Məhkəmə qərarları › İş №2(073)-1973/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1973/2025

03.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1973/2025 03.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 avqust 2000-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçinin 01 avqust 2000-ci il tarixdə doğulmuş övladı X4 anadangəlmə xəstədir və “ağır dərəcəli əqli gerilik, kəskin ifadəli imbesillik, davranış pozuntusu, epilepsiya, tez-tez baş verən cəngolma tutmaları” diaqnozu qoyulmuşdur, 1-ci dərəcəli əlildir. Oğlu hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Orqanıa müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2000-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan ƏƏSMN “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışdan görünür ki, X4 “ağır dərəcəli əqli gerilik, kəskin ifadəli imbesillik, davranış pozuntusu” xəstəliyi səbəbindən 1-ci dərəcəli əlilldir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2733 saylı rəydən görünür ki, X4 “ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” xəstəliyi səbəbindən hal-hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan vəsiqənin surətindən görünür ki, ərizəçi şəhid ailəsi üzvüdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 “ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda özünü idarə edə bilmir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 avqust 2000-ci ildə Cəlilabad şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar