Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1988/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 118 manat pulun və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-in nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhəkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmaını xahiş etmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cəmiyyət tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, MAS- 2978 saylı Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 32 manat və BNA 17604563 saylı protokola əsasən 32 manat cərimə olunmuşdur. Qeyd olunan protokollara görə ümumilikdə 118 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Tələb edilməsinə baxmayaraq cavabdeh həmin vəsaiti iddiaçı cəmiyyətə ödəməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan lizinq verən İddiaçı MMC ilə lizinq alan "xxxx"MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, həmin lizinq müqaviləsinin əsas məbləğini 14280 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli MAS-2978 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, həmin müqavilə ilə “Şirkət” adlandırılan İddiaçı MMC xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsi üzrə irəlidə “Öhdəlikləri Ötürən” adlandırılacaq "xxxx"MMC tərəfindən irəlidə “Öhdəlikləri qəbul edən” adlandırılacaq X1 ötürülmüşdür. İşdə olan AD N886579 saylı Nəqliyyat vasitəsininin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-in mülkiyyətindədir. İşdə olan qəbzlərdən görünür ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 32 manat və BNA 17604563 saylı protokola əsasən 32 manat cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (073)-862/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 460 (dörd yüz altmış) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi qət olunmuşdur. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, MAS- 2978 saylı Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Peugeot 405” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 18 manat, BNA ******* saylı protokola əsasən 32 manat və BNA 17604563 saylı protokola əsasən 32 manat cərimə olunmuşdur. Qeyd olunan protokollara görə ümumilikdə 118 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcunu ödəməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. X2 Azərbaycan Respublikası qanunun 85-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Daxili lizinq müaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) , həmçinin cinayət və inzibati xətayə görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan 118 (bir yüz on səkkiz) manat pul, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1988/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1988/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver