 2. Uşaqların saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat sabit məbləğdə alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 3. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması Maraqlı şəxs 2025-ci ilin may ayının 13 tarixindən 23 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 13 tarixindən 23 tarixədək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd) manat məbləğində alimenti Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin barışıq sazişini imzalandıqları vaxdan sonra Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Eyni Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 13 may 2025-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrasını tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin qeyd olunan məzmunda təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 13 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00406 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 13 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00406 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.
1. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmasına razılığa gəldilər.
2. Uşaqların saxlanılması üçün hər bir uşaq üçün 100 (yüz) manat sabit məbləğdə alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir.
3. 01 sentyabr 2009-cu il təvəllüdlü X2, 19 noyabr 2013-cü il təvəllüdlü X3, 22 mart 2021-ci il təvəllüdlü X4 və 06 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması Maraqlı şəxs 2025-ci ilin may ayının 13 tarixindən 23 tarixədək olan müddət ərzində və gələn hər növbəti ayın 13 tarixindən 23 tarixədək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd) manat məbləğində alimenti Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elxan Əmirəliyev