Məhkəmə qərarları › İş №2(073)-192/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-192/2025

17.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-192/2025 17.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X5 mülkiyyətində olmuş “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və TBŞ-də alqı-satqı müqaviləsinin, X3 adına rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mərhum X5 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X5 mülkiyyətində olmuş “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və TBŞ-də alqı-satqı müqaviləsinin, X3 adına rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mərhum X5 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı atası X10 xx.xx.2023-cü il tarixdə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. İddiaçı evin ən kiçik övladı olduğundan X18 ölməmişdən qabaq həmişə onunla birlikdə Cəlilabad şəhəri, M.Ə.Sabir küçəsi, ev 107 ünvanında və ünvan 1n evlərində yaşamışlar. İddiaçı və X18 qardaşı Möhübbət Həsənov ilə uzun müddət əlaqə saxlamamışlar. X18 ölməmişdən təxminən 7-8 ay əvvəl ara-sıra qardaşı X14 şəhəri, M.Ə.Sabir küçəsi, ev 107 A ünvanındakı evinə gedib-gəlmişdir. İddiaçı qardaşı Möhübbət Həsənovla qonşuluqda yaşayır. İddiaçı xx.xx.2008-ci il tarixdə istifadəsində olan “90 İBP317” dövlət qeydiyyat nişanlı “VAZ 21043”markalı avtomobilini X18a bağışlamışdır. X18 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra, xx.xx.2023-cü il tarixdə qardaşı oğlu Cavabdeh2 onun atasına bağışladığı "VAZ 21043” markalı avtomobili Cəlilabad rayon 1 sayl notariat ofisindən aldığı xx.xx.2021-ci il tarixli vəsiyyətnamə əsasında AR DİN BDYP idarəsinin Lənkəran qeydiyyat-imtahan və texniki baxış şöbəsində öz adma qeydiyyatdan keçirtmiş və nəqliyyat vasitəsinə yeni **-CA-*** dövlət qeydiyyat nişanı təhkim olurmuşdur. Sözügedən nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqavləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və “VAZ 21043” markalı nəqliyyat vasitəsinə yeni ** CA *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X3 adma rəsmiləşdirilmişdir. iddiaçı Cəlilabad rayon Prokurorluğuna ərizə ilə müraciət edərək atası X5 adına olan nəqliyyat vasitəsinin mərhum atasının adından Cavabdeh1ndə tərtib edilmiş saxta vəsiyyətnamə əsasında başqa şəxsin adına sənədləşdirilməsinin araşdırılması və tədbir görülməsi barədə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə material araşdırılması üçün Cəlilabad rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12 verilmiş və xx.xx.2023-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilmişdir. Maraqlıdır ki, iddiaçı atasının ölümündən sonra xx.xx.2023-cü il tarixində Cavabdeh1nə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edərkən imtina almış, imtina almasının səbəbi kimi yalnız mərhumun qeydiyyatının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 136, mənzil 16-da olması səbəbindən aidiyyatı üzrə notariat ofisinə müraciət etməsi məsləhət görülmüş və iddiaçıya imtina verilmişdir. Cavabdeh1 notariusu L.F.Fərəcov imtina verərkən nədən birinci dərəcəli vərəsə olan, həmçinin mirasdan məcburi payı olan İddiaçı xx.xx.2021-ci il tarixli, 550 reyestr nömrəli vəsiyyətnamənin olması barədə məlumat verilməmişdir. Bu səbəbdən sözügedən vəsiyyətnamənin həmin vaxt olmasına və onun mərhum Xanoğlan Həsənov tərəfindən yazılmasına əsaslı şübhələr yaranır. Həmçinin vəsiyyətnamə ilə bağlı hərəkətlər edilərkən mərhumun vərəsələr dairəsi notariat orqanı tərəfindən müəyyən olunmaması da şübhə doğurur. Belə ki, məhz xx.xx.2023-cü il tarixdə cavabdeh 2V-550 nömrəli vəsiyyətnamə əsasında mərhumun adından avtonəqliyyat vasitəsini qeydiyyatdan çıxartmış və ** CA *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə notariat ofisinə vərəsəlik isi ilə bağlı müraciət edir və notarius bir həftə bundan qabaq yəni xx.xx.2023-cü il tarixdə aparılan notariat hərəkəti barədə iddiaçıya heç bir məlumat verilmir. Cavabdeh sözügedən avtomobilin onun istifadəsində olduğunu deməsi də şübhə yaradır. Belə ki, mərhum heç vaxt cavabdehin adına atomobili idarə etmək üçün etibarnamə verməmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum Xanoğlan Həsənovun övladları İddiaçı və X11 onun vərəsələridir. 8 yanvar 2021-ci il tarixli AR MMnin 1193 va 1200-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitutsiya Məhkəməsi Plenumunun qərarı”nda qeyd edilmişdir ki, “AR MM-nin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Həmçinin AR MM-nin 667.1 və 1200-ci maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Amma Cavabdeh1 notariusu bunu etmədən saxta vəsiyyətnamə əsasında avtomobili cavabdehin adına rəsmiləşdirir. Vəsiyyətnaməyə diqqət yetirdikdə ilk öncə gözə səliqəsiz şəkildə latın qafikası ilə yazılmış yazılar görünür. xx.xx.1939-cu il təvəllüdlü mərhum X6 ümumiyyətlə latın qrafikası ilə yazı yazması şübhəlidir. Belə ki, mərhumun “bloknot” kimi istifadə etdiyi kitabçadan gprünür ki, mərhum bütün qeydlərini kirill əlifbası ilə aparmışdır. Həmçinin xx.xx.2021-ci ildə tərtib olunmuş vəsiyyətnamədə “Bu vəsiyyətnamə mənim, Cavabdeh1 notariusu L.Fərəəcov tərəfindən təsdiq edilib. X1 şəxsən özü mənim iştirakımla imza edib” hissəsində “X15” əlyazma vəsiyyətnamə blankını dolduran məchul şəxs kimdisə onun xətti ilə eynilik təşkil edir.Yəni bu vəsiyyətnamənin mərhum tərəfindən yazılması şübhəlidir. Lakin Cəlilabad rayon Prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da araşdırma materialında olan 31 avqust 2023-cü il tarixli, 4/1398 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X5 adından reyestrdə 2V-550 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli vəsiyyətnamədə “Cəlilabad iyirmi səkkiz sentyabr iki min iyirmi bir 11:30 Bakı şəhəri Şərifzadə ev 136/16 “Həsənov Xanoğlan” ad və soyadının qarşısındakı imza-X10 tərəfindən icra olunmuşdur.” Qərarda olan ekspert rəyi özü şübhəlidir. Belə ki, mərhumun şəxsiyyət vəsiqəsində “Vəsiqə sahibinin imzası” da olan imzayla vəsiyyətnamədə olan imza ilk baxışdan oxşarlıq təşkil etmir, əksinə oxşadılmış kimi görünür. Həmçinin həmin tarixdə pandemiya dövrünə təsadüf etdiyindən mərhum axırıncı dəfə xx.xx.2021-ci il tarixindən sonra ümumiyyətlə Cəlilabad rayonuna getməmişdir. Bunu təsdiq edən şahidlər və “Azadlıq radiosu”nun çəkilişi də vardır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, nümayəndəsinin izahatında bildirdiklərini təsdiq etdiyini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı notariat ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və Lənkəran şəhəri 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və Lənkəran şəhəri 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məlumat verilməmiş, lakin cavabdeh ünvan 3 ünvanlanaraq məhkəmə iclasında iştiraklarının mümkün olunmayacağı və işə onların iştirakı olunmadan baxılmasına etirazlarının olmadığı qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və Lənkəran şəhəri 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, mərhum Xanoğlan Həsənovun ona verdiyi vəsiyyətnamə etibarlı olmuş və əməliyyatlar aparılarkən vəsiyyətnamə qüvvədə olmuşdur. Bundan başqa, əmisi İddiaçı babası Xanoğlan Həsənova baxmadığından babası Xanoğlan Həsənov onu vəfat etdiyi günə qədər belə danışdırmamışdır. Əmisi babası Xanoğlan Həsənov baxması onun qulluğunda durması barədə işlətdiyi ifadələri yalandır. Həmçinin əmisi İddiaçı babası Xanoğlan Həsənovun vəfat etdiyi xx.xx.2023-cü il tarixdən xeyli vaxt keçməsinə baxmayaraq miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində aça bilərdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, əmisi İddiaçı bu uzun müddəti bilərəkdən ötürmüşdür. Sonda Cavabdeh2 göstərilənlərə əsasən İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi, qedyiyyat şəhadətnaməsinin ləğv edilməsi, miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan mərhum X10 tərəfindən Cavabdeh1ndə Cavabdeh2 vermiş 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyetr nömrəli vəsiyyətnamədən görünür ki, X10 bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan AZ-İİ 343900 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 aprel 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 28 aprel 2023-cü il tarixdə, 641 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cavabdeh1 tərəfindən qəbul edilmiş “notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı mərhum atası iddiaçı X4 miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnaməsi verilməsi barədə ərizəsindən, notariat hərəkətinin aparılmasından mərhum X2 yaşayış yerinin ünvan 4 ünvanı olması səbəbindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların elektron çıxarışından görünür ki, xx.xx.2008-cü il tarixli, AB059317 saylı şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 136, mənzil 16 ünvanında qeydiyyatda olan X5 mülkiyyətində olan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnaməyə əsasən ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə X7 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə BD402077 saylı şəhadətnamə ilə Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olan X3 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 02CA402 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə Cəlilabad rayon prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X5 mərhum X18un adına olan nıqliyyat vasitəsinin Cavabdeh1ndə tərtib edilmiş saxta vəsiyyətnamə əsasında başqa şəxsin adına sənədləşdirildiyi üçün qanuni tədbir görülməsi barədə ərizəsi Cəlilabad rayon prokurorluğunda araşdırılmış və cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İş materiallarından və iddiaçı tərəfin izahatlarından görünür ki, İddiaçı 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyetr nömrəli vəsiyyətnamədən, 2024-cü ilin fevral ayında iddiaçının vəkilinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan sonra məlumatı olmuşdur. Beləliklə İddiaçı mirasdan məcburi pay almaq hüququ vardır və bu hüquq məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası mərhum X10 özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını nəvəsi Cavabdeh2 vəsiyyət etmiş, həmin vəsiyyətnamə xx.xx.2021-ci il tarixdə Cavabdeh1ndə təsdiq olunmuşdur. xx.xx.2008-cü il tarixli, AB059317 saylı şəhadətnamə əsasında mərhum X5 mülkiyyətində olmuş “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobil, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi qeydiyyata alınmadan qanunsuz olaraq, xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnaməyə əsasən Cavabdeh2 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə X7 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə BD402077 saylı şəhadətnamə ilə Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olan X3 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 02CA402 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Məhkəmə ilkin olaraq iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, 3-16-5/2-11-10525 saylı məktubdan görünür ki, 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyetr nömrəli vəsiyyətnamə elektron notariat sistemində qeydiyyata alınmışdır. Həmçinin məhkəmə iclasında araşdırılan sübutlarla vəsiyyətnamənin tərtib edilməsində heç bir qanun pozuntusu aşkar edilməmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qeyd olunan mülki qanunvericiliyin normalarına əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olmasını təsdiq edən sənəddir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 242 saylı məktubdan görünür ki, mərhum X8 vərəsəlik işi açılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi olmadan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 adına rəsmiləşdirilməsi və BD394351 saylı qeydiyyat şəhadətnaməsinin verilməsi qanunsuz olmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə ləğv edildiyindən onun əsasında Cavabdeh2 ilə X7 arasında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnaməsi də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Qeyd olunan normalardan göründüyü kimi iddiaçı birinci növbə vərəsə olmaqla məcburi pay hüququ vardır və payını tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, vəsiyyət olunan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilə görə digər vərəsə X11 və vəsiyyət olunan Cavabdeh2 da nəzərə alınmaqla İddiaçı mirasdan məcburi payı ¼ hissədən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyestr nömrəli vəsiyyətnamə əsasında “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə, Cavabdeh2 ilə X7 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnamə ləğv edilməli, İddiaçı mirasdan (“VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobildən) məcburi payı ¼ hissədə müəyyən edilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 241-244, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyestr nömrəli vəsiyyətnamə əsasında “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə ləğv edilsin. Cavabdeh2 ilə X7 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnamə ləğv edilsin. İddiaçı mirasdan (“VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobildən) məcburi payı ¼ hissədə müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar