Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1964/2023 13.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-679A (kod ********) saylı şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Ərizəçi3 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi3) və digər ailə üzvləri X7, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 0.43 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə onun (Ərizəçi1) və digər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ata adları “Qaçaq” əvəzinə səhvən “Səfərxan” kimi yazılmışdır. X10 xx.xx.2004-cü ildə vəfat etmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun qohumudur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi1 və mərhum X7 mülkiyyətinə Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisindən 0.43 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ata adları “Qaçaq” əvəzinə səhvən “Səfərxan” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 Fədayət İmanverdi oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan JN-679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən X7, Ərizəçi1 Səfərxan oğlunun, Ərizəçi2 Səfərxan oğlunun və Ərizəçi3 Səfərxan oğlunun mülkiyyətinə 0.43 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-679A (kod ********) saylı şəhadətnamədə texniki səhv olaraq, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ata adları «Qaçaq» əvəzinə «Səfərxan» kimi yazılmışdır. İşdə olan ölüm haqqında surətindən görünür ki, X10 xx.xx.2004-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Andreyevka kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1982-ci ildə doğulmuşdur, atası X11, anası X6r. İşdə olan Cəlilabad rayon Andreyevka kənd XDS İK tərəfindən verilmiş xx.xx.1987ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1986-cı ildə doğulmuşdur, atası X11, anası X6r. İşdə olan Cəlilabad rayon Andreyevka kənd XDS İK tərəfindən verilmiş xx.xx.1991ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1991-ci ildə doğulmuşdur, atası X11, anası X6r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Ərizəçi3, üzvləri X7, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 0.43 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN- 679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə ərizəçilərin ata adları “Qaçaq” əvəzinə səhvən “Səfərxan” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-679A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X10 ilə yanaşı ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1964/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1964/2023
13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver