Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-195/2025 07.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi və onun vəkili Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçi xx.xx.1961-ci ildə Cəlilabad rayonu Pakrovka kəndində doğulub. xx.xx.1981-ci il tarixdə X4 ilə rəsmi nikaha girməklə evlənmişlər. X4 xx.xx.2003cü ildə vəfat etmişdir. Birgə nihahlarından doğulmuş xx.xx.1990-cı il təvəllüdlü Aslan adlı oğlu anadan gəlmə “F06.3-ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda oğlu təkbaşına heç bir hərəkət edə bilmir. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar ərizəçi Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Orqanıa müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilib. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, oğlunu dəfələrlə müalicə etdirsələr də hər hansı nəticə olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Pokrovka kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1990-cıildə doğulmuşdur, atası X4, anası X1r. İşdə olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 “F06.3 əhvalın üzvi mənşəli affektiv pozuntusu, depressiv epizodlarla, növbəti ağır dərəcəli depressiv, intihar fikirləri, psixatik daxilolmalar şəxsiyyətin psixopatik cizgiləri” diaqnozu qoyulmuşdur. İşdə olan ambulator kitabçadan çıxarışdan görünür ki, X2 “F06.3 əhvalın üzvi mənşəli affektiv pozuntusu, depressiv epizodlarla, növbəti ağır dərəcəli depressiv, intihar fikirləri, psixatik daxilolmalar şəxsiyyətin psixopatik cizgiləri” diaqnozu qoyulmuşdur. İşdə olan Salyan Rayonlananası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 “əhvalın üzvi mənşəli pozuntusu”diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə kimi Salyan Rayonlananası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmluşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və məhkəmə tərəfindən təyin edilmiş təkrar ekspertizanın nəticəsində adıçəkilən Mərkəz tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1679 saylı rəydən görünür ki, X5 ÜZVİ AFFEKTİV (DEPRESSİV) POZUNTUSU (F06.3) aşkar olunur. Bunu anamnestik məlumatlar (anamnezində 14 yaşında kəllə-beyin travmasının qeyd olunması, 2023-cü ildə depressiv pozuntu fomnasmda psixi pozuntuların meydana çıxması, Salyan Rayonlananası Psixiatriya Xəstəxanasında, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında Əhvalın üzvi mənşəli affektiv pozuntusu depressiv epizodlarla” diaqnozu ilə müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, əhvali-ruhiyyəsinin depressiv olması, gələcəyini bədbin qiymətləndirməsi, öz vəziyyətinə qarşı tənqidinin tam olmaması və sair) sübut edir. Müayinə zamanı onda psixotik səviyyəli əlamətlər aşkar olunmamışdır. X5 qeyd olunan psixi pozuntu hal-hazırda onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidanndan məhrum etmir. A.T.Gözəlov öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. X3 psixatrik müalicəsi medikamentoz terapiya (dərman müalicəsi) və psixoterapiya istifadə edilə bilər. AT.Gözəlovun psixiatrik müalicəsi davam etdirildiyi təqdirdə onda qeyd olunan pozuntuların tam müalicə olunması ehtimalı yüksəkdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 “ÜZVİ AFFEKTİV (DEPRESSİV) POZUNTUSU (F06.3)” xəstəliyindən əziyyət çəkir, lakin hərəkətlərinin mənasını başa düşüb özünü idarə etmək iqtidarındadır. Alınmış rəylərə əsasən də onun düzgün müalicə nəticəsində sağalması, sağlamlığını tam bərpa etməsi ehtimalı yüksəkdir. Yəni, şəxsdə olan hazırki xəstəlik onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, X6 “ÜZVİ AFFEKTİV (DEPRESSİV) POZUNTUSU (F06.3)” xəstəliyindən əziyyət çəkir, eyni zamanda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, psixiatrik müalicəsi davam etdirildiyi təqdirdə onda qeyd olunan pozuntuların tam müalicə olunması ehtimalı yüksəkdir. Bu səbəbdən də ərizə əsassız hesab edilərək, təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-195/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-195/2025
07.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver