Məhkəmə qərarları › İş №2(073)-1988/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1988/2025

18.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1988/2025 18.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Ərizəçi, Cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikah qeydinin pozulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında Cəlilabad rayonu Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 fevral 2012-ci il tarixdə, 02 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddiasını müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxxxx 1990-cı il tarixdə Cəlilabad rayonu, Təklə kəndində doğulmuşdur. Cəlilabad şəhər sakini Maraqlı şəxs ilə 2008-ci il tarixdə el adəti ilə ailə qurmuş, 02 fevral 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 sentyabr 2009-cu il təvəllüdlü X6, 19 noyabr 2013-cü il təvəllüdlü X7, 22 mart 2021-ci il təvəllüdlü X8 və 06 iyul 2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, dörd az yaşlı uşaqlarla birlikdə valideynlərinin yanında yaşayır. Ayrıldıqdan sonra cavabdeh Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından o, nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə 13 may 2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00406 saylı barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinə əsasən nikahları məhkəmə qaydasında barışıq üçün vaxt verilmədən pozulsun, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, dörd uşağa görə 400 manat alimenti yəni ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 mislini ona ödəməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs tələbi etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə el adətinə uyğun ailə qurmaqla evlənmişlər, nikahlarını isə 02 fevral 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 01 sentyabr 2009-cu il təvəllüdlü X6, 19 noyabr 2013-cü il təvəllüdlü X7, 22 mart 2021-ci il təvəllüdlü X8 və 06 iyul 2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Sonradan iddiaçı Ərizəçi ilə aralarında olan narazılıqlara görə ayrılmışlar. Bundan sonra iddiaçı Ərizəçi mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesi dövründə 13 may 2025-ci il tarixdə barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən Ərizəçi ilə aralarında 02 fevral 2012-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılaşmış, onların birgə nikahından doğulmuş 01 sentyabr 2009-cu il təvəllüdlü X1, 19 noyabr 2013-cü il təvəllüdlü X2, 22 mart 2021-ci il təvəllüdlü X3 və 06 iyul 2023-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılmalarına razılaşmışlar və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi dörd uşağa görə 400 manat sabit pul məbləğində aliment yəni ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində aliment pulunu Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 706695 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 02 fevral 2012-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 saylı qeydiyyat aparılaraq, arvada Ataşova soyadı verilmişdir. İşdə olan AZE 18159486 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 01 sentyabr 2009-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəs tərəfindən verilmiş 13 may 2025-ci il tarixli, 588/12 saylı arayışın surətindən görünür ki, 01 sentyabr 2009-cu ildə Ərizəçi doğulmuş X5 atası Maraqlı şəxs hesab edilmişdir. İşdə olan AZE 18159487 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 19 noyabr 2013-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İV 586034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 mart 2021-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İV 909615 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 iyul 2023-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 13 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00406 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment mübahisəsinə Masallı 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs ilə aralarında 02 fevral 2012-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması barədə razılığa gəlmişlər, tərəflərin birgə nikahından doğulmuş 01 sentyabr 2009-cu il təvəllüdlü X1, 19 noyabr 2013-cü il təvəllüdlü X2, 22 mart 2021-ci il təvəllüdlü X3 və 06 iyul 2023-cü il təvəllüdlü X4 anası birinci tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilmiş, ikinci tərəf Maraqlı şəxs 01 sentyabr 2009-cu il təvəllüdlü X1, 19 noyabr 2013-cü il təvəllüdlü X2, 22 mart 2021-ci il təvəllüdlü X3 və 06 iyul 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, dörd uşağa görə 400 manat aliment yəni ölkə üzrə minimum əmək haqqının 0,25 misli həddində aliment pulunu birinci tərəf Ərizəçi 2025-ci ilin may ayının 13 tarixindən -23 tarixinədək olan müddət ərzində nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuşlar və nikahlarını 02 fevral 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından dörd uşaqları, 01 sentyabr 2009-cu il təvəllüdlü X6, 19 noyabr 2013-cü il təvəllüdlü X7, 22 mart 2021-ci il təvəllüdlü X8 və 06 iyul 2023-cü il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmir. O da, nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 13 may 2025-ci il tarixdə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində MŞM/MT036/2025- 00406 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Ərizəçi Maraqlı şəxs ilə aralarında 02 fevral 2012-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması barədə razılığa gəlmişlər, tərəflərin birgə nikahından doğulmuş 01 sentyabr 2009-cu il təvəllüdlü X1, 19 noyabr 2013-cü il təvəllüdlü X2, 22 mart 2021-ci il təvəllüdlü X3 və 06 iyul 2023-cü il təvəllüdlü X4 anaları birinci tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilmiş, ikinci tərəf Maraqlı şəxs 01 sentyabr 2009-cu il təvəllüdlü X1, 19 noyabr 2013-cü il təvəllüdlü X2, 22 mart 2021-ci il təvəllüdlü X3 və 06 iyul 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, dörd uşağa görə 400 manat aliment yəni ölkə üzrə minimum əmək haqqının 0,25 misli həddində aliment pulunu birinci tərəf Ərizəçi 2025-ci ilin may ayının 13 tarixindən -23 tarixinədək olan müddət ərzində nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlə ailə münasibətlərinin bərpasını qeyri-mümkün hesab edir, aralarında olan nikahın pozulmasında fikri qətidir və təkid edir. Cavabdeh də iddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Belə ki, artıq ər-arvadın birgə yaşaması, ailənin saxlanması artıq qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsində təsbit edilmişdir ki, ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.1-ci maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə isə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığını, eləcə də uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə təqiqiq olunmuş sübutlara və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş X10 və X11 anaları Ərizəçi yanında qalmaları daha məqsədəmüvafiqdir və uşaqların mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideyinlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyətinin alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ər-arvadın birgə yaşamasının, ailənin saxlanmasının artıq qeyri-mümkün olduğunu, iddiaçının nikahın pozulmasına təkid etdiyini, cavabdehin nikahın pozulmasına etirazının olmadığını, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən kimin yanında saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanılması nəzərdə tutulmuş alimentlə bağlı tərəflərin qarşılıqlı razılığını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, tərəflər arasında Cəlilabad rayon Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 fevral 2012-ci il tarixdə, 02 saylı akt qeydi əsasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Cəlilabad rayon Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 fevral 2012-ci il tarixdə, 02 saylı akt qeydi əsasında bağlanmış nikah pozulsun. Nikahın pozulması Dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat dövlət rüsumu tutulsun. İddiaçı tərəfindən ərizənin verilməsinə görə 50 (əlli) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar